22 Kasım 2010 Pazartesi

Ağlayanı Olmayan Bir Din Üçün Ağla Ana!

Unutmaqmı? Əsla... Həbs olunduğumdan bəri axıtdığın göz yaşlarını əsla unutmayacağam...
Və məni hər dəfə ziyarət etdiyində zindanın barmaqlıqları qarşısında daha da artan göz yaşlarını... Səni hər görüşümdə üzümdən əksik olmayan gülümsəməyimə baxmayaraq...
Anacan! Əsla bir an belə gözyaşlarının mənim nəzərimdə əhəmiyyətisiz və dəyərsiz olduğunu ağlından keçirmə... Əsla!
Sənə olan sevgimi və hörmətimi uzaq- yaxın hamı bilir...
Ancaq sənə dəfələrlə demişdim ay anacan! Allahın dini bizim üçün hər şeydən daha dəyərlidir... Və Allahın tövhidi bizə hər kəsdən daha sevgili... Əgər kədərinin və göz yaşlarının artmasına səbəb oldumsa, bil ki, bəhanəm budur anacan... Səbr et! Sənə əvvəl də təkrar-təkrar dediyim kimi, zindanda olmağımın səbəbi uca bir məqsəd uğrunadır... O da Allahın dini və tövhididir. Bu qürur payəsini alnında qürurla daşı anacan...
“Nə üçün qorxuruq ana!
Deyəcəyimizi dedik...
Sən yenə də gülümsə,
Göz yaşlarının arasından...
Bu sevgili əsir oğlunu,
Bir gün onu sənə gətirəcək olan
Axşamlara əmanət et...”
Bəzən uzun məsafələr qət edərək məni ziyarət edirsən... Zindanın divarları ardında görüşmə vaxtının gəlməsini gözləyərkən başqa anaların söhbətlərini eşidirsən. Uşaqlarının, ərlərinin, qardaşlarının günahları ilə əlaqəli... Çoxluğu oğruluq, zorakılıq, qəsb, narkotik, cinayət və s. günahlar. Fikrləş bir, dünya həyatı uğruna, özlərini illərlə zindan divarları ardında kilidləyən bu günahlar nə qədər qüruru alçaldan və utanc verəndir... Qohumlar arasındakı bağların qopmasına səbəb olan, dostluqları pozan, böyük fitnələrə səbəb olan günahlar... Hələ bir fani dünya uğruna... Alçaldan və unanc verən bir şəhvət uğruna...
Amma biz anacan... Əvvəllər də sənə defələrlə dediyim kimi, biz insanların çoxunun Allahın dininə yardım etməkdən üz döndərədiyi bir dövrdə bizə görə çox dəyərli və qürur verən bir günahla günahlandırılırıq... İnsanlar tağutun zərbələrinə boyun əymiş, zillət içində bir həyata razı olmuşlar... Onların bu yolda sıxıntılarından xilas edəcək bir səssizliyi seçmişlər... Allahın bizə layiq gördüyü bu dəyərli hədiyyədən ötrü qürur düymalı və vüqarlı olmalısan... Və Ondan bu yolda səbr edib bu yolda həyatımızı bitirməsini istəməlisən. Mübarizəmizin (günahımızın) “lə iləhə illəllah” demək olduğunu sənə anlatmışdım... Artıq bundan başqa deyəcək sözümüz yoxdur!
Bunu anladmaq üçün çox çalışırıq... Hücrəmizin qapılarına, zindandakı qeydlərimizə və kartlarımıza həmişə bunu yazırıq... Bunu bilməyənlər üçün bir başlanğıc, bir giriş olar ümüdi ilə... Nə zaman bunu hayqırsaq zindandakı polislər və əskərlər “lə iləhə illəllah demək də günahdırmı?” deyərək bizi alçaldırlar...
“Hər birimiz lə iləhə illəllah deyirik” deyirlər... Elə zənn edirlər...
Onlara bu uca kəlmənin insana böyük məsuliyyət yüklədiyini, bu kəlmənin şərtləri olduğunu izah edirik. Bu kəlmənin onu tələffüz edən insana etməsi və etməməsi çox vacib məsuliyyətlər yüklədiyini... Məsələnin onu deməkdə deyil, tətbiq etməkdə olduğunu izah ediri.
Sonra onlara necə gücə gündüz demədən bu sözü və onun uca dəyərlərini yıxmaq üçün çalışdıqlarını anladırıq... Kəlmeyi tövhidin düşmənlərinə necə əskərlik etdiklərini... Kəlmeyi tövhidə, dostlarına və əhlinə savaş açan... Bu sözü tələffüz etmələrinə baxmayaraq necə ona qarşı savaş açdıqlarını izah edirik...
Bu çox uca bir sözdür... Bu kəlmənin ucalması üçün savaşan, onun uğruna can verən əskərləri vardır... Ömrlərini onun uğruna sərf edən... O yolda əziyyətlərə qatlanan... Biz də Allahın bizi onlardan qəbul etməsini diləyirik... (Əmin)
Və qarşı səfdə.. Kəlmeyi tövhidin ucalması üçün savaşanlar olduğu kimi, ona düşmənlik edənlər... Tövhid kəlməsinə müxalif edən, kafirlərin dininə, tağutların qanunlarına yardım edənlər..
Bax bu iki səf, Allahın kainatı yaratdığı gündən bu günə qədər bir birinə qarşı savaşan iki səfdir. Bax bu iki tayfa... Bir birinə düşmən iki tayfa... Hər biri rəbbini razı etmək üçün bir birinə düşmənlik edən iki tayfa...
Bu anladdıqlarımızı dinləyib onu qəbul edənlər də olur. Kədərli həqiqəti etiraf edirlər... Amma sonra rizq, övlad və buna oxşar üzrlər irəli sürürlər. Uğruna şirk edib, müşriklərə yardımcı olduqları bu üzlərin heç birinin keçərli olmadığını deyirik... Bu haqda Allah təala belə deyərək xəbərdarlıq etmirmi ki bizi:
“Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun!” (Təğabun, 14)
Yenə buyurur ki Rəbbimiz:
“Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır.” (Təhrim, 6)
Bəziləri də kibirlənərək günahında və batilində israr edir. Amma bilirik ki, Allah düşmənlərinin həm özlərini və həm də rəbblərini çətinliyə soxan bu sözlərimə dözə bilməmələri heç də qəribə deyil:
“Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər.” (Zümər, 45)
Günahımızın bu olduğunu anlatdıqda əsəbləşmələrində, təkəbbürlük göstərmələrində təəccüb ediləcək bir şey yoxdur. Allah təala belə buyurmurmu:
“Çünki onlara: "Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!"– deyildikdə təkəbbür göstərir.” (Səffət, 35)
Mübarək qurban bayramında mənə vəda edərkən tökdüyün göz yaşlarını əsla ama əsla unutmayacağam... Zindanın pəncərəsi ardında... Zənn etməki anacan mən həmişə gülümsəyirəm... Zənn etməki sənin kədərini və qəmini anlamıram... Əsla... Bu doğru deyil...
Əksinə mən sənə məhkumiyyətimi unutdurmaq istəyirəm. Və bu gözyaşlarını, bu kədərini daha uca dəyərlər üçün gizlətməyini istəyirəm. Sənə həbsxananın kədərini unutdurmaq üçün oradan-buradan suallar verirəm. Gah atamdan və dostlarımdan, gah uşaqlardan və dava-dalaşlarından və s... Bəzən tağuta əsəbləşib onun yandaşları haqqında danışdığın zaman səssiz olmağını işarə edirəm... Səni eşitməsinlər deyə! O gün sənə belə başlayan bir qəsidə yazdım:
“Mənə deyil ey anam, bu qara günə ağla,
Ağlayanı qalmamış yaralı dinə ağla.
Bu qaranlıq zindanlar diz çökdürə bilməz mənə,
Mən ki, bütün həyatımı həsr etmişəm Rahmana.
Həbsxana dediyin daha övla zillətdən,
Zillətə boyun əyən, diz çökmüş bir millətdən.
Mənim uca mübarizəmi zindanlar həbs edə bilməz,
Onun sönməz nurunu heç bir güc söndürə bilməz.
Bax, yenə azadam mən zincirlər arasında,
Ruhumu qamçılayan, xidmətə Haqq uğrunda
Mən azadam anacan! Zincir, qandal nə imiş,
Sən saxla göz yaşını, xalqıma boyun əymiş...
Salam sənin üzərinə olsun anacan...”
Sənə bu yolun mahiyyətini, Rəsulların, onlara tabe olanların və dostlarının yolu olduğunu açıqlamağa çalışdım. Elə isə bu ağlamağın nədəndir...? Nə üçün bu göz yaşların...?

Bəlka Həbsxanası
1418 h.

0 yorum:

Yorum Gönder