BismillâhirRahmânirRahiym
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِِ
Qiymətli Müsəlmanlar ! bilindiyi kimi tövhidin hissələrindən bir dənəsi də ad və sifətlər tövhididir…. Tövhidin bu qisimi də eynilə digər tövhid budağı olan Rububiyət və Üluhiyyət tövhidi kimi şek və şübhə qəbul etməyən və istənildiyi mənada reallaşdırılması lazım olan bir tövhid budağıdır.
Və əlbəttə ki bu tövhid qisiminin sağlam bir şəkildə reallaşması üçün də, inandığını söyləyən bir kimsənin Quran və Sünnə xəttində hərəkət etməsi lazımdır.
Mən bu söhbətimdə inşaallah ad və sifətlər tövhidindən bir cüz olan İstiva"yı ələ alıb onunla əlaqədar başa düşülməsi lazım olan xüsuslara toxunmağa çalışacağam….
Bu mövzu, bilindiyi kimi Allahu Azze və Cellenin yüksək sifətlərindən biri olan İstivə mövzusudur…. Yəni, Allahu Təalanın yaratdığı şeylərdən ayrı olub Ərşinin üzərində olduğunu izah edən bir mövzudur.
Qiymətli qardaşlarım ! Allahu təalanın gərək kərim kitabında və gərəksə Nəbisi Məhəmməd s.ə.vin təmiz sünnəsində özünə məxsus zikr etmiş olduğu bir sıra adları və sifətləri vardır.
Tövhidin bu hissəsini istənildiyi mənada reallaşdırmaq istəyən bir kimsənin , Allahın uca kitabı Quranda və Rəsulunun təmiz sünnəsində şəxsən özünü adlandırdığı adlarla ONU isimlemek və fasıflandırdığı sifətlərlə də ONU səciyyələndirməsi lazımdır.
Başqa bir ifadəylə; Uca Rəbbimizin özü haqqında isbat etdiyinin qəbul edilməsi və nəfyetdiyinin də rədd edilməsi lazımdır….
Çünki bizlər üçün nümunə göstərilən bu ümmətin sələfi və qabaqda gələn birinci imamları, ONU başqa şeyə bənzətməkdən qaçınaraq təhrif və tətilə sapmadan Allahın özü üçün isbat etdiyi ad və sifətləri olduğu kimi qəbul etmişlər, özü haqqında nəfyetdiyi şeyləri də inkara sapmadan rədd etmişlər.
Çünki uca Allah özünün gərəyi kimi tanınmasını əmr etmiş, - ki bu ancaq ad və sifətlərini bilməklə olar - və Ad və sifətləri haqqında əyriliyə sapanları da qınayaraq onlar haqqında belə buyurmuşdur :
وَلِلّهِ الأَسْمَاء الْحُسْنَى فَادْعُوهُ بِهَا وَذَرُواْ الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَآئِهِ سَيُجْزَوْنَ مَا كَانُواْ يَعْمَلُو
" Ən gözəl adlar Allahındır. O halda ONA onlarla dua edin və ONun adları haqqında əyriliyə sapanları buraxın. Onlar etdiklərinin cəzasını çəkəcəklərdir. " (Ə"raf /180)
وَ مَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعاً قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّماوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ
" Onlar Allahı gərəyi kimi bilmədilər. Halbuki qiyamət günü yer tamamilə ONun ovucu içindədir. Göylərdə sağ əlində dürülmüştür. O, onların ortaq qaçdıqlarından uzaq və ucadır. "(Zumər /67)
Görüldüyü kimi burada, Allahı gərəyi kimi tanıya bilməmə, ONun qədrini qiymətini bilməmə, Allaha ortaq qaçanların xüsusiyyəti olduğu izah edildiyi kimi, Allahın ad və sifətləri haqqında ilhada - yəni əyriliyə - sapanlar da qınanmış və bunun cəzasını çəkəcəkləri bildirilmişdir.
Tövhid əhli kəslərin yolu, ad və sifətləri olduğu kimi qəbul etmək, bu mövzularda yaradılmışlara bənzərliyi isə reddetmektedir...Bu rəftar isə ; təşbehi tapılmayan bir isbat və tətili tapılmayan bir tənzihdir.
Uca Allahın kərim kitabında buyurduğu kimi;
لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ البَصِيرُ
"……ONun mislisi kimi heç bir şey yoxdur. O eşidəndir, görəndir." (Şura /11)
" Ona bənzər həç bir şey yokdur " sözündə təşbeh və bənzərliyi rədd etmə..." O Eşidəndir, Görəndir " sözündə də ilhad və tətili rədd etmə vardır.
Ətrafrısıyla bu mövzuda deyilməsi lazım olan ən gözəl söz budur: "….Allahın Ad və Sifətləri haqqındakı deyilməsi lazım olan söz, Şəxsi haqqındakı deyilməsi lazım olan sözün fer"idir.
Yəni, Allahu Təalanın müqəddəs şəxsi necə digər varlıqların şəxslərinə bənzəmir isə, ONun ad və sifətləri də digər varlıqların ad və sifətlərinə əsla bənzəməz..
Bu qaydanı başımıza gözəlcə yazdıqdan sonra, Allahın istiva sifətini də bu qayda çərçivəsində ələ alıb şanına uyğun bir şəkildə qəbul etmə məcburiyyətindəyik.
Yəni ONun, yaratdığı şeylərdən ayrı olaraq Ərşinin üzərində olduğuna iman edər və bunun necəliyi barəsində irəli geri danışa bilmərik.
ALLAHU TƏALA"NIN ƏRŞİNİN ÜZƏRİNDƏ OLDUĞUNU XƏBƏR VERƏN
AYƏ"LƏR
الرَّحْمَنُ عَلَى الْعَرْشِ اسْتَوَى
" Rəhman - olan Allah - Ərşə istiva etmişdir."
(Təxə / 5) (Ə'raf / 54) (Səcdə / 4) (Rə"d / 2) (Yunus / 3) (Furqan / 59) (Hadid / 4)
Zikr edilən bu yeddi Ayə"də də Allahu Azze və Celle Ərşinin üzərinə istivə etdiyini xəbər verməkdədir.
İSTİVA"NIN MƏNASI MƏLUM KEYFİYYƏTİ İSƏ MƏCHULDUR
Bu və bənzəri dəlillərdə də ifadə edildiyi kimi, İstiva"nın mənası məlum olan bir şeydir..Yani İstiva , yüksəlmə mənasını verər.. Ətrafrısıyla rəvayətlərdə də izah edildiyi kimi İstiva məlum amma keyfiyyəti mechuldur.
Ümmü Sələmə (Allah ondan razı olsun)”dan. RƏHMAN ƏRŞİN ÜZƏRİNƏ İSTİVA ETDİ. Ayə'si haqqında belə dediyi rəvayət olundu. " İSTİVA MƏLUM " - yəni bilinən bir şey, onun haqqında - " NECƏDİR DEMƏK İSƏ MƏQBUL DEYİL " " OLDUĞU KİMİ QƏBUL ETMƏK İMANDIR " " İNKAR ETMƏK İSƏ KÜFRDÜR " (ismyıl ibnu əbdurrəhman əs-sabuni akidet”us sələf /18 )
Cəfər ibnu süleyman dan, belə dedi ; Malik ibnu Ənəs (Allah onlardan razı olsun)” RƏHMAN OLAN ALLAH ƏRŞƏ İSTlVA ETDİ Ayə"sində ki: "İSTİVA" sözündən, " İSTİVA " necədir ? deyə , soruşuldu. Malik ibnu Ənəs r. h şöyle cavab verdi. " İSTİVA " məlumdur - yəni mansı bilinən bir şeydir. Necə demək isə, məqbul dəlildir. " ALLAHU AZZE VƏ CELLE"NİN
ƏRŞİN ÜZƏRİNƏ İSTİVA ETDİYİNƏ İNANMAQ İSƏ VACİBDİR. Səni isə dəlalətdə olan biri olaraq görürəm, deyər, və o adamın məclisdən çıxarılmasını əmreder.
(ismyıl ibnu əbdurrəhman əs-sabuni akidet”us sələf /18= Əbu Səid et-darimi ər-Rəddul alel Cehmiyye /280=Beyhaki. əsmə/430 )
ALLAHU TƏALA"NIN ƏRŞİNİN ÜZƏRİNDƏ OLDUĞUNU XƏBƏR VERƏN
HƏDİSLƏR
Əbu Hureyre (Allah ondan razı olsun)”dan. belə dedi : Nebiyyu (sallallahu əleyhi vessellem) belə dedi : Allahu Azze və Celle məxluqatı yaratdıqdan sonra, yanında olan kitaba belə yazdı : rəhmətim qəzəbimi keçmişdir. Bu kitab ərşin üstündə Allah"ın yanındadır. (Buxari /6.c 2985.s 16.c7425s../ Əhməd /2/258)
Əbu Zerr (Allah ondan razı olsun)”dan, belə dedi : Bir gün tam günəşin batacağı əsnada Rəsulullah (sallallahu əleyhi vessellem) ilə birgə məsciddə tapılırdım. Mənə xitab olaraq : Bilirsənmi bu günəş hara gedir, Ya Eba Zerr, dedi : Mən : Allah və Elçisi ən yaxşı biləndir Ya Rəsulullah, dedim : Davam edərək dedi ki : Şübhəsiz ki o Ərşin altında Rəbbisinin qarşısında səcdə etməyə gedir. ..(Buxari /4802=Müslim /1.c.159=Əbnu Macə /1012=Əhməd.5/152)
ALLAHU TƏALA"NIN ƏRŞİ YEDDİ QAT SƏMALARIN ÜZƏRİNDƏDİR
Sad ibnu Əbi Vakkas (Allah ondan razı olsun)”dan, belə dedi : Rəsulullah (sallallahu əleyhi vessellem) Sad İbnu Muaz r.ə nun, Məni Kureyza haqqında vermiş olduğu hökmə görə Şöylə dedi : - Ey Sad sən - Yeddi qat səmanın üstündən Məliyin verdiyi Hökm ilə hökm verdin. (Beyxaki /əsmə.420=Zexebi.uluv /15=Nəsəi.səhih bir sənədlə rəvayət ətmişlər.)
Abdullah ibnu Məsud (Allah onlardan razı olsun)”dan, belə dedi : Dünya səması ilə ondan sonra ki gələn səmanın arası beş üz ildir. Hər iki səmanın arası beləcə beş üz ildir. Kürsi ilə suyun arasıda beş üz ildir Ərş isə suyun Üstündədir. " Ərşin üstündə də Allahu Təala vardır. Sizin məşğul olduğunuz əməlləri taa oradan bilər. (Əbu Səid et-Darimi ər-Rəddi Alel Cexmiyye/275=İbni Huzeyme tövhid /105.106=Beyxəki əsmə/401.də səhih bir sənədlə rəvayət ətmiş.)
Aişə (Allah ondan razı olsun)”un qapıçısı Zekvan dan, belə dedi : Abdullah ibnu Abbas , Aişə (Allah onlardan razı olsun) vəfat edəcəyində yanına gəldi. Aişəyə xitab olaraq belə dedi : Sən Rəsulullah (sallallahu əleyhi vessellem )”in qadınlarından özünə ən sevimli olanı idin. Allah Elçisi (sallallahu əleyhi vessellem ) isə təmiz olandan başqa bir şeyi də sevməz. Və həm də Allahu Təala yeddi qat səmanın üstündən sənin bəraətini endirdi. Allahın zikr edildiyi heç bir məscid yox ki, sənin bəraətini bildirən Ayə gecə gündüz oralarda oxunmasın. (Əbu Səid et-Darimi ər-Rəddi Aləl Cexmiyye /275.)
Ənəs (Allah ondan razı olsun) belə dedi : Zeynəb bintu Çahş,Peygamberin digər xanımlarına qarşı öğünür və belə deyər de : Sizləri peyğəmbər ilə ailələriniz evləndirdi. Halbuki məni onunla yeddi qat səmaların üstündən uca Allah evləndirdi. " (ƏLAQƏDAR OLAN AYƏ : ƏHZAB : 37) "(Buxari /16.c .7290.s.=Tirmizi / 5.c.3427.)
ALLAHU TƏALA"NIN SƏMADA OLDUĞUNU İZAH EDƏN AYƏ"LƏR
أَأَمِنتُم مَّن فِي السَّمَاء أَن يَخْسِفَ بِكُمُ الأَرْضَ فَإِذَا هِيَ تَمُورُ
" Yoxsa siz, göydə olanın sizi yerin dibinə keçirməyəcəyindən əminmi oldunuz. O zaman yer birdən yellənməyə başlar. "
أَمْ أَمِنتُم مَّن فِي السَّمَاء أَن يُرْسِلَ عَلَيْكُمْ حَاصِباً فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ
" Yoxsa siz, göydə olanın üzərinizə daş yağdıran bir külək göndər-meyeceğinden əminmi oldunuz ? O zaman təhdidim Nasılmış görəceksiniz. "(Mülk /16/17)
Şübhəsiz ki insanları yerə batıracaq olan Allahu Azze və Celledir... Bəzilərinin zannetiği kimi burada bəhsi edilən mələklər değildir..Bu Ayə"lərdə göydə olanın özünün olduğunu izah edilir Rəbbimiz ..
Baxın Allahu Təala nə buyurur :
أَفَأَمِنَ الَّذِينَ مَكَرُواْ السَّيِّئَاتِ أَن يَخْسِفَ اللّهُ بِهِمُ الأَرْضَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لاَ يَشْعُرُونَ
" Pis tələlər quranlar, Allahın özlərini yerə geçirmeyece-ğinden, yaxud heç gözlənilməzləri bir yerdən özlərinə əzabın gəlmə-yeceğinden əmindirlərmi ? " (Nəhl /45 )
Əlbəttə ki Mələklər də göydədirlər, amma Allahu Təalanın burada xəbər verdiyi şey ; özünün mələklərində üstündə olduğudur…
Rəbbimiz belə buyurar :
وَلِلّهِ يَسْجُدُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مِن دَآبَّةٍ وَالْمَلآئِكَةُ وَهُمْ لاَ يَسْتَكْبِرُونَ يَخَافُونَ رَبَّهُم مِّن فَوْقِهِمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ
" Göylərdə və yerdə olan canlılarla və Mələklər, qürurlanmadan həmişə Allaha səcdə edərlər. " ÜSTLƏRİNDƏ Kİ RƏBLƏRİNDƏN QORXARLAR " və əmr olunduqları hər şeyi edərlər. " (Nəhl /49/50 )
ALLAHU TƏALA"NIN SƏMADA OLDUĞUNU İZAH EDƏN HƏDİSLƏR
Muaviye't -Ubnu'l -Hakim əs -Sülemiyy (Allah ondan razı olsun)”dan, belə dedi : Mənim, Uhud və Cevvaniyye tərəflərində qoyunlarımı güdən bir nökərim vardı. Bir gün yanına çıxıb vardım. Birdə nə görəyəm, güttügü qoyunlardan birini qurd (cənavər) qabmış. Mən də Adəm oğullarından biriyəm, onların hirsləndiyi kimi məndə hirslənib təəssüf etdim. Lakin mən o nökərə bir şapalaq vurdum. Dərhal sonra Rəsulullah (sallallahu əleyhi vessellem)”ə gəlib - nökərə vurduğum yumruğu xəbər verdim - Rəsulullah sallallahu əleyhi vessellem) bu şapalağı əleyhimə çox böyütdü. Məndə, Ya Rəsulullah : - (sallallahu əleyhi vessellem)”ə etdiyim bu işdən ötəri - nökəri azad edimmi ? dedim. Onu mənə gətir, buyurdu. Məndə nökərmi Rəsulullah (sallallahu əleyhi vessellem)”ə gətirdim. Rəsulullah (sallallahu əleyhi vessellem) nökərə xitab olaraq " ALLAH HARADADIR " ? deyə soruşdu. Nökər : " SƏMADADIR " dedi. Təkrar, " MƏN KİMİM " ? buyurdu. Nökər : " SƏN ALLAH'¬IN RƏSULUSAN ", dedi. Bunun üzərinə Rəsulullah (sallallahu əleyhi vessellem) mənə: Onu azad ət, Çünki o bir '' Mununa '' dir. Buyurdu.... (Buxari cüz /64=Müslim 2.c..537= Əbu Davud.2.c.930=ıbnı Huzeyme Tövhıd /121 =Ahmed 5/ 447=Beyhaki 7 / 387 =ıbnı Ebı Asım əs-Sunne /489.)
Əbu Səid Əl Hudri (Allah ondan razı olsun)"dan Belə dedi : Rəsulullah (sallallahu əleyhi vessellem ) Buyurdu ki : Mənə etimad etmirsinizmi ? mən səmada olanın əminiyəm. Səhər axşam mənə səmanın xəbəri gəlir... (Buxari / 4531=Müslim / 3.c./1064 )
عن عبد اللّه بن عمرو، يبلغ به النبي صلى اللّه عليه وسلم : الراحمون
يرحمهم الرحمن ، ارحموا أهل الأرض يرحمكم من في السماء
Abdullah ibnu Əmr (Allah ondan razı olsun)"dan Belə dedi : Rəsulullah (sallallahu əleyhi vessellem ) Buyurdu ki : Mərhəmətli olanlara, '' RƏHMAN '' olan Allahu azza və celledə mərhəmət edər, Yerdəkilərinə Mərhəmət edin ki, Göydəki Allahda sizə mərhəmət etsin.... (Əbu Davud /5.c.4941=Tırmızi / 1924=Ahmed 2/ 160=Humeydi.591=Hakim 4/ 159 )
Cabir ibnu Abdullah (Allah ondan razı olsun)"dan Belə dedi : Rəsulullah (sallallahu əleyhi vessellem ) Vida Həccində Ərəfə günü vermiş oldugu Xütbədə Belə buyurdu : Mən Vəzifəm olan Təbliği etdimmi ? nə deyirsiniz, Səhabələr də : bəli Ya Rəsulullah haqqı ilə etdin, Deyə cavab verdilər. Rəsulullah (sallallahu əleyhi vessellem )'də Şahidlik parmagını səmaya dogru qaldırıb insanlara qarşı endirərək : Allahım Şahid ol. Deyə üç dəfə təkrar etdi.... (Buxari / 1739=Müslim /1218=Ebu Davud / 1905=Ahmed 1/ 447 )
Abdullah ibnu Ömər (Allah ondan razı olsun)"dan Belə dedi : Rəsulullah (sallallahu əleyhi vessellem ) Vəfat ettiginde . Munafıklar dan bəziləri müsəlmanların aralarını qarışdırmaq üçün necə olur ki belə bir Rəsul ölər deyə sözlər danışmağa başlamışlar idi. .derken Əbu bəkr (Allah ondan razı olsun) Müsəlmanlara qarşı bir xütbə irad edərək Belə dedi : Ey insanlar ! eger ibadət ettiginiz ilah Məhəmməd idisə o öldü. yox əgər ibadət ettiginiz ilah səmadakı Allah idisə O ölməmişdir. .ve sonra Bu ayəni əxırına kimi oxudu
'' Məhəmməd ancaq bir Rəsuldur. ondan əvvəl bir çox Rəsullar gəlib keçmişdir. İndi ölər və ya öldürürlürse
siz topuqlarınız üzərinə gerisən geriyəmi dönəcəksiniz. .(Əli/imran / 144 )...( Əbu Səid et*Darimi er*Reddul Alel Cehmiyye / 274 )
Zeyd ibnu Əlsəm (Allah ondan razı olsun) Belə dedi : Abdullah ibnu ömər (Allah onlardan razı olsun) bir çobanın yanına ugradı və çobana kəsilməyə əlverişli bir şeyi olub olmadıgını soruşdu. Çobanda sahibi burada yoxdur, dedi. Bu söz üzərinə, ibnu ömər (Allah onlardan razı olsun)"da nə olarki sahibinə: birini cənəvar qötürdü '' deyərsən dedi '' Bu söz üzərinə çoban başını səmaya qaldırıb belə dedi : yaxşı Allah harada ya ! Bu cavabı eşidən ibnu ömər (Allah onlardan razı olsun)' da ''Vallah Allah"ın harada oldugunu soruşmağa mən daha layiqim, dedi. Və sonra çobanı və qoyunları sahibindən satın alıb, çobanı azad edərək qoyunlarıda ona verdi..( Zehebi uluv /95..de ceyyid bir isnadla rəvayət etmişdir )
ALLAH"IN ŞƏXSİ SƏMADA AMMA ELMİYLƏ HƏR YERİ ƏHATƏ ETMİŞDİR
Şübhəsiz ki Allahu Təala şəxsiylə səmada olmasına baxmayaraq elmi hər şeyi əhatə etmişdir…. Yəni hər şeydən xəbərdar və hər şeyi görər və bilər.
Rəbbimiz kərim kitabında belə buyurmaqdadır :
وَأَنَّ اللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْماً……
" Şübhəsiz ki Allahın elmi hər şeyi əhatə etmişdir. " (Talaq /12)
“..وَسِعَ رَبُّنَا كُلَّ شَيْءٍ عِلْماً عَلَى ‘’
" Rəbbimizin elmi hər şeyi əhatə etmişdir. " ( Ə"raf / 89)
. ” رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَّحْمَةً وَعِلْماً”
" Rəbbimiz , rəhmət və məlumat baxımından hər şeyi örtdün. " (Mömin / 7 )
“...وَرَحْمَتِي وَسِعَتْ كُلَّ شَيْءٍ ..
" Rəhmətim isə hər şeyi əhatə etmişdir. " ( Ə"raf / 156)
إِنَّمَا إِلَهُكُمُ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ وَسِعَ كُلَّ شَيْءٍ عِلْماً ‘’
" Sizin ilahınız, yalnız özündən başqa ilah olmayan Allah'dır. O, elmi ilə hər şeyi əhatə etmişdir. " (Təxə / 98 )
Əbu Bəkr el-Hallalın şeyxi, Yusuf ibnu Musa'l Qatdan belə dedi :
Əbu Abdullaha - yəni Əhməd ibnu Hənbələ - deyildi ki : Nə deyirsən ? Allahu Azze və Celle, yaratdıqlarından ayrı olaraq " QÜDRƏTİ VƏ ELMİ " ilə hər yerdə olduğu halda " YEDDİ QAT SƏMANIN ÜSTÜNDƏ ƏRŞİNİN ÜZƏRİNDƏDİRMİ "
Əhməd ibnu Hənbəldə cavab olaraq belə dedi : Bəli " ALLAH"U AZZE VƏ CELLE ƏRŞİNİN ÜZƏRİNDƏDİR " heç bir şey də " ONun ELMİNDƏN GİZLİ DEYİL " ( Hallal əs-sunən / 198 )
Əbu Talib Əhməd ibnu Humeyd belə dedi : Əhməd ibnu Hənbələ " ALLAH BİZİMLƏDİR " deyib bu Ayəni " Hər hansı bir üç sirdaşın, bir pıçıltısı olurmu, mütləq Allah dördüncüləridir " oxuyan bir adamdan soruşdum. Dedi ki : şübhəsiz o " CEHMİ " olmuşdur. Ayənin əvvəlini buraxaraq sonunu götürürlər, dedi. Mən də Ayəni əvvəliylə birlikdə oxudum. " BİLMİRSƏNMİ ? ALLAH HƏM GÖYLƏRDƏKİNİ HƏM YERDƏKİNİ HƏMİŞƏ BİLƏR. HƏR HANSI BİR ÜÇ SİRDAŞIN, BİR PIÇILTISI OLDUMU, MÜTLƏQ ALLAH DÖRDÜNCÜLƏRİDİR. BEŞ ADAM OLDUMU, MÜTLƏQ ALLAH ALTINCILARIDIR. BUNLARDAN DAHA AZ, DAHA ÇOX OLURMU, ŞÜBHƏSİZ ALLAH, HƏR HARADA OLSALAR, ONLARLA BƏRABƏRDİR SONRA BÜTÜN ETDİKLƏRİNİ, QİYAMƏT GÜNÜ, ÖZLƏRİNƏ XƏBƏR VERƏR. XƏBƏRİNİZ OLSUN Kİ, ALLAH, HƏR ŞEYİ BİLƏR " (Mücadələ / 7) Ayə"nin nəhayətində Əhməd ibnu Hənbəl belə dedi : Elmi onlarla bərabərdir. Və sonra QAF Surəsinin (16. Ayəsini oxudu. " NƏFSİNİN ONA NƏ VƏSVƏSƏLƏR VERDİYİNİ DƏ BİLƏRİK. BİZ ONA ŞAH DAMARINDAN DAHA YAXINIQ " Və sonra " ELMİ ONLARLA BƏRABƏRDİR " dedi...(Hallal əs-sunən /199 )
Mervezi Rəhiməhullah belə xəbər verdi : Əbu Abdullaha - yəni Əhməd ibnu Hənbələ - dedim ki : Bir insan ki, mən Allah'ın Quran da dediyi kimi deyirəm. Allah'da deyir ki : " HƏR HANSI BİR ÜÇ SİRDAŞIN, BİR PIÇILTISI OLDUMU, MÜTLƏQ ALLAH DÖRDÜNCÜLƏRİDİR " . (Mücadələ / 7) Bunu deyərəm bundan başqa bir şey deməm, deyir. - nə deyərsiniz bu adama ? -Dedi ki : " CEHMİYYELERİN " sözüdür. Əksinə " ALLAH"IN ELMİ ONLARLA BƏRABƏRDİR " (Zehebi uluv / 228 )
{ Şeyhu'l -İslam Əbul -Hakkari və Hafiz Əbu Məhəmməd əl -Makdesi, Əbu Sevr və Əbu Şuayb"a ref etdikləri isnadlarıyla ikisi də, Sünnənin köməkçisi İmamı Şafii Rəhiməhullah"dan, belə rəvayət etdilər :
İmamı Şafii Rəhiməhullah dedi ki : İmamı Malik, Süfyan və daha onlardan başqa Əhli Sunnə öndərlərindən gördüyüm və mənim də üzərində olduğum haqq olan kavil budur : " ALLAH"DAN BAŞQA İLAH OLMADIĞINA VƏ MƏHƏMMƏD (sallallahu əleyhi vessellem )”in ALLAH"IN ELÇİSİ OLDUĞUNA ŞAHİDLİK EDİB VƏ ALLAHU AZZE VƏ CELLE"NİN DƏ SƏMASINDA ƏRŞİNİN ÜZƏRİNDƏ OLDUĞUNU , İSTƏDİYİ KİMİ KULLARINA YAXINLAŞIB VƏ İSTƏDİYİ KİMİ DƏ DÜNYA SƏMASINA İNDİĞİNİ TƏSDİQ ETMƏKDİR. " ( Zehebi uluv / 196 )
Abdullah ibnu Əhməd ibnu Hənbəl Rəhiməhullah"dan, ər-Rəddi ale'l Cehmiyye adlı kitabında, atası Əhməd"dən oda Abdullah ibnu Nafidən oda Malik ibnu Ənəs r. h"dan belə dediyini rəvayət edir :
İmamı Malik Rəhiməhullah belə dedi : " ALLAHU AZZE VƏ CELLE SƏMA"DADIR , ELMİ İSƏ HƏR YERDEDİR, ELMİNDƏN DƏ HEÇ BİR ŞEY GİZLİ QALA BİLMƏZ. " ( Əbu Davud Məsail / 263= Abdullah ər-Rəddul alel Cehmiyye / 5 = Acurri Şəriyə / 289 )
0 yorum:
Yorum Gönder