Mərhəmətli, Rəhimli Allahın adı ilə!
XÜTBƏTÜL-HACƏ
Həmd ancaq Allaha məxsusdur. Ona həmd edir, Ondan kömək və bağışlanma diləyirik. Nəfslərimizin şərindən, əməllərimizin pisliyindən Ona sığınırıq. Allah kimi doğru yola yönəldərsə, onu o yoldan azdıran tapılmaz, kimi də azdırarsa, onu doğru yola yönəldən tapılmaz.
Allahdan başqa ilah olmadığına şahidlik edirəm. O, Təkdir və şəriki yoxdur! Şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!
“Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə çəkinin və ancaq müsəlman olduğunuz halda ölün!” (Ali-İmran, 3/102).
“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür Ģeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir” (Nisa, 4/1).
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar” (Əhzab, 33/70-71).
Daha sonra, Peyğəmbərimiz Muhəmməd (ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur:
“Həqiqətən, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) yoludur. Əməllərin ən pisi isə sonradan uydurulanlardır. Sonradan uydurulub dinə gətirilən hər əməl bidət, hər bidət yolundan sapma və sapma da cəhənnəmlikdir”. Muslim (867), Nəsai, (3/188).
MÜƏLLİFİN HƏYATI
Məhəmməd ibn Əbdülvəhhab ət-Təmimi ən-Nəcdi (1703-1791), Riyad şəhərinə yaxın Uyeynə adlı məntəqədə doğulmuşdur. İlk təhsilini öz şəhərində almışdır. Atasından Hənbəli fiqhini, təfsir və hədis öyrənmişdir. On yaşında olarkən Quranı artıq əzbərləmişdi.
Həcc ziyarəti üçün Məkkəyə getmiş və oradan da elm öyrənmək üçün Mədinəyə yollanmışdır. Mədinədə müəllimi Məhəmməd Həyat əs-Sindinin məclisində elm öyrənməyə başlamış və müəllimindən xeyli yararlanmışdır. Sindi, Buxari Səhihinə haşiyə (Haşiyə - hər hansı müəllifin kitabının məzmununu öz ifadələri və izahları ilə yazan adam) yazanlardan idi. Mədinədən Uyeynəyə qayıtdıqdan sonra 1724-cü ildə İraqa getmişdir. Bəsrə, Bağdad və Mosul alimlərindən elm öyrənmişdir. Məcburiyyət qarşısında Bəsrədən ayrılaraq Əhsaya, oradan da atasının hakim olduğu Hureymilaya getmiş və 1730-cu ildə İslama dəvətə başlamışdır. Lakin Əhsa əmiri Urayir ibn Düseyn şeyxin dəvət fəaliyyətini qadağan etməsi üçün Uyeynə əmirinə məktub göndərmişdi. Şeyx əmiri çətin vəziyyətə salmamaq üçün Uyeynədən çıxdı.
Səudun oğullarının idarə etdikləri mərkəz olan Diriyyəyə yola düşdü. 1745-ci ildə Məhəmməd ibn Suveylim əl-Ureyninin evinə qonaq gəldikdə tələbələr onu böyük hörmətlə qarşıladılar.
Məhəmməd ibn Əbdülvəhhab çox zəkalı və igid bir insan idi. Diriyyədə 1791-ci ildə Rəbbinə qovuşmuşdur.
Məhəmməd ibn Əbdülvəhhab aşağıdakı alimlərin yolu ilə getmişdir:
- Əhməd ibn Hənbəl
- Şeyxülislam İbn Teymiyyə
- İbn Qeyyim əl-Cövziyyə
ƏSAS DÜŞÜNCƏLƏRİ
- Məhəmməd ibn Əbdülvəhhab təhsil aldığı vaxtlarda Hənbəli məzhəbinə üstünlük verirdi. Ancaq fitvalarında başqa bir dəlili daha üstün hesab etdikdə, məzhəbinin əksinə fitva verirdi.
- Qurani Kərim və Sünnəyə qayıdışın zəruri olmasına təkid edirdi. Əqidə məsələlərində Quran və Sünnədə həqiqi və açıq dəlil tapmayınca hər hansı bir nəzər nöqtəsinin qəbul edilməməyi üçün səy göstərirdi.
- Dəlili başa düşərək hərəkət edən Əhli Sünnə və camaatın üsulunu (metodunu) əsas götürdü.
- Tövhid məfhumunun təmizlənməsini istəyərək müsəlmanların səadət əsrindəki dövrün tələblərinə riayət etmələrini arzulayırdı.
- Allahın Özünə dair bildirdiyi, Elçisinin (ona Allahın salavatı və salamı olsun!) təsbit etdiyi ad və sifətlərini bənzətmədən, onlara keyfiyyət vermədən, yozma etmədən təsbit etmək zəruriyyətində təkid edirdi.
- Şeyx cihadın fərz olmasını canlandırmaq üçün ölkələri fəth edib mübarizəni genişləndirən və insanların batdığı şirki aradan qaldıra bilən bir nəzər nöqtəsi tərəfdarı idi.
- Cəhalət və geriləmə üzündən o zaman yayılmış bidət və xurafatların tezliklə aradan qaldırılması tərəfdarı idi ki, başlıcaları aşağıdakılardır:
a) Möhtərəm səhabələrdən Dirar ibn Əzvarın qəbri olduğu sayılan yer ziyarətgaha çevrilmişdi. Müsəlmanların müxtəlif ehtiyaclarının onu ziyarət etməklə yerinə yetirilməsi;
b) Oxşar məqsədlərlə Əbu Dücarə və Tarfiyyə deyilən ağacların ziyarət edilməsi;
c) Zeyd ibn əl-Xəttaba aid olduğu söylənən bir qübbə ilə Əmirin qızının mağarası deyilən yerin kömək umulan yerlər kimi qəbul edilməsi;
ç) Qəbirlərin üstündə tikililər salınması, damla örtülməsi, (əlamətlərlə) tanıdılması və başqa bidət olan işlərin görülməsi.
d) Sufi təriqətlərinin ifratçılığı və əvvəllər olmayan şeyləri dinə daxil etmələri.
ə) Bir məsələnin dəlillərini bilmədən onun Allahın dininə aid edilməsi.
e) Quranın aydın dəlillərini bir kənara qoyub, onun mütəşabeh (Qurani Kərimdə mənası qapalı, bir çox anlamları əks etdirə bilən, təfsirində çətinlik çəkilən ayə və kəlmələr) kəlmələrinin dəlil kimi göstərilməsi.
f) Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) şərəfli hədislərində halal və haramı aydın şəkildə göstərdiyinə və bunların ikisinin arasında məsələlərin olduğunu bildirməsinə baxmayaraq, bu qaydalara diqqət yetirmədən hər məsələ haqqında qəti qərar çıxarılması.
Məhəmməd ibn Əbdülvəhhab şirkin növləri və dərəcələri haqqında aşağıdakıları bildirmişdir:
1. Böyük şirk – Allahdan başqasına ibadət, müraciət və itaət etməkdir.
2. Kiçik şirk – riyadır.
3. Gizli şirk – Mömin bu cür şirkə özü də bilmədən düçar ola bilər. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: Bu ümmətdə olan şirk qara qarışqanın gecə qaranlığında qara qaya üstündə yerişindən də səssizdir”.
MÜƏLLİFİN ƏSƏRLƏRİNDƏN BƏZİLƏRİ
1. Tövhid kitabı
2. Kəşf Şubuhat
3. Dində üç əsas
4. Muxtasarus Siratinnəbəviyye
5. Muxtəsəri İnsaf
6. Şərhul-Kəbir fil-Fikhi
7. Nasıhatul-Muslimin bi Əhadisi Hatemil-Mursəlin
8. Kitabul-Kəbair
9. Adabul-Meşyi İlas-salat
10. Usulul-İman
11. Muxtəsər Zadul-Məad
12. Muxtəsər Səhihi Buxari
13. Məsailul-Cahiliyyə
14. Əl-İstinbatu-minəl Kuran (2 cild)
15. Əhadisul-Fitən
Rəhimli və Mərhəmətli Allahın adı ilə
DİNDƏ ÜÇ ƏSAS
Möhtərəm oxucu!
Allah sənə rəhm etsin! Onu da bilməlisən ki, müsəlmanların aşağıdakı dörd məsələni öyrənməsi onlar üçün fərzdir (yəni vacib).
BU DÖRD MƏSƏLƏ:
1. Elm - dəlillərlə Allahı, Onun peyğəmbərini tanımaq və İslam dinini bilməkdir.
2. Əməl – bu elmə riayət etməkdir.
3. Dəvət – insanları Allaha çağırmaqdır.
4. Səbr – dəvət zamanı yaranacaq əziyyətlərə dözməkdir.
Buna sübut Uca Allahın aşağıdakı kəlamıdır: “And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə ədalətli olmağı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlər istisnadır” (Əsr, 103/1-3).
İmam Şafii (Allah ona rəhmət etsin!) demişdir:
“Əgər Allah (c.c.) qullarına bu surədən başqa bir dəlil nazil etməsəydi, bu onlara kifayət edərdi”.
İmam Buxari (Allah ona rəhmət etsin!) isə belə deyir:
“Elm söz və əməldən əvvəl gəlir. Bu deyilənə dəlil Uca Allahın aşağıdakı ayəsidir:
“(Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. (Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə...”. (Muhəmməd, 47/19) Uca Allah bu ayəsində söz və əməldən öncə elmin zəruriliyini bəyan etmişdir.”
Bilmək lazımdır ki, hər bir müsəlman kişi və qadının aşağıdakı üç məsələni bilməsi və ona uyğun əməl etməsi fərzdir.
Birincisi. Bizi Allah yaratmışdır. O, bizə ruzi vermişdir. Bizi özbaşına qoymamış və bizə peyğəmbər göndərmişdir. Həmin peyğəmbərə itaət edib göstərişlərinə əməl edən Cənnətə daxil olar, ona asi olan isə Cəhənnəmə vasil olar.
Uca Allah belə buyurur:
“Həqiqətən, Biz Firona elçi göndərdiyimiz kimi, sizə də şahidlik edəcək elçi göndərdik. Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq” (Muzzəmmil, 73/15,16).
İkincisi. Uca Allah, Ona ibadətdə şərik qoşulmasına, istər o, yaxın mələk olsun, istərsə də göndərilmiş elçi, əsla razı olmaz. Buna Uca Allahın:
“şübhəsiz ki, məscidlər Allahındır. Yalnız Allaha ibadət edilməlidir!” (Cinn, 72/18) ayəsi dəlildir.
Üçüncüsü. Tək Allaha ibadəti yalnız Ona məxsus sayaraq Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət edən hər bir insanın, ən yaxın əzizi də olsa belə, Allaha və Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı çıxan bir şəxslə dostluq etməsi yolverilməzdir.
Uca Allah belə buyurur:
“Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə - dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağ-larına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allah-dan razıdırlar. Onlar Allahın firqəsindəndirlər. Həqiqətən, məhz Allahın firqəsinə daxil olanlar nicat tapanlardır” (Mucadilə, 58/22).
Qoy Allah səni Ona itaət etməyə yönəltsin! Həqiqətən, Həniflik (Tövhid dini) İbrahim peyğəmbərin (ə.s.) dinidir. Bu – sənin Allaha qulluğu yalnız Ona məxsus edib ibadət etməyin üçündür. Allah bunu bütün insanlara əmr etmiş, onları məhz bu məqsədlə yaratmışdır. Buna görə də Uca Allah belə buyurur:
“Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (Zariyat, 51/56).
Burada “...ibadət etmək...” ifadəsi “təkləşdirmək” mənasını verir.
Uca Allahın ən böyük əmri Tövhiddir. Yəni, təkcə Allahın ibadətə layiq olduğunu qəbul etməkdir. Onun qadağan etdiyi şeylərin ən böyüyü isə şirkdir. Şirk, Allahla birlikdə bir başqasına dua etməkdir. Buna dəlil Uca Allahın aşağıdakı ayəsidir: “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın!..” (Nisa, 4/36).
Əgər kimsə səndən: “İnsana bilməsi fərz olan üç əsas məsələ nələrdən ibarətdir?” – deyə soruşsa de ki, qulun Rəbbini, peyğəmbəri Muhəmmədi (ona Allahın salavatı və salamı olsun!) və İslam dinini tanımasından ibarətdir.”
Əgər “Rəbbin kimdir?” deyilsə, de ki, “Rəbbim, məni və bütün aləmləri nemətilə bəsləyən Allahdır. O mənim İlahımdır (məbudumdur). Ondan başqa İlah (məbud) tanımıram! Buna dəlil Allahın aşağıdakı ayəsidir:
“Həmd olsun aləmlərin Rəbbi Allaha” (Fatihə, 1/2).
Allahdan başqa nə varsa – yaradılmışdır. Mən də o məxluqlardan (yaradılmışlardan) biriyəm.
Əgər “Rəbbini nə ilə tanımısan?” – deyə soruşulsa:
“Ayələri ilə, yaratdıqları ilə” – cavabını ver. Çünki gecə də, gündüz də, günəş də, ay da Rəbbimin ayələrindəndir. Yeddi təbəqəli göy və yeddi təbəqəli yer və içindəki hər şey Onun yaratdıqlarındandır.
Uca Allah belə buyurur:
“Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin” (Fussilət, 41/37).
“Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır” (Əraf, 8/54).
Rəbb – məbuddur (yəni, ibadət ediləndir). Buna dəlil isə uca Allahın aşağıdakı ayəsidir:
“Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, təqva sahibi olasınız. O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın”. (əl-Bəqərə, 2/ 21,22)
Təfsirçi İbn Kəsir (Allah ona rəhmət etsin!) demişdir: “Bütün bunları yaradan ibadətə layiqdir.”.
Allahın yerinə yetirilməsini əmr etdiyi ibadətlərdən bəziləri bunlardır: İslam (Allaha təslim olmaq), iman, ehsan, dua, xof, ümid bəsləmək, təvəkkül etmək, yönəlmək, çəkinmək, mütilik, qorxu, üz tutmaq, köməyə çağırmaq, sığınmaq, Allahdan gözlənən yardım, qurban kəsmək, nəzir boyun olmaq və s. Bunlar və başqaları yalnız Allah üçün edilir. Uca Allahın aşağıdakı ayəsi buna sübutdur: “şübhəsiz ki, məscidlər Allahındır. Yalnız Allaha ibadət edilməlidir!” (Cinn, 72/18).
Hər hansı bir ibadəti Allahdan başqasına aid edən müşrik və kafirdir.
Uca Allahın aşağıdakı ayəsi buna dəlildir: “Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir ilaha ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. şübhəsiz ki, kafirlər nicat tapmazlar!” (Muminun, 23/117).
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!): “Dua – ibadətin beynidir” (Əbu Davud, Dua babı, 1/1479) – deyə buyurmuşdur. Buna sübut uca Allahın aşağıdakı ayəsidir: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəb-bürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” (Mumin, 40/60).
XOF:
Uca Allah belə buyurur: “...Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!” (Ali İmran, 3/175).
ÜMİD:
Pak və Uca Allah belə buyurur: “Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi Şərik qoşmasın!” (Kəhf, 18/110).
TƏVƏKKÜL:
Uca Allah belə buyurur: “...Əgər möminsinizsə, Allaha təvəkkül edin!” (Maidə, 5/23).
Bir başqa ayədə isə O, buyurur:
“...Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər....” (Talaq, 65/3).
YÖNƏLMƏK, ÇƏKİNMƏK VƏ MÜTİLİK
Uca Allah belə buyurur: “...Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qul idilər” (Ənbiya, 21/90).
QORXMAQ:
Uca Allah belə buyurur: “...Onlardan qorxmayın, Məndən qorxun...” (Bəqərə, 2/150).
ÜZ TUTMAQ
Uca Allah belə buyurur:
“...Rəbbinizə üz tutun və Ona itaət edin...” (Zumər, 39/54).
KÖMƏK DİLƏMƏK:
Uca Allah belə buyurur: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” (Fatihə, 1/5).
Allahın Elçisi isə buyurmuşdur:
“Kömək istəyəndə yalnız Allahdan dilə” (Tirmizi, 2648).
İSTiAZƏ (SIĞINMAQ):
Uca Allah belə buyurur:
“De: “Sığınıram insanların Rəbbinə, İnsanların ixtiyar sahibinə” (Nas, 114/1,2).
İSTİASƏ (YARDIM İSTƏMƏK):
“O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm” - deyə duanızı qəbul etmişdi”(Ənfal, 8/9).
QURBAN:
Uca Allah belə buyurur:
“De: “şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm” (Ənam, 6/162,163).
Buna Sünnədən dəlil kimi, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) aşağıdakı hədisini göstərmək olar:
“Allah Ondan başqasına qurban kəsəni lənətləmişdir” (Müslim Səhihi, Kitabul-Ədhiyyə (1978), Allahdan başqasına qurban kəsməyin haram olması babı: (belə qurban) kəsəni Allah lənətləmişdir).
NƏZİR
Uca Allah belə buyurur: “Onlar vəd etdikləri nəziri verər və vəhşəti hər yeri sarsıdacaq Gündən qorxarlar” (İnsan, 76/7).
İKİNCİ QAYDA:
İSLAM DİNİNİ DƏLİLLƏRLƏ BİLMƏK
İslam dini – tövhidlə Allaha təslim olmaq, itaətlə boyun əymək, şirkdən və şirk əhlindən uzaq olmaqdır. O (yəni, din), üç əsasdan ibarətdir: İslam, iman və ehsan. Hər əsas özlüyündə bölmələrə ayrılır.
BİRİNCİ ƏSAS İSLAMDIR
İslamın beş şərti var.
1. “Lə ilahə illəllah, Muhammədən rəsulallah” şəhadətini demək;
2. Namaz qılmaq;
3. Zəkat vermək;
4. Ramazan orucu tutmaq;
5. Allahın beytülhəramını (toxunlmaz evini) həcc etmək.
Şəhadətə dəlil uca Allahın aşağıdakı ayəsidir: “Allah Ondan başqa tanrının olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir” (Ali İmran, 3/18).
Bu kəlmənin (yəni, Lə iləhə illəllahın) mənası – “tək olan Allahdan başqa ibadətə layiq məbud yoxdur” deməkdir.
“Lə iləhə” ifadəsi, Allahdan başqa ibadət olunanları inkar etmək,
"İlləllah" ifadəsi isə, İbadətin təkcə Allaha aid olmasını təsdiqləmək deməkdir. Allahın mülkündə heç bir şəriki olmadığı kimi, Ona edilən ibadətdə də heç bir şəriki yoxdur.
Şəhadət kəlməsinin təfsirini isə Uca Allah belə açıqlayır:
“Bir zaman ibrahim öz atasına və xalqına demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam. Yalnız məni yaradandan başqa! ġübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”. O bunu (“lə ilahə illəllah” kəlməsini) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə doğru yola qayıtsınlar” (Zuxruf, 43/26-28).
“De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi
ilahlaşdırmayaq”. Əgər onlar üz döndərsələr, deyin: “şahid olun ki, biz müsəlmanlarıq!” (Ali İmran, 3/64).
ALLAHIN ELÇİSİ MUHƏMMƏD:
Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) Allahın elçisi olduğuna dəlil kimi Uca Allah belə buyurur:
“Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə Şəfqətli, rəhmlidir” (Tövbə, 9/128).
Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) Allahın Elçisi olmasına şəhadət gətirməyin mənası, onun əmrlərinə itaət etmək, verdiyi xəbərlərə inanmaq, qadağan etdiyi şeylərdən çəkinmək və məhz onun etdiyi şəkildə Allaha ibadət etməkdir.
Tövhidin təfsirinə, namaza və zəkata (yəni, onların fərz olmasına) dəlil olaraq Uca Allah belə buyurur:
“Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Ən doğru din də elə budur!” (Beyyinə, 98/5).
Oruca (yəni, fərz olmasına) dəlil isə Uca Allahın bu ayəsidir:
“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (Bəqərə, 2/183).
Həccə (yəni, fərz olmasına) dəlil kimi Uca Allah belə buyurur:
“... Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur” (Ali İmran, 3/97).
İKİNİCİ ƏSAS İMANDIR
İmanın yetmiş üçdən səksənə qədər şöbəsi var. Ən üstünü Lə ilahə illəllah kəlməsi, ən aşağısı isə insanları narahat edən şeyləri yolun üstündən götürməkdir. Həya (utancaqlıq) da imanın şöbələrindəndir.
İmanın şərtləri altıdır:
1. Allaha iman gətirmək;
2. Onun mələklərinə iman gətirmək;
3. Onun kitablarına iman gətirmək;
4. Onun peyğəmbərlərinə iman gətirmək;
5. Axirət gününə iman gətirmək;
6. Qədərin xeyir və şərinə iman gətirmək.
Bu altı şərtin dəlili kimi Uca Allah buyurur:
“Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən...” – lərdir. (Bəqərə, 2/177).
Qədərin dəlili Uca Allahın bu ayəsidir: “Biz, həqiqətən də, hər Şeyi Qədərinə görə yaratdıq” (Qəmər, 54/49).
ÜÇÜNCÜ ƏSAS EHSANDIR.
ONUN BIR ŞƏRTİ VAR.
Ehsan – Allahı görürmüş kimi ibadət etməyindir. Sən Onu görməsən belə, O səni görür.
Bununla əlaqədar Uca Allah belə buyurur:
“Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir” (Nəhl, 16/128).
Uca Allah belə buyurur:
“Qüdrətli və Rəhmli olana təvəkkül et! O, səni namaza duranda da görür, səcdə edənlər içində hərəkət edəndə də. Həqiqətən də O, Eşidəndir, Biləndir!” (Şuəra, 26/217-220).
Uca Allah belə buyurur:
“Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq...” (Yunus, 10/61).
Buna Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsindən gətirilən dəlil isə, Ömər ibn Xəttabdan (Allah ondan razı olsun!) nəql edilən hədisdir. Bu rəvayət, "Cəbrayılın hədisi" adı ilə
məşhurlaşmışdır. Ömər ibn Xəttab (Allah ondan razı olsun!) belə demişdir: “Bir gün Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanında oturmuşduq. Yanımıza ağappaq libaslı, qapqara saçlı, üst-başında yoldan gələn adamın əlamətləri olmayan və bizdən onu heç kimin tanımadığı bir adam gəldi. O, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanında oturdu. Sonra dizlərini onun dizlərinə yaxınlaşdırdı. Ovuclarını da onun ayaqlarının üstünə qoyub belə dedi:
“Ey Muhəmməd! Mənə İslam haqda xəbər ver!
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) dedi:
“Ġslam – Allahdan başqa ibadətə həqiqətən layiq olan ilah olmadığına, Muhəmmədin də Onun qulu və Elçisi olduğuna şəhadət etməyin, namaz qılmağın, zəkat verməyin, Ramazan orucunu tutmağın, gücün çatarsa, həccə getməyindir”.
O adam:
“Doğru söylədin” dedi.
Biz onun bu sözünə təəccüb etdik. Çünki həm soruşur və həm də cavabın doğru olduğunu bildirirdi. O sonra:
“Mənə iman haqda xəbər ver?” – deyə soruşdu.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!):
“İman – Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərin xeyir və Ģərinə iman gətirməyindir” – dedi.
O adam:
“Doğru söylədin” – dedi.
Sonra isə:
“Mənə ehsan haqda xəbər ver?” - deyə soruşdu.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!):
“Allahı görürmüş kimi Ona ibadət etməndir. Sən Onu görməsən də, O, səni görür” – dedi.
O adam:
“Qiyamət nə vaxt olacaqdır?” – deyə soruşdu.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!):
“Soruşulan bu barədə soruşandan daha məlumatlı deyil” – dedi.
O adam buyurdu ki:
“Mənə qiyamətin əlamətləri haqda xəbər ver!”
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) buyurdu:
“Cariyənin öz ağasını doğması. Ayaqyalın, çılpaq və kasıb davar çobanlarının imarət tikməkdə bir-biriləri ilə yarışa girmələrini görməyindir”.
Hz. Ömər (Allah ondan razı olsun!) deyir ki:
“Sonra həmin adam qalxıb getdi. Mən heyrət içində donub qalmışdım. Bir müddət sonra Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) buyurdu:
“Ey Ömər, soruşanın kim olduğunu bilirsənmi? Mən də: “Allah və Elçisi daha yaxşı bilər” dedim.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!):
“Bu, Cəbrayıl idi. Sizə dininizi öyrətmək üçün gəlmişdi” – buyurdu (Müslimin Səhih, Kitabul-İman, c. 1/8, İman, İslam və Ehsani açıqlama babında).
ÜÇÜNCÜ ƏSAS:
PEYĞƏMBƏRİMİZ MUHƏMMƏDİ (ona Allahın salavatı və salamı olsun!) TANIMAQ
Muhəmmədin atası Abdullah, babası isə Haşimin oğlu Əbdülmütəllibdir. Haşim Qüreyş qəbiləsindəndir. Qüreyş Ərəblərdən, Ərəblər isə İbrahim xəlilin (ona və Peyğəmbərimizə ən əfzəl salavat və salam olsun!) oğlu İsmayılın nəslindəndir.
O, altımış üç il yaşamışdır. Bunun ilk qırx ili peyğəmbərlikdən öncə, sonrakı iyirmi üç ili isə peyğəmbər və elçi kimi keçmişdir.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) “İqra” (oxu!) ayəsi ilə peyğəmbər, "Müddəsir"lə (libasına bürünüb örtünmüşlə) isə, Elçi oldu. O, Məkkə şəhərindəndir.
Allah onu (ona Allahın salavatı və salamı olsun!) şirkdən çəkindirmək və tövhidə dəvət etmək üçün göndərmişdi.
Uca Allah belə buyurur: “Ey libasına bürünüb örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis Ģeylərdən uzaqlaş! Yaxşılığı təmənna məqsədilə etmə! Rəbbin üçün səbir et!” (Mudəssir, 74, /1-7).
“Qalx və xəbərdar et!” ifadəsinin mənası insanları şirkdən çəkindirmək, tövhidə dəvət etmək, “Rəbbini ucalt!” Rəbbini tövhidlə yüksəlt, Onu təkbir et (Allahu Əkbər! Allah böyükdür!” de.), "Libasını təmizlə!" əməllərini şirkdən təmizlə deməkdir. “Pis şeylərdən uzaqlaş!” isə - bütlərdən və onlara ibadət edənlərdən uzaqlaşmaq deməkdir!
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) on il insanları tövhidə çağırdıqdan sonra göylərə merac etdi (yüksəldildi) və beş dəfə namaz qılınması orada ona fərz (vacib) buyuruldu. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) üç il Məkkədə namaz qıldı və sonra ona Mədinəyə hicrət etməsi əmr olundu.
Hicrət - şirk bölgəsindən (Allaha şərik qoşulan bölgədən) İslam bölgəsinə köçməkdir. Hicrət, bu ümmətə fərz qılınmış və onun hökmü Qiyamətə qədər davam edəcəkdir. Buna dəlil uca Allahın aşağıdakı ayəsidir: “Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara: “Siz nə halda idiniz?”- deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!”- deyəcəklər. Mələklər də onlara: “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?”- deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir. Ancaq zülmə qarşı çarə tapmağa qadir olmayan və hicrət etməyə yol tapa bilməyən zəif kişi, qadın və uşaqlar istisnadır. Ola bilsin ki, Allah onları əfv etsin. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır” (Nisa, 4/97-99).
Başqa bir kəramətli ayədə Uca Allah: “Ey iman gətirən bəndələrim! (Əgər hər hansı bir yerdə islamiyyətə görə sizi incidib əziyyət verirlərsə, orada sizi ölüm təhlükəsi gözləyirsə, yaxud dini vəzifələrinizi lazımınca yerinə yetirə bilmirsinizsə, başqa şəhərlərə və ölkələrə hicrət edə bilərsiniz. Mən oralarda da sizə ruzi verərəm). şübhəsiz ki, Mənim yerim genişdir. Buna görə də yalnız Mənə ibadət edin!” (Ənkəbut, 29/56) - deyə buyurur.
İmam Bəğəvi (Allah ona rəhmət etsin!) demişdir: “Bu ayənin nazil olma səbəbi Məkkədə qalıb hicrət etməyən müsəlmanlardır. (Bununla yanaşı) Allah onlara "iman gətirən bəndələrim" deyə xitab etmişdir”.
Hicrət etməyə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsindən dəlil aşağıdakı hədisdir: “Hicrət tövbə qapısı qapanana qədər davam edəcək. Tövbə qapısı isə günəş qərbdən doğanadək açıq olacaqdır” (İmam Əhməd, Müsnəd, 4/99. Əbu Davud, Kitabul-Cihad (2479) və Səhih Camidə (7436) rəvayət edilmişdir).
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Mədinəyə hicrət edib orada yerləşdikdən sonra İslamın zəkat, oruc, həcc, əzan, cihad, yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək və sair hökmləri ona əmr edildi. Bu on il davam etdi. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) hicrətin onuncu ilində vəfat etdi (Rəbbinə qovuşdu). Onun gətirdiyi din isə (qiyamətə qədər) həmişəlik qalacaqdır. O, ümmətini hər bir xeyir əmələ yönəltmiş və hər bir pis əməldən çəkindirmişdir.
Yönəltdiyi xeyir iş - tövhiddir. Həmçinin Allahın sevib razı qaldığı bütün söz və əməllərdir. Qadağan etdiyi şər iş isə - şirkdir (ibadətdə Allaha şərik qoşmaq). Eləcə də Allahın sevmədiyi və qəbul etmədiyi bütün söz və əməllərdir.
Allah Muhəmmədi (ona Allahın salavatı və salamı olsun!) bütün bəşəriyyətə göndərmiş, insanların və cinlərin ona (ona Allahın salavatı və salamı olsun!) itaət etmələrini vacib (fərz) etmişdir. Buna sübut uca Allahın aşağıdakı ayəsidir: "De: "Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm ..." (Əraf, 7/158).
Uca Allah dinini Muhəmmədlə (ona Allahın salavatı və salamı olsun!) tamamladı: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim...” (Maidə, 5/3). Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) vəfatı haqda Uca Allah buyurmuşdur: “(Ya Peyğəmbər!) şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər! Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda mühakimə olunacaqsınız” (Zumər, 39/30-31).
İnsanlar öldükdən sonra (qiyamət günü Allah tərəfindən) dirildiləcəklər. Buna dəlil: “Sizi də oradan yaratdıq. Sizi oraya da qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq” (Taha, 20, 55) və “Allah sizi yerdən bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır” (Nuh, 71/17-18) ayələridir. Dirildikdən sonra hesaba çəkiləcək və əməllərinin əvəzində ya mükafatlandırılacaq, ya da cəzalandırılacaqlar. Buna sübut uca Allahın aşağıdakı ayəsidir: “Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır!” (Nəcm, 53/31).
Öləndən sonra dirilməni yalan sayan şəxs küfr etmişdir. Buna dəlil uca Allahın aşağıdakı ayəsidir: “Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dün-
yada) etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!” (Təğabun, 64/7).
Allah bütün peyğəmbərləri (Cənnətlə) müjdələyən və (Cəhənnəmlə) qorxudan göndərmişdir.
Buna dəlil uca Allahın aşağıdakı ayəsidir: “Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın...” (Nisa, 4/165).
Elçilərin ən birincisi Nuhdur (ona Allahın salamı olsun!). Axırıncısı isə, Muhəmməddir (ona Allahın salavatı və salamı olsun!). O, bütün peyğəmbərlərin sonuncusudur.
Nuhun (ona Allahın salamı olsun!) ilk elçi olmasına dair dəlil haqqında uca Allah belə buyurur: “(Ey Peyğəmbərim!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik...” (Nisa, 4/163).
Allahın Nuhdan (ona Allahın salavatı və salamı olsun!) başlayaraq Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) qədər göndərdiyi bütün peyğəmbərlər öz ümmətlərinə tək Allaha ibadət etməyi əmr edib, tağutlara ibadət etməkdən çəkindirirdilər.
Buna sübut uca Allahın aşağıdakı ayəsidir: “Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik...” (Nəhl, 16/36). Allah bütün qullarına tağutu rədd etməyi və Ona iman gətirməyi fərz qılmışdır.
İmam İbn əl-Qeyyim (Allah ona rəhmət etsin!) tağuta belə tərif verir: "Tağut – qulun ibadətdə, tabeçilikdə və ya itaətdə (şəriətin qoyduğu) həddi aşmasıdır".
Tağutlar çoxdur, başlıcaları isə beşdir.
1. İblis (şeytan). Alla ona lənət etsin!
2. Öz razılığı ilə ona ibadət edilən.
3. İnsanları özünə ibadət etməyə dəvət edən.
4. Qeybi bilmək iddiasında olan.
5. Allahın nazil etdiyi ilə hökm etməyən.
Buna dəlil Uca Allahın aşağıdakı ayəsidir: “Dində məcburiyyət yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah hər şeyi olduğu kimi eşidəndir, biləndir!” (Bəqərə, 2/256).
Lə ilahə illəllahın mənası da elə budur.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdu: “İşin başı İslam, dirəyi namaz, zirvəsi isə Allah yolunda cihaddır”. (Tirmizi, İman bölümü, Bab/8).
0 yorum:
Yorum Gönder