23 Kasım 2010 Salı

FƏRZ ET Kİ, ÖLDÜN…

FƏRZ ET Kİ, ÖLDÜN…
GIRIŞ
Bir olan, Ondan üstün heç nə olmayan, sonsuz əzəmət sahibi, hökmü geri çevrilməyən, sonsuz böyuklük
və ucalıq sahibi Allaha həmd olsun.
Allah bizi imtahan və təcrübə üçün yaradıb. Cənnət və Cəhənnəmi bizimçün hazırlayıb. İşin ciddi və
önümüzdəki təhlükənin böyuk olduğu haqda bizə xəbərdarlıq etmişdir. Ağlı olan və düşünən insan son
məkanının hara və aqibətinin necə olacağını öyrənənə qədər könlü qırıq olmalıdır. Çünki Rəbbinə üsyan
etdiyi anlar və Onun əmrlərinə qarşı çıxdığı vaxtlar olmuşdur. Yaşadığı ömür boyu dəfələrlə Allahın
qəzəb və razılığını qazanmışdır. Həyatının bu ikisindən hansı ilə nöqtələnəcəyini və son aqibətinin necə
olacağını bilə bilməz. Buna görə də Allah qatındakı halının necə olacağını bilincəyə qədər qayğısı böyük,
üzüntüsü uzun, sıxıntısı isə şiddətli olmalıdır.
Uğuru Allahdan istə. Günahlarının bağışlanmasını Ondan gözlə. Hər işdə Ondan yardım istə.
Rəbbinin əmr və qadağalarına qarşı çıxmış, üsyanınla Onun qəzəb və əzabına layiq olmuşkən necə sevinə
bildiyinə qorxu və ürpəntinin könlündən necə əksildiyinə heyrət edirəm. Bil ki, çarəsiz ölüm sıxıntıları,
ağrıları, çırpınışları və sərxoşluğu ilə bir gün səni də haqlayacaqdır. Gec-tez reallaşacağı üçün bunu elə
indidən olmuş kimi qəbul et.
ÖN SÖZ və HƏDİS TERMİNLƏRİNİN İZAHI
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq,
Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən
qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa
onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud
yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və ancaq müsəlman olduğunuz halda ölün!» (Aliİmran,
102.)
«Ey insanlar! Sizi tək bir şəxsdən [Adəmdən] xəlq edən, ondan da onun üçün zövcə [Həvvanı] yaradan və
onlardan da bir çox kişi və qadın [törədib yer üzünə] yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən
[cürbəcür şeylər] istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən [həzər edin]!
Həqiqətən, Allah sizə Nəzarət edəndir!» (ən-Nisa, 1.)
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! [Əgər belə etsəniz] Allah əməllərinizi islah
edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar».
(əl-Əhzab, 70-71.)
Dinimizin əsas tərkib hissəsi olan əxlaq problemi bu gün də bəşəriyyətin gözəl inkişafı qarşısında öz
aktuallığını itirməyib və deyərdim ki, daha da böyük əhəmiyyət kəsb edir. Bu məsələyə tez-tez
mətbuatda, televiziya və radio proqramlarında toxunulur. Sözsüz ki, bu çox müsbət haldır. Və əxlaq
mövzusu ilə bağlı təşkil edilən hər belə müzakirələrdə əxlaqi keyfiyyətləri insanlara örnək ola biləcək bir
meyar axtarışı da olur. Sözsüz ki, fikir azadlığına məxsus hər bir şəxs əxlaq məsələsində müəyyən
meyarlara söykəndiyini ifadə edir. Mən də öz növbəmdə bu risalə vasitəsilə özüm üçün seçdiyim əxlaqi
İmam hməd bin Hənbəlin vaxtında yaşayan
Haris əl-Muhasibi bu kitabında ayə və hədislər
işığında oxucunun əlindən tutaraq ölümdən sonra
başına gələcəkləri addım-addım yaşatmağa
çalışmışdır. Bu kitabı oxuduğunuz zaman Cənnətin
nemətlərini dadmış və Cəhənnəmin yandırıb-yaxan
qaynarlığını ənsənizdə hiss etmiş olacaqsınız.
2
meyar barədə sizinlə söhbət açmağı qarşıma məqsəd qoymuşam. Əminəm ki, belə bir nümunəvi insan
digər məsələlərdə olduğu kimi əxlaq məsələsində də Peyğəmbərimizdir (s.a.s) . Belə söyləməyə əsasım
da var. Uca Allah buyurur:
“Həqiqətən, sən böyük bir əxlaq sahibisən!” ( əl-Qələm, 4.)
“Həqiqətən, Allahın Elçisi Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün
gözəl örnəkdir!” (əl-Əhzab, 21.)
Elə bu ayələrin təsiri ilə də bu mövzunu – yəni Peyğəmbərimizin (s.a.s) əxlaqının camaat üçün nə qədər
faydalı olduğunu nəzərə alıb bu xüsusda varid olan hədisləri sizə çatdırmaq istərdim. Uca Allah bu işdə
bizə kömək olsun.
Qeyd etmək istərdim ki, bu risalədə istifadə olunan hədisləri məşhur hədis alimi olan Əbu Abdullah
Muhəmməd ibn İsmail əl-Buxari isnadla gətirsə nəzərə alıb hədisləri bir-birinə ötürən ravilərin silsiləsini
qısaldıb yalnız hədisi rəvayət edən birinci ravi ilə kifayətlənmişəm. Hədislərin hökmlərini və onların
dərəcələrini şeyx Muhəmməd Nasirəddin əl-Albani müəyyən etmişdir. Xüsusi olaraq qeyd etməliyəm ki,
əl-Buxarinin topladığı bu hədislərin arasında zəif hədislərin olmasından təəccüblənməyin. Belə ki, alim
bu hədisi topladıqda özünün “Səhih əl-Cami” əsərində olduğu kimi yalnız səhih hədisləri toplamağı
qarşısına məqsəd qoymamışdır. Odur ki, bu kitabda həmin səhih, həm həsən, həm də zəif hədislər vardır.
Hədis terminlərinin mənasını isə aşağıda izah etmişəm.
Uca Allahdan bu risaləni onu oxuyanlar üçün faydalı olmasını diləyir və hamımızın əxlaqını
Peyğəmbərimizin (s.a.s) əxlaqı kimi gözəl olmasını arzulayırıq.
Bu yazını oxumaqla siz, hədis terminalogiyasında tez-tez rastlaşdığınız, çox vaxt isə mənalarını
bilmək istədiyiniz və hədislərin sonunda qeyd olunan ərəb dililndəki hədis istilahlarının-terminlərinin
mənalarını anlayacaqsınız.
İsnad: Bu kəlmə lüğətdə istinad, mənbə, dəlil-sübut, dayaq və s. mənaları ifadə edir. İstilahi mənada isə
bu kəlmənin iki mənası var:
– Hədisi istinad edərək rəvayət edənə aid etmək;
– Hədisin mətninə gətirib çıxaran ravilərin silsiləsi. Bu mənada o, «sənəd»in sinonimi hesab olunur.
Həsən: Bu kəlmə lüğətdə yaxşı, çox gözəl, və s. mənaları ifadə edir. İstilahi mənada - İbn Həcərin
tərifinə əsaslanıb belə demək olar: «Həsən hədis, isnadının əvvəlindən axırına qədər [mühafizə, yaxud
yazdıqlarını qorumaq baxımından] dəqiqliyi az olan insaflı ravinin aramsız, sapdırmadan [şazz olmadan]
və qüsursuz [«illə»siz] olaraq özü kimisindən xəbər verdiyi hədisdir».
Həsən li-ğeyrihi: «Həsən» kəlməsinin lüğəti və istilahi mənası artıq yuxarıda izah olunub. «Li-ğeyrihi»
kəlməsinə gəlincə, bu ərəbcə «li»- ön qoşmasından, «ğeyrun»- ismindən və «hu»- bitişən əvəzliyindən
əmələ gəlmiş kəlmədir. Ayrı-ayrılıqda «li»- aidiyyət, mənsubiyyət bildirir. «Ğeyrun»- kəlməsi özgə,
başqa və qeyri mənalarını, «hu»- əvəzliyi isə onun, ona və onu mənalarını ifadə edir. İstilahi mənada isə -
bu, bir çox yollarla [isnadlarla] rəvayət olunmuş «daif» hədisdir ki, onun zəifliyinin səbəbi ravinin
yalançı və ya fasiq olmasıyla əlaqəli deyildir. Bu növ hədis dərəcə etibarilə «həsən»dən aşağı hesab
olunur.
Həsən-Səhih: «Həsən» dərəcə etibarı ilə «səhih»dən aşağı hesab olunur. Elə isə fərqli mənaları olan bu
iki istilahi terminləri necə cəm etmək olar? Artıq alimlər Tirmizinin bu ifadəsində olan məqsədini
müxtəlif cür izah etmişlər. Bu izahların ən gözəli isə ibn Həcərin izahıdır. Bunu da Suyuti təqdirə layiq
hesab etmişdir. Xülasə budur:
– Əgər hədisin iki və daha çox isnadı varsa bu ifadə: «Bu hədis bir isnadla «həsən», digər isnadla isə
«səhih»dir – mənasını ifadə edir.
3
– Əgər hədisin yalnız bir isnadı varsa bu ifadə: «Bu hədis bir qrup alimin rəyinə görə «həsən», digərlərinə
görə isə «səhih»dir! - mənasını ifadə edir.
Münqəti: Bu kəlmə ərəbcə «məqtu» felinin məchul növündən əmələ gəlmiş feli sifətdir. Bu da kəsilmiş,
ayrılmış və s. Mənaları ifadə edir. İstilahi mənada isə - isnadının hər hansı bir yerində [ya əvvəlində, ya
ortasında, ya da sonunda] bağlılıq olmayan sənəd «məqtu» adlanır.
Münkər: Bu kəlmə ərəbcə «ənkərə» felinin məchul növündən əmələ gəlmiş feli sifətdir. Bu da inkar
olunmuş, hamı tərəfindən qəbul edilməmiş və s. mənaları ifadə edir. İstilahi mənada isə - etibarsız ravinin
etibarlı raviyə müxalif olaraq rəvayət etdiyi hədis «münkər» adlanır.
Səhih: Bu kəlmə lüğətdə müxtəlif mənalarda istifadə olunur. Məsələn: Sağlam, möhkəm, qıvraq, gümrah
və s. İstilahi mənada isə – səhih hədis, isnadının əvvəlindən axırına qədər dəqiq olan insaflı ravinin
aramsız, sapdırmadan [şazz olmadan] və qüsursuz [müəlləlsiz] olaraq özü kimisindən xəbər verdiyi
hədisdir».
Bu tərifi beş hissəyə bölüb şərh etmək olar:
a) isnadın aramsız olması: yəni isnadın əvvəlindən axırına qədər hədisin ravilərindən hər biri onu
özündən əvvəlki ravidən bilavasitə götürmüş [eşitmiş] olsun;
b) ravinin insaflı olması: yəni hədisin ravilərindən hər biri müəyyən dəyərlərə malik olmalıdır. Belə
ki, o müsəlman, həddi-büluğa çatmış, şüurlu olmalı, fasiq və əxlaqsız olmamalıdır;
v) ravinin dəqiq olması: yəni hədisin ravilərindən hər biri tam dəqiq olmalıdır. Belə ki, onun ya
yaddaşı möhkəm olmalı, ya da yazdıqlarını qorumaqda dəqiq olmalıdır;
q) şazz olmaması: Hədis şazz olmamalıdır. Belə ki, rəvayəti «məqbul» [«səhih», yaxud «həsən»]
sayılan ravinin özündən də nüfuzlu raviyə müxalif olması şazz adlanır.
d) müəlləl olmaması: Hədisdə [sənəddə və ya mətndə] «illə» olmamalıdır. «İllə» hədisin mötəbər
olmasında naqislik əmələ gətirən gizlin, anlaşılmaz səbəbdir.
Səhih li-ğeyrihi: «Səhih» və «Li-ğeyrihi» kəlmələrinin ayrı-ayrılıqda lüğəti və istilahi mənası artıq
yuxarıda izah olunub. İstilahi mənada isə - bu, özünün mislində və ya özündəndə qüvvətli bir başqa yolla
[isnadla] rəvayət olunmuş «həsən» hədisdir. Bu növ hədis dərəcə etibarilə «səhih»dən aşağı hesab olunur.
Şazz: Bu kəlmə ərəbcə «şəzzə» felinin məlum növündən əmələ gəlmiş feli sifətdir. Bu da tək-tənha, yana
çəkilmiş mənaları ifadə edir. İstilahi mənada isə - rəvayəti məqbul [«səhih», yaxud «həsən»] sayılan
ravinin özündən də nüfuzlu raviyə müxalif olaraq rəvayət etdiyi hədis şazz adlanır.
Zəif: Bu kəlmə lüğətdə zəif, gücsüz, qeyriqənaətbəxş və s. Mənaları ifadə edir. İstilahi mənada isə - nəql
etdiyi hədisə etimad olunmayan, etibarsız raviyə «daif»- deyilir. Hədislə bağlı terminə gəlincə, onun da
özünə məxsus istilahi mənası vardır. Belə ki, hədis alimləri hədisə «daif» dedikdə, həsən hədisdən aşağı
dərəcədə yerləşən, yaxud özündə həsən hədisin vəsfini cəm etməyən, hər hansı şərtlərindən biri olmayan
hədisi qəsd edirlər.
Tərcüməçidən: Əlixan Musayev / 21.12.2005
4
AXİRƏT
AXIRƏT NƏDIR?
İnsan Uca Allahın hər şeyi xidmətinə verdiyi ən dəyərli varlıqdır. Elə isə insan ancaq yaşayıb,
əylənib, sonunda da yox olmaq üçün yaradılmamışdır. Qurani-Kərimdə buyurulmuşdur: “Məgər insan
elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!” [Qiyamət surəsi, 36]. Bu da insanın bir
məqsəd üçün yaradıldığını göstərir.
Yenə Qurani-Kərimin bildirdiyinə görə, “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu
(onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu
(onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” [Zəlzələ surəsi, 7-8]. Bu da insanın dünyada ikən
etdiyi hər əməlinin hesabını verəcəyini təsdiq edir.
İslama görə bu dünya bir imtahandır. Pis və yaxşı insanlar biri-birindən fərqləndirilib seçilməsi üçün
bu dünyada imtanhandan keçirilir. Dünya həyatında sonra tam ayrı və sonsuz bir həyat başlayacaq. Axirət
bu sonsuz həyatın adıdır.
Hər insan doğular, böyüyər, yaxşı və ya pis bir həyat yaşayar və sonunda ölər. Dünyamız da eynən
bir insan kimi ölümlüdür. Bir gün dünyanın da ömrünün sonu gələcək, bütün planet bir anda yox
olacaqdır. Biz bu günə Qiyamət günü deyirik. Daha sonra Uca Allah sonsuz qüdrətiylə yeni bir aləm
yaradacaq. Bu yeni aləmdə insanlar dünyadəykən etdiklərinin hesabını verib, yaxşılıq və pisliklərinin
qarşılığını görəcəklər. Axirətə iman, öldükdən sonra diriləcəyimizə, dünyadaykən etdiklərimizə görə
sorğu-sual ediləcəyimizə və sonunda cəzalanacaq və ya mükafatlanacağımıza inanmaqdır.
Hər insan əcəli gələndə ölər. Ölüm insanın yox olması demək deyildir. Yalnız ruhun bədəndən
ayrılması və sonsuz bir aləmə köçməsidir.
İnsanın ölümüylə bədəndən ayrılan ruh, Axirət aləminin başlanğıcı olan qəbir həyatını yaşayar.
Qəbirdə Münkər və Nəkir adında iki mələk insana bir sıra önəmli suallar verərlər. Bu sualların
başlıcaları: “Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Kitabın nədir?” suallarıdır. Dünyadaykən
iman edib xeyir işlər görənlər bu suallara doğru cavab verərlər. İmanı tam olmayanlar isə bu suallara
doğru cavab verə bilməzlər. Sevimli Peyğəmbərimiz Məhəmməd (s.a.v) qəbirdə inasanların bu fərqli
hallarını belə təsdiqləməkdədir:
“Qəbir hər insan üçün dünyadakı durumuna görə ya Cənnət bağçalarından bir bağça və ya
Cəhənnəm çuxurlarından bir çuxurdur”.
Bundan aydın olur ki, hər insan vəziyyətinə uyğun olaraq qəbir həyatı yaşayacaqdır.
Qiyamətin qopma zamanı gələndə İsrafil adlı mələk Sur adı verilən bir alətə üfləyəcəkdir. Beləcə
bütün Yer kürəsi alt-üst olub, bütün canlılar öləcək. İsrafilin ikinci dəfə Sura üfləməsi ilə yeni bir dünya
qurulacaq və bütün ölülər diriləcək. Məhşər adı verilən böyük bir meydanda toplanacaqlar. İnsanların
dünyada etdikləri hər şey bir səhifə içərisində özlərinə veriləcək. Böyük bir məhkəmə qurulacaq. İnsanlar
muhakimə ediləcək. Ömrünü nə yolda bitirdiyi, elmi ilə nələr etdiyi, malını necə qazanıb hara xərclədiyi,
vücudunu hansı yollara sərf etdiyi soruşulacaq. Bu məhkəmədə heç bir şeyi inkar etmək mümkün deyil.
Çünki insanın əli, ayağı, gözü, qulağı hətta günah etdiyi yerləri dilə gələcək, əməllərinə şahidlik edəcək.
Bir-birilərini qarşı insanların şahidliklərinə də yer veriləcək. Daha sonra insanların etdikləri xeyir və şər
əməllər necə olduğunu dəqiq bilmədiyimiz bir tərəzidə ölçüləcək. Etdiyi yaxşılıqlar ağır gələnlər Cənnəti,
pis əməlləri ağır gələnlər isə Cəhənnəmi qazanacaqlar. Bu tərəziyə Mizan deyilir.
Bundan sonra Cəhənnəmin üzərində necə olduğunu Allahdan başqa kimsənin dəqiq bilmədiyi bir
körpü qurulacaq. İnsanlar savab əməllərinə görə fərqli vəziyyətlərdə bu Sırat deyilən körpüdən
keçəcəklər. Bəziləri ildırım surətilə keçib Cənnətə girəcəklər. Pis insanlar isə Sıratı keçə bilməyəcək və
Cəhənnəmə yuvarlanacaqlar.
5
AXİRƏT GÜNÜNƏ NİYƏ İNANIRIQ?
Öldükdən sonra dirilib hesab verməyə inanmaq imanın bir şərtidir. Axirətə inanmayan kimsə
müsəlman ola bilməz. Gecədən sonra səhərin, qışdan sonra baharın gəlməsi nə qədər mütləqdirsə,
öldükdən sonra diriliş də o qədər mütləqdir. Hər şey axirətin varlığını gərəkli edir. Allahın varlığını qəbul
edib axirəti inkar etmək, Günəşi qəbul edib işığını inkar etmək qədər ağılsızlıqdır. Çünki Allah insanları
təkrar dirildib hesaba çəkəcəyinə söz vermişdir. Bunu göndərdiyi bütün peyğəmbərlər və müqəddəs
kitablar vasitəsilə bildirmişdir. Allahın sözündən dönməsi mümkündür mü?
Allah hikmət sahibidir. Hər şeyi zamanında və yerində edər. Boş və anlamı olmayan bir iş görməsi
düşünülə bilməz. Bu boyda kainatı və mükəmməl insanı yaradıb, sonunda da onları büs-bütün yox etməsi
çox mənasız olardı.
Bir bağban böyük əmək və qayğı ilə yetişdirdiyi bağçasını yandırıb yox edərmi? Meyvələrini
çuxurlara doldurub çürüməsinə yol verərmi? “Xeyr” deyəcəksiniz. Elə isə Allah da bu kainatı daha gözəl
və əbədi olaraq yaşaması üçün Axirəti gətirəcək. Bir əkinçi çürüyüb yox olsun deyə toxumu torpağa
səpməz. Kök atıb boy versin deyə tarlaya əkər. İnsan da ölüb torpağa basdırılar. Fəqət çürüyüb yox olmaq
üçün deyil, Axirətə - yeni və sonsuz bir həyata gözünü açmaq üçün.
Ölüm bizim üçün ikinci bir doğuşdur. Allah anamızın bətnində-qaranlıq bir dünyada bizi doqquz ay
bəsləyib inkişaf etdirdi. Dünyada yaşamağımız üçün hər cur əzalarla – baş, əl, ayaq, orqanlarla və s.
təmin etdi. Ondan sonra da doğumla bizi dünyaya göndərdi. Ölümlə ikinci dəfə bir də doğulacağıq. Ana
bətnindən dünyaya göndərən Allah, dünyadan da Axirətə göndərəcək. Dünyadakı halımız yumurtadakı
cücənin halına bənzəyər. Ölümlə yumurtanın qabığını çatladar, tamamilə ayrı və sonsuz bir həyata
gözümüzü açarıq.
Hər ölkədə qanunlara əməl edən, vətəndaşlıq vəzifəsini layiqincə yerinə yetirən həqiqi vətəndaşlar
seçilir və sevilir. Qanunları pozan, hər kəsi narahat edən pis insanlar isə cəzalandırılır. Heç qatillərin,
oğruların, cinayətkarların sərbəst gəzdiyi bir ölkə ola bilər mi? Belə bir ölkədə ədalətdən danışmaq belə
olmaz. Dünya deyilən məmləkətin sahibi də Allahdır. Allah sonsuz ədalət sahibidir. Yaxşı və sevilən
qullarını mükafatsız, pisləri də cəzasız qoymayacaqdır. Onsuz da bu dünyada ədalət tam olaraq
görünmür. Zalım və məzlum, əzən və əzilən eyni torpağın altına basdırılır. Deməli, haqq-hesaba böyük
bir məhkəmədə baxılacaqdır. İnsanın iki cür yaradılışı vardır. Birincisi, dünyaya gələrkən yaradılışıdır.
İkincisi isə Axirətdəki yaradılışıdır. Əslində ikinci yaradılışımız birincisinə görə daha asandır. Çünki
birincisində bütün orqan, sistem və duyğularımız tək bir hüceyrədən yaradılır. İkincisində isə dağılan
vücudun atom və hüceyrələri toplanılır. Bir şeyi yoxdan var etmək, yoxsa dağılan bir şeyi toplamaq daha
asandır? Bizi yoxdan var edib dünyaya göndərən Allah ikinci dəfə də yaradacaqdır.
Axirətə inanmağın saysız faydaları vardır. Hər şeydən əvvəl insan üçün böyük təsəlli qaynağıdır.
Doğulan körpə anasının bətnindən daha gözəl bir dünyaya gəldiyini bilsəydi heç ağlayardımı? Eləcə
Axirətə inanan insan da ölümü sonsuz bir dünyaya doğulmaq kimi görər və ölümdən qorxmaz.
Əsgərliyini bitirən əsgərin sevincinin həddi olmaz. Çünki öz boynuna düşən vəzifəni yerinə yetirib öz
yurduna dönər. Yüzlərcə qohum, yaxın əqrəba və dostlarına qovuşar. Uzaq bir ölkəyə təhsil almağa
gedən bir tələbə vətəninə dönərkən heç ağlayarmı? Ağlayarsa əgər o da sevincindən ola bilər. Eləcə də
dünya həyatı da insanlar üçün bir əsgərlikdir. Sanki bir oxumaq, dərk etmək, təhsil və elm almaq
fürsətidir. Ölüm isə “buraxılış” əmridir. Gerçək vətənimiz olan Cənnətə dönüşdür. Axirətə köçmüş
milyonlarca qohum, dost və yaxınlarımıza qovuşmaqdır.
Axirətə inanmaq fərd üçün dəyərli olduğu kimi cəmiyyət üçün də dinclik və rahatlıq qaynağıdır.
Axirətdə hesab verəcəyinə inanan bir kəs heç vaxt şər əməl sahibi olmaq istəməz. Zülm eməkdən və
haqsız olmaqdan özünü saxlayar. Davranışlarına diqqət edər. Bacardığı qədər yaxşılıqlar, xeyir əməllər
etməyə çalışar. Çünki nə qədər çox başqalarına faydalı olarsa Axirətdə o qədər çox xoşbəxt olacağını
düşünür. Beləcə həm özü, həm də yaşadığı cəmiyyət rahat və sakit yaşayır. Həyatda yanğın, zəlzələ,
xəstəlik kimi müsibətlər əskik olmaz. Hətta bəzən bu fəlakətlər insanın nəyi varsa silib-süpürür. Bu kimi
vəziyyətlərdə Allaha və Axirətə inanan insan təsəlli tapar və səbr edər. Özünü məhv etməz, stresə girməz.
Çünki itirdiyi şeylərin ona savab qazandırdığını dərk edər.
İnsan bu dünyada hər istədiyini əldə edə bilməz. Axirətə inanan insan Cənnətdə bunlara qovuşa
biləcəyinə əmin olar. Təsəlli və rahatlıq tapar. Xeyirli və saleh bir insan olmağa çalışar. Başqalarının
mənsub olduqları üstünlükləri qisqanmaz. Ruhi və psixi depresiyaya düçar olmaz.
6
Axirətə inanan insanlara xas olan iki xüsusiyyət vardır:
1. Bolluqda verdiyi nemətlərə görə Allaha şükr etmək.
2. Sıxıntı və darlıqda isə səbr etmək və Rəbbinə üsyan etməmək.
CƏNNƏT VƏ CƏHƏNNƏM
Dünya bir tarla, məhşər bir xarman, Cənnət və Cəhənnəm isə anbardır sanki. Dünyada yaxşılıq və
pislik, çirkinlik və gözəllik, faydalı və zərərli insanlar birgə ömür sürürlər. Axirətdə bunlar bir-birindən
tamamilə ayrılacaqlar. Bütün yaxşılıqlar, gözəlliklər, faydalı və xeyirli insanlar Cənnətə toplanacaq. Hər
cür pisliklər, çirkinliklər, zərərli və xeyirsiz insanlar isə Cəhənnəmə toplanacaq. Cənnət dünyadakı
yaxşılıq və gözəlliklərin, Cəhənnəm isə pislik və çirkinliklərin meyvəsidir. İnsan dünyada nəyi əkərsə,
Axirətdə də onu biçəcəkdir. Yetişdirdiyi meyvələri dərəcəkdir.
Cənnət Allahın sevdiyi xeyirli qulları üçün hazırladığı sonsuz bir mükafat yurdudur. Qulaqların
eşitmədiyi, gözlərin görmədiyi, ağla gəlməyən, xəyal belə edilməyən nemətlərlə doludur. Dünyanın
minlərlə il sürən xoşbəxt həyatı Cənnət həyatının bir anına belə dəyməz. Cənnətin açarı isə imandır.
İmanı olduğu halda qulluq vəzifəsində günah edən, insanlara pislik edən kəslər Cəhənnəmdə cəzalarını
çəkdikdən sonra Cənnətə girəcəklər. Cənnət göyləri və Yeri əhatə edəcək qədər genişdir. İçində
növbənöv çaylar axar. Cənnət zümrüd kimi yaşıllıqlarla dolu bağçalardan əmələ gəlmişdir. Köşkləri inci,
yaqut və mərcanlardan inşa edilmişdir. Cənnətliklər əbədiyyən gənc, dinc və sağlam olaraq nemətlər
içində üzəcəklər. Ürəkləri istəyən hər şeyə nail olacaqlar.
Cəhənnəm inkarçı, pis, zalım və əxlaqsız insanların atılacaqları bir cəza evidir. Qurani-Kərimdə
Cəhənnəm yandırıb taxdığı insanlar və daşlar olan bir atəş dəryası olaraq tanıdılır. Əslində Allaha və
Axirət gününə inanmayan kafirlər üçün hazırlanmışdır. Onlar əbədi olaraq Cəhənnəmdə qalacaqlar.
Ancaq inandığı halda nəfsinə qalib gələ bilməyən və günah sahibi olan insanlar da cəzalarını çəkənə
qədər burada qalacaqlar. Cənnət və Cəhənnəmin varlığı İlahi ədalətin gərəyidir. Naqis insanların
cəzalandırılmaması xeyirli insanlara zülümdür.
Allah heç bir bəndəsini cəzalandırmaq istəməz. Ona görə də insanlara günahlardan əl çəkib xeyir
əməllər etmələri üçün xəbərdarlıq edib. Günahlarına görə isə tezliklə tövbə etməyə çağırıb.
ÖLÜM
ÖLÜMÜN SƏRXOŞLUĞU
Bir anlıq düşün ki, sən can üstündəsən. Ölümün sıxıntısı, acısı, sərxoşluğu, qəm və iztirabıyla
boğuşmaqdasan. Artıq ölüm mələyi ayağından başlayaraq ruhunu çəkməyə başlayıb. Ölümlə çarpışmanın
ağrısını ayağının ta ucundan hiss edirsən. Sonra bu, heç vaxt keçirmədiyin ağrılı hal ara vermədən davam
edir. Ruhun aşağıdan yuxarıya doğru olmaqla bütün bədənindən çəkilir. İzaholunmaz ağrı hiss edirsən
bütün vücudunda. Ölümün sıxıntısı bütün bədəninə yayılıb. Qəlbin ürpərti və üzüntü içindədir.
Rəbbindən gələcək qəzəb və ya mərhəmət müjdəsinin həsrətindəsən. Vəzifəsi sənin canını almaq olan
mələkdən bu iki xəbərdən birini eşitməkdən başqa bir ehtimalın olmadığını artıq dərk etmisən.
ÖLÜM MƏLƏYİNİN GÖRÜNÜŞÜ
Sən belə qəm, kədər, ölüm ağrısı və şiddətli üzüntü içərisində Rəbbindən iki müjdədən birini
gözlərkən birdən - birə Ölüm mələyinin çöhrəsi ilə üz-üzə gəlirsən. Bu çöhrə o zamanadək gördüyün ya
ən gözəl, ya da ən çirkin bir mənzərə olacaq sənin üçün.
Bədənindən ruhunu çəkib çıxartmaq üçün Ölüm mələyi əlini sənin ağzına doğru uzadarkən ona
baxırsan. Bu düşdüyün vəziyyət və Ölüm mələyini görməyindən doğan dəhşətdən nəfsin zillətə
bürünmüşdür. Qəfildən hansı müjdə ilə qarşılaşacağının xiffəti səni daha da sıxır. Birdən-birə onun səsini
eşidirsən. Sənə: “Allahın riza və mükafatı ilə sevin, ey Allahın dostu!” və ya “Onun qəzəb və əzabıyla
sevin, ey Allahın düşməni!” deyilir.
7
Bax, elə həmin an ya qurtulduğun qənaətinə gəlir və ruhun Allah ilə hüzur tapır, ya da məhv və həlak
olduğuna əmin olub qəlbin ümüdsizliklə dolar, Allahdan ümüdün üzülər. Dünyadakı müddətinin bitdiyi,
izin-tozun silindiyi və səndən əvvəl keçib gedənlərin yurduna köçdüyün o anda konlünə son dərəcə kədər
və hüzün və ya nəşə və sevinc hakim olar.
QƏBİR
QƏBİR VƏ SORĞUSU
Könlünün sevinc və şadyanalıqdan uçduğu və ya ibrətlə dolduğu o anda özünü təsəvvür et! Sənin
üçün qazılan qəbiri və onun dəhşətli mənzərəsini, oradakı iki mələyi və Rəbbinə olan imanla bağlı sorğusualı
göz önünə gətir. Ya Rəbbindən gələn Kəlimeyi-şəhadət ilə dəstəkləndiyindən səbatlı və qərarlı, ya
da tamamilə yardımsız, çaşqın və ürkəksən.
O iki mələyin sorğu-sual etmək üçün səni çağırdıqları andakı səslərini düşün! O ensiz məzar
çuxurunda oturuşunu təsəvvür et. Sən və yalnız iki mələk. O mələklərin görünüşünə və vücudlarına
gözünü dikdiyin anı xəyal et. Əgər onları gözəl şəkildə görsən, qəlbin qurtuluşa çatdığına əmin olar. Yox
əgər çirkin şəkildə görsən, məhv və həlak olduğunun qənaətinə gələrsən. Bir anlıq düşün onların
sorğularını, səs və sözlərini. Sonra da əgər Allah lütf etmişsə Onun yardımını və ya tərk etmişsə dəhşət
içində çaşqınlığını təsəvvür et.
QƏBRİN CƏNNƏT VƏ CƏHƏNNƏMƏ AÇILIŞI
Ya əminlik və qətiyyətlə, ya da çaşqın və şübhəli cavabını düşün! Uca Allah sənə səbat ehsan
etmişsə, o iki mələyin sevinclə sənə yönəldiklərini, Cəhənnəmə qapı açmaq üçün qəbirin yanlarına
vurduqlarını da düşün! Sonra Cəhənnəmin atəşindən qızındığını, o anda mələklərin səninlə
danışmaqlarını göz önünə gətir. Allahın səni qoruduğu bu acı mənzərəyə baxırsan. Aciz və zəifliyinə
baxmayaraq necə bir atəşdən xilas olduğunu öz gözlərinlə görüb inanarsan. Buna görə qəlbin sevinc və
nəşə ilə dolar.
Sonra o iki mələk qəbrinə yenidən vurduqdan sonra məzarının zinət və nemətlərlə dolu Cənnətə
açıldığını və mələklərin bu sözlərini təxəyyül et: “Ey Allahın qulu! Allahın sənin üçün hazırladıqlarına
bax! Bu, sənin məqamın və qovuşacağın yerindir!” Bu Cənnət nemətlərini, ordakı səltənətini və bütün bu
parlaq gözəlliklərə bir gün qovuşacağını hiss edərkən könlünü dolduran sevinci düşün!
Əgər elə deyilsənsə, bütün bunların əksini: təhqir olunacağını, Cənnət göstərilərkən mələklərin sənə
“Əziz və Cəlil olan Allahın səni məhrum etdiyinə bax!” dediyini, Cəhənnəmi görərkən isə “Allahın sənin
üçün hazırladığına bax! Bu sənin yurdun və qovuşacaq yerindir!” sözlərini bir düşün. Bu nə böyük və
dəhşətli bir təhlükədir!
Bu iki haldan hansının qəbirdə sənin vəziyyətin olacağını öyrənənədək dünyada sənə çox böyük qəm
və üzüntü vardır. Sonra yoxluq və imtahan! Ən nəhayət sənin də nəfəsin kəsiləcək torpağın altında
vücudun çürüyəcək, sümüklərin belə məhv olacaq. Fəqət ölüm mələyinin verdiyi müjdənin hüzün və
sevinci ruhundan heç getməyəcək. Canın durmadan yenidən diriləcəyin zaman qarşılaşacağın ya Allahın
qəzab və əzabını, ya da Onun riza və mükafatını gözləyəcəkdir.
Sən bunu gözlərkən ruhun Cənnətdəki məqamına və ya Cəhənnəmdəki yerinə ərz ediləcəkdir.
Ruhunun həsrət və üzüntüləri, ya da həzz və sevinci çox böyük olacaqdır. Nəhayət ölülərin gözləmə
müddəti bitəcək. Yer və göy sakinlərsiz qalacaq. Bir zamanlar canlı və hərəkətli olan hər şey donacaq.
Artıq nə eşidilən bir səs, nə də görülən bir qaraltı olacaqdır. Sadəcə O Ən Uca Cabbar olan Allah-Təala
qalacaqdır. Eynən əzəmət və ucalığı ilə tək və yalqız olduğu kimi!
8
QİYAMƏT VƏ HƏŞR
İSRAFİLİN SURUNUN SƏSİ
Sonra sən də daxil olmaqla bütün yaradılanlar Allahın hüzuruna zillət və qorxu içərisində toplanması
üçün bir müdhiş səslə diksinəcəkdir. Bu, İsrafilin Surunun səsidir!
Bu səsin qulaq və ağılın üzərindəki təsirini düşün!
Uca Yaradanın hüzuruna çağrıldığını anlayırsan. Bu səsin təsirindən yerindən dik atılmış və saçların
ağarmışdır. Çünki bu səs əzəmət və mərhəmət sahibi Allahın hüzuruna toplanmağa çağırmaqdadır.
Sən də bu səsi eşitdiyin üçün qorxu içindəsən. Və qəflətən başının üstündəki torpağın yarıldığını hiss
edirsən. Məzarının torpağı ilə təpəndən dırnağınadək toz-torpaq içində sıçrayıb ayağa qalxarsan. Ğözlərin
səsin gəldiyi tərəfə dikilmişdir. Səninlə birlikdə bütün yaradılanlar uzun müddət bəla və imtahan
gördükləri qəbirlərinin toz-torpağına bulaşmış halda elə dəhşətli bir görkəmdə ayağa qalxarlar ki...
Özünün və onların birlikdə qəbirlərinizdən diksinib qalxmağınızı ğöz önünə gətir!
MƏHŞƏRƏ SÖVQ
Məxluqatın qarışıqlığı içərisində qorxu, üzüntü, qəm və kədərinlə təkbaşına çılpaqlığını və zillətini
təsəvvür et!
Hamı çılpaq, ayaqyalın, susqun halda zillət, ürpərti və dəhşət içindədir. Ətrafındakı bu qarma-qarışıq
insan selinin ayaq səslərindən və İsrafilin çağırışının yanğısından başqa bir şey eşidə bilməzsən. Sənin də
içində olduğun məxluqat ona doğru yönəlmiş və səsin gəldiyi tərəfə yeriməkdədirlər. Heybət və zillət
içində qaçmaqdasan. Məhşər yerinə çatanda çılpaq və ayaqyalın cin və insanlardan ibarət bütün ümmətlər
bir yerdə toplanar.
Yer üzündəki hökmdarların, iqtidar sahiblərinin səltənətləri, mal və mülkləri yox olmuş, özlərini isə
qorxu bürümüşdür. Dünyada Allahın qullarına qarşı etdikləri zülm və işgəncələrdən sonra artıq yaradılış
və dəyər baxımından məhşər əhlinin ən aşağı və ən səviyyəsizləridir.
Sonra insanlardan qorxub, təkbaşına yaşayan vəhşi heyvanlar – təbii ki, imtahana və ya etdikləri bir
günaha görə deyil, sadəcə Qiyamət günün dəhşətindən qorxduqları üçün başları önlərinə əyilmiş olaraq
çöllərdən və dağların təpələrindən yönəlib gələrlər. Şiddət, cürət və qüdrətlərinə baxmayaraq, yırtıcı
heyvanlar belə o böyük gündə Qiyamət və Allahın hüzuruna ərz anı üçün boyunlarını bükmüş olaraq və
zillət içində gəlməklərini düşün! Nəhayət o vəhşilər gəlib məxluqatların ardınca Cabbar və həqiqi Məlik
olan Allahın hüzurunda zillət içərisində dayanarlar.
Şeytanlar da azğınlıq, üsyan və inadlarından sonra Uca Allahın hüzuruna ərz edilməyin zillətiylə
boyun əymiş olaraq gələrlər. Uzun bir imtahandan sonra yaradılışları və təbiətləri fərqli-fərqli olduğu və
bir-birindən ürküb qaçdıqları halda hamısını bir yerdə toplayan Allahın şanı nə qədər ucadır!.. Yenidən
diriliş onların hamısına baş əydirmiş və məhşərə sövq onları bir yerə toplamışdır.
GÖYLƏRİN YARILMASI
İnsan, cin, şeytan, vəhşi və yırtıcı heyvanlar, davar və sağmal kimi ev heyvanları və həşəratlarla
birgə Yer üzü əhalisinin sayı tamam olub ərz və hesab çəkilən yerdə hamısı öz yerini tutar. Sonra onların
üzərinə düşən Günəş və Ayın işığı yox olar. Nurunun sönməsiylə Yer üzü qaranlığa qərq olar.
Sən və ətrafındakı məxluqat bu vəziyyətdəykən başınız üzərindəki dünya səması çatlamağa və öz
böyüklüyü ilə dönməyə başlayar. Sən də hamı kimi bu təhlükəli mənzərəni gözlərinlə izləyərsən. Sonra
göylər beş yuz illik qalınlığına baxmayaraq yarılar. Bir anlıq düşün adi bir göy gurultusundan titrəyən
qəlbin bu göylərin parçalanmasından yaranan səsə necə tab gətirər!.. Sonra göylər Qiyamət gününün
əzəmət və dəhşətindən yırtılıb parça-parça olar.
9
Parçalanıb yarılan göyləri əhatə edən mələklər o göylərin ətrafında durarlar. O boyda göylərin
parçalanmasını nə zənn edərsən? Rəbbi göyü Qiyamətin dəhşətilə əridib içinə sarılıq qarışan ərimiş
gümüş halına gətirər. Eynən Cəlil və Rəhman olan Allahın Qurani-Kərimdə buyurduğu kimi: “(Qiyamət
günü) göy yarılıb (dağ basılmış) dəri (yaxud dağ edilmiş yağ) kimi qıpqırmızı olduğu zaman
(halınız necə olacaq)?!” [Rəhman surəsi, 37] və ya “O gün göy göyərmiş mis kimi olacaq. Dağlar da
didilmiş (rəngbərəng) yun kimi olacaqdır.” [Məaric surəsi, 8-9]
(Müfəssirlər deyirlər ki, ayədə qeyd olunan “əl-Mühl” sözü içinə sarılıq qarışmış ərinmiş gümüş
deməkdir. “əl-Ihn” isə didilmiş rəngli yun anlamındadır. “Vərdətən kəddihan” ifadəsi isə qızılı-qırmızı
rəng mənasında işlənir.)
MƏLƏKLƏRİN ENİŞİ
Dünya səmasının mələkləri o səmanın kənarlarında ikən birdən-birə Allaha ərz və hesab ücün Yer
üzündəki məhşər yerinə enərlər. O mələklər ki, Allah qatında böyüklüklərinə, dəyərlərinə baxmayaraq
zillət və məskənət içində Yaradana təqdis ilə ucalan səsləri ilə göyün hər iki tərəfindən Yer üzünə doğru
sürətlə enərlər. Yüksək qiymətləri, nəhəng cismləri, dəhşətli səsləri və şiddətli qoxuları ilə Əziz və Cəlil
olan Allaha arz edilmənin, hesab vermənin qorxusundan boyunları bükük bir biçimdə buludların
arasından enişlərini təsəvvür elə!
Belə ki, Yəhya bin Ğaylan əl-Əsləmi mənə demişdir ki: “Ruşdeyn bin Saidin Əbüs-Səmhdən, onun
da Əbu Qabildən onun da Abdullah bin Amr bin əl-Asdan nəql edildiyinə görə Peyğəmbər (s.a.s) belə
buyurmuşdur: “Allahın bir mələyi vardır. İki göz bulağından gözünün qurtaracağınadək məsafə ayaqla
qət ediləcək yüz illik məsafəyə bərabərdir.” Yenə Yahya bin Ğaylan əl-Əsləmi mənə demişdir ki:
“Rüşdeyn bin Said, İbn Abbas bin Məymun əl-Lahmi, onun da Əbu Kabil, onun da Abdullah bin Amr bin
əl-Asdan nəql etdiyinə görə Peyğəmbər (s.a.s) belə buyurmuşdur: “Allahın bir mələyi vardır. İki qaşının
arası yüz il qədərdir”. Enən mələklərin onlar üçün gəldiyini düşünən məxluqat belə bir sual edəndə sənin
də qorxun nə yaman olar: “Rəbbimiz aranızdamı?” Mələklər məxluqatın bu sualından və Allahın onların
arasında olması düşüncəsindən ürpərirlər və Allahı tərif ücün belə nida edərlər: “Haşa! Rəbbimizi tənzih
edərik! O, aramızda deyildir. O, gələcəkdir”. Nəhayət o gün çəkdikləri əziyyətdən başları önlərinə
əyilmiş bir vəziyyətdə məxluqatı sıxlaşdıraraq mələklər də səf halında öz yerlərində dayanarlar. Nəhəng,
əzəmətli yaradıldıqları halda onları qanadlarına bürünmüş, Rəbblərinə zillət, məhviyyət və sonsuz hörmət
hissi ilə başları kökslərinə əyilmiş hallarını təsəvvür et! Sonra hər şey eyni şəkildə göyün yeddinci qatına
çatanadək və bütün göy xalqı enənədək davam edər. Hər bir göyün əhalisi məxluqatın ətrafında ayrı bir
səf qurarlar.
MƏHŞƏRİN HƏRARƏT VƏ SIXINTISI
Nəhayət bütün yeddi göy və yer əhalisi məhşərdəki yerlərini tam olaraq alandan sonra Günəşə on
illik hərarət geydirilər və məxluqatın başları üzərinə bir və ya iki yay qədər yaxınlaşdırılar. Rəbbil-
Aləminin kölgəsindən başqa heç kimsənin kölgəsi olmaz. Yalnız Ərşin kölgəsində sərinlənənlər və
Günəşin hərarəti ilə qovrulanlar vardır. Günəş altındakıları hərarəti ilə qızdırar. Hərarətdən onların kədər
və narahatlıqları şiddətlənər. Sonra ümmətlər narahatlıqdan sıxışmağa və bir-biriləri ilə didişməyə
başlayar. Bir-birilərini sıxışdırarlar və ayaqları əzilər.
Susuzluqdan az qala boğazları quruyub qırılar. Günəşin istisi, məxluqatın nəfəsləri və izdihamın
verdiyi hərarət bir-birinin üstünə gələr. Bundan sonra onlardan elə bir tər axar ki, bütün Yer üzünə
yayılar. Sonra da əməllərinin dərəcəsinə və Allah qatındakı səadət və dərəcələrinə görə bütün vücudlarını
qərq edər bu tər. Belə ki, bəzilərinin topuqlarına, bəzilərinin göbəyinə, bəzilərinin qulaq sırğaliqlarına
qədər yüksələr. Bəziləri isə hardasa öz tərləri içində boğulacaq vəziyyətə düşər.
Umeyr bin Səid deyir ki, “Mən İbn Amr və Əbu Said əl-Hudrinin yanında oturmuşdum. Cümə günü
idi. Birisi yanındakına dedi ki, “Mən Rəsulullahı (s.a.s) belə buyurarkən eşitdim: “Qiyamət günü tər insan
oğlunun harasınadək çatar? Orada olanlardan biri cavab verdi: “Qulağının sırğalığınadək”, başqa biri:
“Ağzına qədər”dedi. İbn Ömər (r.a): (Qulağının sırğalığından ağzına doğru bir xətt çəkərək) İkisinin də
bərabər olduğunu görürəm” dedi”.
10
Haysemə, Abdullahın belə dediyini bildirdi: “Qiyamət günü Yer üzünün hər yeri atəş kimi olar.
Uzaqlığında isə Cənnət durar. İnsanlar onun hurilərini və qədəhlərini görərlər. Abdullahın canı qüdrətinin
əlində olan Allaha and içirəm ki, hesabını gözləyən insan sorğu-sualı başlayanadək o qədər tər tökər ki,
tökdüyü hər tər öz boyunca Yer üzünə yayılar. Sonra bu tər burnuna qədər yüksələr.” Abdullahdan
soruşdular: “Bu nədən irəli gəlir, ya Əbu Abdurrahman?” Abdullah: “İnsanların çəkdikləri sıxıntını
görmələrindən” cavabını verdi.
İbn Ömərdən (r.a) Rəsulallahın (s.a.s) belə buyurduğu nəql edildi: “İnsan (bir dəfə də kafir dedi)
Qiyamət günü qulaqlarının ortasına qədər tər sızıntısının dənizi içərisində ayaq üstə gözləyər”. Yenə
Peyğəmbərdən (s.a.s) Abdullahın belə dediyi rəvayət edilmişdir: “O günün uzun-uzadı gözləməsindən
Qiyamət günü tər kafiri ağzının bərabərinə çatacaq qədər qərq edər. O qədər əziyyət edər ki, “Rəbbim,
atəşə göndərsən belə məni rahatlat!” deyə yalvarar”.
Heç şübhəsiz sən də onlardan biri ola bilərsən. Qədərinlə baş-başa qalmış, tər içində qərq olmuş,
qorxu və ürpərtidən nəfəsin tıxanıb, təngənəfəs bir halda özünü düşün! Ətrafındakı insanlar da səninlə
birlikdə səadət və ya bədbəxtlik yurduna göndərəcək hökmün verilməsini gözləyərlər.
HƏR KƏS ÖZ CANININ HARAYINDA
Nəhayət sənin və digər yaradılışların məşəqqəti ən yüksək zirvəyə çatar. Danışmadan və hesaba
çəkilmədən uzun-uzadı gözləyərlər. Üç yüz il heç danışmadan, bir tikə yemək yemədən, bir qurtum su
içmədən, üzlərinə bir dənə də xoş bir meh dəymədən, bu narahatlıqdan və ayaq üstə durmaqdan yaranan
dözülməz dərəcədə yorğunluğu dəf etmək üçün bir an belə istirahət etmədən gözləməyi nə zənn edərsən?
Katadə və ya Kəbdən rəvayət edilmişdir ki: “O gün insanlar aləmlərinin Rəbbinin hüzurunda
duracaqlar” (əl-Mutaffifin) ayəsini oxudu və bu açıqlamanı gətirdi: “Üç yüz il qədər duracaqlar.” Yenə o,
Həsən əl-Bəsridən belə eşitdiyini söylədi: “Uzunluğu əlli min il olan bir zaman ayaqları üzərində Əziz və
Cəlil olan Allahın hüzurunda dayanan insnaların halını nə zənn edərsən?! Onlar orada nə bir şey yeyərlər
nə də bir şey içərlər. Belə ki, susuzluqdan boyunları incəlmişdir. Aclıqdan içləri yanmışdır.”
Belə bir vəziyyətdə sən də bir anlıq da olsa özünü düşün. Fərz et ki, illərlə öz tərinin içində
boğularaq, ətrafın sım-sıx insan, cin, mələklərlə dolmuş halda, susuzluqdan udqunmağa belə çətinlik
çəkərək, verəcəyin hesabın ağırlığı altında gözləyirsən...
PEYĞƏMBƏRLƏRƏ MÜRACİƏT
İnsanlar məşəqqət və zülmün artıq tablaşa bilmədikləri bir dərəcəyə gəldiyində Allah qatında dəyərli
olan və onlara şəfaət edəcək insanlar axtarmağa başlayarlar. Artıq bu yaşadıqları əzabdan qurtarıb tezliklə
Cənnətə və ya Cəhənnəmə getməklərini istəyərlər.
Əvvəlcə Adəm və Nuh, sonra İbrahim, İbrahimdən sonra isə Musa və İsa ilə görüşüb yardım
istəyərlər. Bütün peyğəmbərlər belə deyərlər: “Rəbbimiz bu gün o qədər qəzəblənmişdir ki, nə bundan
əvvəl belə qəzəblənmiş, nə də bundan sonra bu qədər qəzəblənəcək!”. Hamısı buna oxşar mənalarla
Qüdrət və Cəlal sahibi Rəbblərinin qəzəbinin şiddətini ifadə edər və onlar da yalnız öz canlarının hayında
olduqlarını belə dilə gətirərlər: “Nəfsi! Nəfsi! (öz canım, öz canım!)”. Ancaq öz canlarının dərdi ilə
məşğuliyyət, öz dərdləri və qurtuluş qayğıları o qədər olar ki, şəfaət üçün Allahın hüzuruna getməyə
etiraz edərlər.
Əziz və Cəlil olan Allah belə buyurur: “O gün hər kəs öz canını qurtarmağa çalışacaq, hər kəsə
etdiyi əməllərin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir”. (Nəhl surəsi,111)
Məxluqat toplu şəklində hər biri canının hayına düşüb “Nəfsi, nəfsi!” deyə bağırarkən səslərini
təsəvvür et! Yalnız “Nəfsi, nəfsi!” sözündən başqa bir şey eşidə bilməzsən. O gün nə qorxunc bir gündür!
Sən də onlarla birlikdə sadəcə özünü düşündüyünü və Rəbbinin əzab və cəzasından qurtulmaq istədiyini
hayqırarsan.
Allah qatındakı dəyərlərinə və yüksək məqamlarına baxmayaraq, Adəm Səfiyullah, İbrahim
Xəlilullah, Musa Kəlimullah, İsa Ruhullah və Kəlimətullah Rəbbinin şiddətli qəzəbindən qorxaraq
“Nəfsi, nəfsi!” deyə səsləndikləri bir günü nə zənn edərsən? O günkü qorxun, təlaşın, üzüntün və
narahatlığınla özünü onlarla müqayisə edə bilərsənmi?
11
BÖYÜK ŞƏFAƏT
Nəhayət məxluqat onların öz canlarının dərdində olduğunu görərək şəfaətlərindən ümüdlərini
kəsərlər. Sonra Məhəmməd peyğəmbərin (s.a.s) yanına gələrlər. Rəblərinin yanında şəfaət etməsini
diləyərlər. O da müsbət cavab verər. Sonra Rəhman və Rəhim olan Allahın hüzuruna çıxaraq izin istəyər.
Ona izin verilər. Sonra peyğəmbərimiz (s.a.s) Rəbbi üçün səcdəyə qapanar. Allaha layiq şəkildə həmdsənalar
edər. Bunlar sənin və bütün məxluqatın eşidəcəyi şəkildə cərəyan edər. Nəhayət Allah onların
tezliklə ərz edilməsi və haqq-hesabın başlanması diləyini qəbul edər.
ƏN BÖYÜK MƏHKƏMƏ
Sən digər yaranışlarla birlikdə Qiyamətin qaranlıq və dəhşətli sıxıntısı içərisində qərar fəslini və
nemət və ya hüzün yurduna girməyi gözləyərkən birdən-birə Ərşin nuru yüksələr. Yer üzü Rəbbinin
nuruyla parlayar. Qəlbin Cabbar olan Allahın hökm etməyə başlayacağına qəti olaraq inanar. Ona hesab
vermək vaxtın artıq yetişmişdir. O an səndən başqa heç kimin ərz edilmədiyini və səndən başqa heç
kimin hesaba çəkilmədiyini sanarsan.
Hamid bin Hilalın belə dediyi bildirilmişdir: “Bizə anladıldı ki, Qiyamət günü bir insan hesaba
çağırılaraq: “Ey filan oğlu filan, hesaba gəl!” deyilər. Hətta o zənn edər ki, hesaba çağırılanlardan, ondan
başqası nəzərdə tutulmur”.
CƏHƏNNƏMİN KÜKRƏYİŞİ
Sonra Uca Allah: “Ey Cəbrayıl, Cəhənnəmi mənə gətir!” buyurar. Cəbrayıl gedib: “Ey Cəhənnəm,
gəl!” dediyi zaman Cəhənnəmim halını düşün! Allahın başqa bir varlıq yaradıb ona da əzab verəcəyinin
qorxusuyla titrəməsini təsəvvür et! Çalxalanıb coşduğu və məxluqata baxıb kükrədiyi anı bir düşün!
Allahın əmrinə müxalif olub asi olanlara qarşı Rəbbinin qəzəbinə görə coşaraq məxluqatın üzərinə hücum
edərkən gözətçilərini sürüklədiyini xəyal et. İç çəkmək və kükrəmək səsini, dalğalanaraq bir-birinin
arxasınca gələn hənirtiləri düşün! Qulağın o uğultularla dolmuşdur. Qorxu və heybətdən ürəyin ağzına
gəlmiş və yerindən qopacaq hala gəlmişdir. Bütün məxluqat üstlərinə kükrəyib, hücüm edən Cəhənnəm
atəşlərindən şiddətlə qaçarlar.
Bax, o gün çığırışma və qarşılıqlı fəryad günüdür. Cəhənnəmin yanmaq səsini eşidəndə arxalarına
dönüb qaçarlar və bir-birilərinin dalına, Cəhənnəmin ətrafına, diz üstə çökmüş vəziyyətdə səpələnərlər və
gözlərindən yaşlar axar.
ZALIMLARIN FƏRYADI
Cəhənnəmin içini cəkmək və kükrəmək əsnasında məxluqatın bir-birinə qarışan ağlamaq səsini bir
düşün! Zalımlar fəryaq və fəğan edərək yox olub getməyi diləyərlər. Hər bir seçilmiş, siddiq, şəhid və
bütün qalan xalq “Nəfsi, nəfsi!” deyə bağırar.
Düşün bir anlıq: Məxluqatın peyğəmbərləri yalvarış dolu çağırışlarını. Onlardan hər qul: “Nəfsi,
nəfsi!” deyə səsələnər. Sən də onlar kimi, eyni şeyi söyləyərsən. Sən də məxluqatla birlikdə dəhşətli
təhlükələr və ürək qopardan qorxular içindəykən bir də görərsən ki, cəhənnəm ikinci dəfə hayqırmışdır.
Sənin və onların qorxu və həyəcanı bir qat daha artar. Ardınca üçüncü dəfə yenə kükrəyər cəhənnəm.
Yaranışlar dalbadal üzüstə yıxılarlar. Gözlər bərələr və atəşin onları qapıb götürmə qorxusuyla göz
ucuyla gizli-gizli baxarlar. O zaman zalımların ürəkləri az qala yerindən çıxar, udlaqları quruyar,
qorxunun dəhşətindən udquna-udquna qalarlar. Boğazlar düyünlənər. Ağıllar başdan çıxar. Yaxşı və pis -
bütün insanların ağılları çaşar. Heç bir peyğəmbər və heç bir seçilmiş saleh qul qalmaz ki, gördüyü bu
dəhşətlərin üzündən ağlı çaşmasın.
12
PEYGƏMBƏRLƏRİN QORXUSU
O anda Əziz və Cəlil olan Allah yolunun dəvətçiləri və qullarına qarşı dəlilləri olduqları üçün
məxluqatın ən dəyərliləri və Özünün ən yaxınları olan peyğəmbərlərə yönələrək, onları qullarına nə ilə
göndərdiyini və qullarının nə cavab verdiyini soruşaraq buyurur: "Sizə nə cavab verildi?" Onlar da
düşünüb xatırlayan deyil, çaşqınlıqdan unudan ağıllarıyla: "Heç bir məlumatımız yoxdur. Şübhəzis ki,
qeybləri bilən yalnız Sənsən!" [Maidə surəsi: 109]. Bu nə böyük qorxu ki, Allaha olan yaxınlıqlarına və
Onun qatındakı dəyərlərnə baxmayaraq, hətta peyğəmbərlər də elə bir nöqtəyə çatmışlar ki, ağılları
çaşmış, ümmətlərinin onlara nə cavab verdiklərini belə xatırlamaz vəziyyətə düşmüşlər!
Əbül-Həsən əd-Dəməşqinin belə dediyi rəvayət edilmişdir: "Əbu Kurrə əl-Əzdiyə dedim ki:
"Insanların qəlbi Qiyamət gününün dəhşətinə necə tab gətirər?" Dedi ki: "Onlar dirildiyi zaman buna
gücü çatacaq bir yaradılışda yaradılarlar." Əbül-Həsən dedi ki: "İshaq bin Hələfə Uca Allahın
peyğəmbərinə söylədiyi: "Sizə nə cavab verildi? (sualına) onların: Bilmirik!" [Maidə:109] sözünü misal
gətirib soruşdum ki, bu dünyada onlara nə cavab verildiyini bilmirlər? Dedi ki: "Peyğəmbərlərə bu sual
veriləndə hiss etdikləri heybətin böyüklüyündən ağılları çaşar və onlara nə cavab verildiyini bilməzlər.
Doğru söyləyərlər. Nəhayət özlərinə gələrlər və dünyada onlara nə cavab verildiyini xatırlayarlar."
Əbül-Həsən "Bu cavabı Əbu Süleymana nəql etdim. O: "İshaq doğru söyləyib. Peyğəmbərlər o
andakı sözlərində doğrudurlar. Nəhayət özlərinə gəlincə, onlara nə cavab verildiyini xatırlayarlar", dedi.
Əbu Süleyman dedi ki: "Birinin öz yoldaşına: "Mənimlə sənin aranda Sırat vardır" dediyini eşitsən bil ki,
o, Sıratın nə olduğundan xəbərsizdir. Əğər belə olmasaydı, Sıratda bir kimsə ilə münasibət qurmağı və ya
kiminsə onunla münasibətdə olmasını istəməzdi."
QİYAMƏTİN MƏNZƏRƏSİ VƏ TƏKVİR SURƏSİ
"Allahın peyğəmbərləri toplayıb: "Sizə nə cavab verildi?" dediyi gün..." [Maidə: 109] ayəsi haqqında
Mücahidin belə dediyi nəql edildi: "Onlar qorxarlar və "Bizim heç bir bilgimiz yoxdur!" deyərlər". Yenə
"O gün hər ümməti diz çökmüş görərsən" [Casiyə, 28] ayəsi haqqında belə dediyi bildirildi: "Yəni diz
üstə sürünərək..." Mücahid davam etdi: "Abdullahın belə dediyini eşitdim: "Peyğəmbər (sallallahu aleyhi
və alihi və səlləm) buyurdu ki, "Sizi məhşərdə Cəhənnəmin qorxusundan diz çökmüş olaraq görür
kimiyəm." Yenə Mücahid dedi ki: "Abdullah bin Ömərin (r.a.) belə dediyini eşitdim: "Peyğəmbər
(sallallahu aleyhi və alihi və səlləm) belə buyurdu: "Qiyamət gününün mənzərəsinə baxmaq istəyən
"Günəş (əmmamə kimi) sarınıb büküləcəyi..." [Təkvir surəsi, 1] surəsini oxusun". Əmr bin Zərrin belə
dediyi bildirildi: "Səhər xeyir axtarmaq üçün çıxan insan, xeyir tapar. Gözlərinizin yaşarmaması və
qəlblərinizin qatılaşmasını mənə mi yükləyirsiniz? Əgər bu gün sizə Allahın kitabından bir öyüd
dinlətməsəm, o zaman qəbahəti mənə yükləyin." Sonra bu ayələri oxudu: "Günəş (əmmamə kimi) sarınıb
büküləcəyi (sönəcəyi) zaman; Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;
Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman..." [Təkvir surəsi, 1-3] ta ki, "...İnsan
nələr gətirdiyini anlamış olacaqdır" [Təkvir surəsi: 14] ayəsinə və ya surənin sonuna çatına qədər... Sonra
belə davam etdi: Məni dinləyin! O gözləmədə sənin halın nə olacaq? Onların məruz qaldığı qorxu və
dəhşətə hətta qəlbin gücü çatmayacaq, vücudun tab gətirə bilməyəcəyi qədər böyüyüyünə sənin də məruz
qalacağını bilirsən mi? Deməli görürsən ki, o məqamda peyğəmbərlər belə ağıllarını itirişdir. Sən isə asi,
günahkar və Rəbbinin razı qalmadığı əməllərinə davam edərkən orada sənin ağlın nə vəziyyətdə olar?
ƏN YAXIN QOHUMLAR BELƏ BİR-BİRİNDƏN QAÇAR
O qorxu, dəhşət, titrəmə, yalqızlıq və çaşqınlıq üzündən övlad, qardaş, bacı, ər, yoldaş və
qohumlarının səndən qaçdıqları, sənin də onların hamısından qaçdığın o anı düşün! Gör bir o gün nücə
olacaq ki, bir-birinizi üzüstə və yardımsız buraxacaqsınız! Əgər o günün böyük qorxusu olmasaydı,
anandan, atandan, yoldaşından, uşaqlarından qaçmağın mərdlik və fədakarlıq sayılmazdı. Fəqət təhlükə
böyük, qorxu şiddətlidir. Buna görə də nə sən onlardan qaçdığın üçün qınanılırsan, nə də onlar səni
qınayarlar.
Nəyə görə digər insanlardan deyil, əsasən bunlardan qaçarsan? Onlara hirsləndiyin üçünmü? Necə
onlara hirslənərsən və ya onlar sənə hirslənərlər? Əslində isə onlar dünyada ikən gözünün nurları,
ciyərparələrin idilər. Fəqət indi onlardan birinin səndə bir haqqı qalıb yaxana yapışaraq Əziz və Cəlil olan
13
Allahın hüzurunda səninlə hesablaşmasından qorxarsan. Daha sonra bəlkə haqqını qazanaraq qurtuluş
ümüdin olan yaxşı əməllərindən onlara verilər. Beləcə də savablarından ayrılıb və bu üzdən də
Cəhənnəmə girərsən. Bax, onlardan qaçış səbəbinin başında bunlar gizlənəcək.
CƏHƏNNƏMDƏN BİR BOYUN UZANAR
Sən bu halda ikən birdən Cəhənnəmdən bir boyun çıxıb yüksələr və açıq bir dil ilə məxluqatın
arasından sorğu-sualsız Cəhənnəmlik olanların üzərinə hücum edər. O, sanki bir quşun yem dənəciklərini
dənlədiyi kimi məxluqatı toplayar, atəşə atar. Atəş də onları udar. Sonra onlarla birlikdə Cəhənnəmin
içində gizlənər. Onların başına bunlar gələr. Vay onların halına. Hesabsız Cəhənnəmə gedəcəklərə. Sonra
bir səs belə deyər: “Məhşər əhalisi kimin ikrama layiq olduğunu biləcəkdir. Hər hal və vəziyyətdə Allaha
həmd edənlər ayağa qalxsın!” Onlar ayağa qalxaraq Cənnətə doğru axışarlar.
HESABSIZ CƏNNƏTƏ GİRƏNLƏR
Sonra gecələri qalxıb ibadət edənlər də eyni münasibətlə qarşılaşacaqlar. Sonra dünyanın ticarət və
alış-verişinə baxmayaraq, Rəbblərini daim ananlar da hesabsız Cənnətə gedərlər. Nəhayət Cənnətlik və
Cəhənnəmliklərdən ibarət olan bu qrup (sorğu-sualsız) əmr olunan yerə girdikdən sonar əməl dəftərləri
uçuşar, insanların sağ və sol əllərinə düşər və mizan-tərəzilər qurular.
O böyüklükdə qurulmuş mizanı düşün! Qəlbin ürpərti içərisində dəftərinin sağ əlinə mi, sol əlinə mi
düşəcəyini gözləyərkən dəftərlərin uçuşmasını bir təsəvvür et!
ÜÇ YERDƏ KİMSƏ KİMSƏNİ XATIRLAMAZ
Həsən əl-Bəsrinin belə dediyi rəvayət edilmişdir: ″Peyğəmbərin (sallallahu aleyhi vəsəlləm) başı
Aişənin (r.a.) qucağındaydı. Dərin yuxuya getmişdi. Aişə (r.a.) Axirəti xatırlayaraq ağladı. Gözündən
axan yaşlar Allah Rəsulunun mübarək yanaqları üzərinə düşdü. Rəsulullah (sallallahu aleyhi vəsəlləm) bu
göz yaşlarıyla oyandı. Başını qaldırdı və ″Niyə ağlayırsan, ey Aişə?″ deyə soruşdu. Aişə: ″Ey Allahın
Rəsulu, Axirəti xatırladım ona görə… Əcəba Qiyamət günü yaxınlarımızı xatırlayacayıqmı?″ Peyğəmbər
(sallallahu aleyhi vəsəlləm) belə cavab verdi: ″Canım qüdrətinin əlində olan Allaha and içirəm ki, üç yer
vardır ki, insan orada özündən başqa heç kimi xatırlamaz: Tərəzilər qurulub insanların əməlləri ölçüldüyü
zaman yaxşı əməlinin ağır, yoxsa yüngül gəldiyini öyrənincəyə qədər. Əməl dəftərləri paylandığı zaman
sağ əlinə, yoxsa sol əlinə veriləcəyini öyrənincəyə qədər, bir də Sırat yanında.″
Ənəs bin Malikdən rəvayət edilmişdir: ″Qiyamət günü insan oğlu gətirilib tərəzinin iki gözü arasında
dayandırılır və bir mələk onun üçün təyin edilir. Əgər tərəzisinin savab tərəfi ağır gələrsə, həmin mələk
bütün məxluqatın eşidəcəyi bir səslə belə söyləyir: ″Filankəs filankəs oğlu əbədi olaraq bir daha qəm
görməcəyi səadətə qovuşmuşdur!″
Əgər tərəzisinin savab gözü yüngül gələrsə, bu dəfə də eyni mələk bütün məxluqatın eşidəcəyi bir
səslə belə deyər: ″ Filankəs filankəs oğlu əbədi olaraq bir daha xoşbəxt olmayacağı əzaba uğramışdır!″ O
zaman sən məxluqatla birlikdə ayaq üstə gözləyərkən bir də baxarsan ki, həmin mələyə zəbaniləri
gətirməsi əmr edilmişdir. Onlar əllərində dəmir toxmaqlar, əyinlərində atəşdən olan geyimlə gələrlər. Sən
onları görərkən o qədər qorxarsan ki, dəhşət və heybətdən ürəyin ağzına gələr.
ADIN OXUNAR
Sən bu halda ikən birdən-birə yüksək səslə adın oxunar, növbə sənə gələr. Gəlib-keçmiş bütün
məxluqatın hüzurunda öz adınla belə çağırılarsan: ″Hardadır filankəs oğlu (və ya qızı) filankəs?! Əziz və
Cəlil olan Allaha təqdim edilməyə gəl!″ Səni aparmaq üçün vəzifələndirilmiş mələklər nəhayət səni
Rəbbinə yaxınlaşdırarlar. Çağrılanın sən olduğuna əmin olduqları üçün adına bənzər başqa adlı insanların
da olması onları çaşdırmaz.
14
Talha bin Əmr bizə xəbər verdi ki: Mənə İbn Əbi Rəbah belə dedi: Ey Talha! Sənin adın və mənim
adım kimi nə qədər çox ad vardır! Qiyamət günü: ″Ey Filankəs!″ deyildiyi an qəsd edilən insan qalxar.
Başqası qalxmaz. Çünki qəlbinə sən olduğuna dair əminlik doğar. O saniyə ayağa qalxarsan. Bütün
vücudun titrəyər. Orqanların çırpınar, rəngin qaçar. Qorxan, ürkən və titrəyən ürəyin köksündə atar. Səni
aparmaqla vəzifələndirilmiş mələkləri görəndə səni müdhiş bir iztirab, titrəmə və qorxu tutar. Qullar
içərisində çağırılanın səndən başqası olmadığını çox yaxşı bilərsən. Mələklər əllərini sənə uzadar, səni
asanca yaxalayarlar. Sonra boyunduruqlu heyvanların çəkilərək aparıldığı kimi səni çəkib apararlar. Əziz
və Cəlil olan Allaha ərz edilmək və onun hüzüründa dayanmaq üçün sürüyərək səflərin arasından
keçirərlər. Sən onların arasından çəkililib aparılarkən bütün məxluqat gözlərini sənə dikər.
ULU DİVAN
Qəlbin titrəyərək iztirab və ürpərtiylə hüzurda durduğun anı bir düşün! Səni yaxaladıqları zaman
əlləri ilə bazularından tutmaqlarını və o anda onların ovuclarının sərtliyini bir düşün! Mələklərin əlləri ilə
bir anda yaxalanmağını və səflərin arasından keçirilməyini bir düşün! Qəlbin uçar, gözlərin hədəqəsindən
çıxar. Onların əllərində Rəhman olan Allahın ərşinə qədər aparılarsan. Və bir anlıq Allahın ulu kəlamıyla
səni çağırmasını fərz et! …″Ey Adəm oğlu, yaxınlaş mənə!″ Nurunun içərisində qərq olarsan.
Çırpınan, hüzünlü, ürpərən və qorxu dolu bir könül, şübhəli, ürkək və təəccüb dolu göz, qaçmış rəng
və titrəyən bütün orqanlarınla eynən anasının yeni doğduğu körpə uşaq kimi Əziz, Cəlil və Kərim olan
Rəbbinin hüzurunda dayanarsan.
ƏMƏL DƏFTƏRİ
Sağ və ya sol əlində heç bir günahın və gözlədiyin heç bir sirrin buraxılmadan hamısı qeyd edilən
yazılı bir dəftər titrəməkdədir. Sən onun içindəkiləri yorğun bir dil, keçərsiz bir dəlil və qırıq bir könül ilə
oxuyarsan. Hələ də sənə ehsan edən və qüsurlarını örtməkdə davam edən Rəbbindən utanc və qorxu
hissin əcəba nə dərəcədə olar?!
Etdiyin çirkin əməllərindən və böyük günahlarından ötrü səni sorğuya çəkdiyi zaman hansı dillə
cavab verərsən? Sabah Onun hüzurunda hansı ayaqla durarsan? Hansı gözlə Ona baxarsan? Hansı ürəklə
Onun ulu və uca sözlərinə, sorğu-sualına və tənbehinə tab gətirərsən? Kiçik vücudunla, titrəyən
orqanlarınla və çırpınan ürəyinlə özünü bir təsəvvür et! Günahlarını xatırlayıb pisliklərini ortaya tökən və
səni dayandırıb gizlətdiklərini bircə-bircə etiraf etdirən kəlamını eşitməkdəsən. Bu haldakı vəziyyətini və
min bir təhlükənin sənin ətrafında dolanmasını xəyal et! Kim bilir unutduğun neçə günahı Allah sənə
xatırladar!
Saxladığın nə qədər sirr vardır ki, Allah hamısını açıqlayıb ortaya tökər. Kim bilir nəfsinin
istəklərinə olan meylin və qəflətin səbəb ilə - ixlasla etdiyini və xoşagəlməz arzulardan uzaq olduğunu
zənn etdiyin neçə əməlin vardır ki, Allah heç birini qəbul etməmiş və heçə saymışdır.
SON PEŞMANLIQ
Böyük savab saydığın amma heç demə Allah qatında dəyərsiz olan əməllərinə idi bütün ümüdlərin.
Rəbbinə itaət mövzusunda göstərdiyin məsuliyyətsizlik üzündən qəlbinin nə böyük sıxıntısı və
peşmanlıqları olar.
Nəhayət hər günahı yada salmaq və hər gizlini açığa çıxarmaq şərtilə Allah səni təkrar-təkrar sorğusuala
çəkdiyi zaman sıxıntı səni olduqca yorar və utanc hissin ən pik nöqtəyə çatar. Çünki qarşındakı ən
uca Sultandır! Ondan utanıldığı qədər heç kimdən utanılmaz. Çünki O bənzəri olmayan Əvvəl və
Qədimdir. Ehsan sahibidir. Şəfqətlidir. Mərhəmətlidir. Kərimdir. Nemət, fəzl və kərəm sahibidir.
Bax bu sifətləri daşıyan bir Zatın səni sorğu-sual etməsini bəs nə zənn etmişdin? Əmrlərinə etdiyin
müxalifliyi, göstərdiyin hörmətsizlik və həyasızlığı və Özünə qarşı etdiyin dikbaşlığı bütün çılpaqlığı ilə
ortaya tökmüşdür. Dünyada ikən Onun əmrlərinə qarşı çıxmağını, sənə olan nemətlərinə qarşı
naşükürlüyünü yadına salmasını ağlına gətirə bilirsən?
15
Belə deyər: ″Ey qulum! Niyə mənə itaət etmədin? Niyə məndən utanmadın? Sənə olan ehsanımı
azmı saydın? Yoxsa sənə heç yaxşılıq etmədim? Sənə nemət vermədimmi? Mənim haqqımda səni
aldadan nədir? Gəncliyini harada sərf etdin? Ömrünü harada başa vurdun? Malını haradan qazandın və
haraya xərclədin? Elminlə nə əməllər etdin?″
TƏRCÜMƏÇİSİZ GÖRÜŞ
Məhəmməd peyğəmbər (sallallahu aleyhi vəsəlləm) belə buyurdu: ″Elə bir kəs yoxdur ki, Aləmlərin
Rəbbi arada bir pərdə və tərcüməçı olmadan onu sorğu-sual etməsin. ″Adı bin Xatim belə demişdir: ″Mən
Peyğəmbərin bir söhbətinə şahid oldum. Belə buyururdu: ″Heç şübhəsiz hər biriniz arada əngəl olan bir
pərdə və məramını ifadə edən tərcüməçi olmadan Allahın hüzurunda ayaq üstə duracaqsınız. Allah
soruşacaq: ″Sənə mal vermədim mi?″ Qul: ″Bəli, verdin″, deyəcək. Allah: ″Sənə elçi göndərmədim mi?″
deyə soruşacaq. Qul: ″Bəli, göndərdin″ deyəcək. Sonra sağına baxacaq Cəhənnəm atəşindən başqa bir şey
görməyəcək. Soluna baxacaq yenə Cəhənnəm atəşindən başqa bir şey görməyəcək. Elə isə (dünyada
sədəqə olaraq verəcəyi) bir xurma ilə də olsa atəşdən qorunsun. Bunu da tapa bilmirsə, gözəl bir sözlə
sədəqə versin.″
Abdullah bin Məsud and içərək sözünə başlayıb belə dedi: ″Allaha and olsun ki, aranızda elə bir kəs
yoxdur ki, birinizin dolğun Ay ilə baş-başa qaldığı kimi Rəbbiylə baş-başa qalmasın.″
EY ADƏMOĞLU, NİYƏ ALDANDIN?
Sonra Allah ona belə buyurar: ″Ey Adəmoğlu! Mənim haqqımda səni nə aldatdı? Ey Adəmoğlu!
Biliyinlə hansı əməlləri etdin? Ey Adəmoğlu! Peyğəmbərə nə cavab verdin?″ Yenə Abdullah bin
Məsuddan rəvayət edilmişdir ki, o, sözünə andla başlayaraq belə dedi: ″Vallahi, sizlərdən elə bir kəs
yoxdur ki, birinizin gordüyü dolğun Ay ilə baş-başa qaldığı kimi Rəbbi ilə təkbətək qalmasın. Sonra
Allah ona belə buyurar: ″Ey Adəmoğlu! Mənim haqqımda səni nə aldatdı? Ey Adəmoğlu mənim üçün nə
əməl etdin? Ey Adəmoğlu! Məndən nə qədər həya etdin? Ey Adəmoğlu! Peyğəmbərə nə cavab verdin?
Ey Adəmoğlu! Sənə halal olmayana baxarkən Mən gözlərinin üzərində nəzarətçi deyildim mi? Sənə halal
olmayan şeyləri dinləyərkən qulaqların üzərində Mən nəzarət etmirdim mi? Ey Adəmoğlu! Sənə halal
olmayan şeyləri söyləyərkən Mən dilin üzərindəkilərdən xəbərsiz mi idim? Sən əllərinlə halal olmayan
şeyləri tutarkən Mən onların üzərində gözətçi deyildim mi? Ayaqlarınla sənə halal olmayan yollara
gedərkən Mən onların üzərində nəzarət edən deyildim mi? Qəlbin sənə halal olmyan şeylərə durmadan
maraq göstərərkən Mən qəlbinin üzərində hakim deyildim mi? Yoxsa sənə olan yaxınlığımı və sənə
gücümün çatdığını inkar etdin?″
İKİ BÖYÜK HADİSƏ
Ey Adəmoğlu, təsəvvür et ki o anda sən həqiqətən iki böyük hadisə ilə qarşı-qarşıyasan: Ya Allah
səni rəhmətiylə qarşılayacaq, rəhmi və kərəmiylə ehsan edəcək, ya da səni ən kiçik əməllərinədək hesaba
çəkəcək və Cəhənnəmə aparılmağını əmr edəcəkdir. Nə ağır dönüş yeridir ora! Mücahidin belə dediyi
rəvayət edilmişdir: ″Qul Qiyamət günü bu dörd şeydən sorğuya çəkilmədikcə Allahın hüzurundan kənara
bir addım da ata bilməz: Ömrünü hara sərf etdiyindən, elmi ilə nə əməllər etdiyindən, bədənini hara sərf
etdiyindən, malını haradan qazanıb, haraya sərf etdiyindən.″
Allahın sənə olan lütfünə qarşı sənin Ona müxalif olmağını, Ona qarşı həyasızlığını təkrar-təkrar
ifadə edərkən öz halını düşünə bilirsən mi? Bu nə böyük tablaşmadır! O nə Uca sorğu-sual edəndir! Heç
bir şey Ona gizli qalmaz. Dünyadaykən etdiyin ən gizlin, ən sirli əməllərin belə Ona agah olar. Ona olan
itaətindəki ehmal və Ona qarşı üsyanın üzündən qəlbini dolduran üzüntü, kədər və həsrət nə böyükdür!
Sənin qəmin, kədərin və həyan ən son nöqtəyə çatanda iki haldan biri gerçəkləşər: Ya qəzəb… Ya da
xoşluq və məhəbbət!..
Allah deyəcək ki: ″ Ey qulum! Mən bunları dünyada sənin üçün örtdüm. Bu gün də onları sənin üçün
bağışlayıram. Böyük olan günahlarını və çox olan xətalarını əfv etdim. Az olan yaxşılıqlarını da qəbul
16
etdim.″ Bunları eşidərkən könlünü sevinc və nəşə bürüyər. Üzün par-par parıldayar. Sevincdən gözlərinin
içi gülər. Bu sözləri eşitdiyin zaman özünü bir düşün!
BAĞIŞLANMA MÜJDƏSİNİN VERDİYİ SEVİNC
Üzüntüdən, sorğu-sualın verdiyi utanma və sıxılmadan və etdiyin günah və haram əməllərin bircəbircə
sadalanmasından duyduğun sıxıntıdan sonra üzündə sevinci nuru və aydınlığı parıldamağa başlayar.
Könlündəki kədər və hüzün nəşəyə dönər. Üzün açılar, rəngin ağarar. Birbaşa Allahu-Təalanın səndən
razı olduğunu hiss etdiyin anı bir düşün! Qəlbin yerindən çıxar, xoş bir həyəcan və sevinclə dolar. Az
qala xoşbəxtlikdən uçmaq istəyərsən. Sevincindən sanki ölər kimisən. Bu sənin haqqındır da… Bəs
necə?.. Hansı sevinc Əziz və Cəlil olan Allahın rizasını qazandığını eşitməkdən duyduğun sevincdən
üstün ola bilər? Vallahi, hələ dünyadaykən Allahın Axirətdə səndən razı olacağını düşünüb sevincindən
ölsən, bu, sənə çox görülməz. Hər nə qədər Axirətdəki bu xoşbəxlikdən tam əmin olmasan da, bunu
ummağın belə bu cür sevinc üçün yetərlidir.
Elə isə sən hələ bir anlıq səndən razı olduğunu birbaşa Allahdan eşidib, için güvənc hissi ilə dolsa,
şübhələrin tamamilə dağılsa, əbədi xoşbəxtliyə nail olduğuna əmin olsan, sonsuz, əksilməz və şübhə
edilməz nemətləri əldə etdiyin qənaətinə gəlsən, halın necə olar? Bir bunları təsəvvür et…
Əziz və Cəlil olan Allahın hüzurundasan, səndən razı qaldığı bəlli olub. Ürəyin sevincdən uçar. Üzün
ağararaq, parıldayıb aydınlanar. Çöhrən sanki Ay kimi işıq saçar. Sən məxluqatın hüzuruna sevincli bir
sifətlə çıxarsan. Üzündə ən mükəmməl gözəllik əks olunar, ətrafına nur yayaraq sən əməl dəftərin sağ
əlində, gözəllik, nur və parlaqlıqda digər insanları üstələmiş bir durumda ikən özünü bir təsəvvür et!
Qolundan bir mələk tutaraq hər kəsin içində: ″Bu filankəs oğlu (və ya qızı) filankəs bir daha əsla qəmgin
olmayacağı bir səadətə qovuşmuşdur!″ deyə səslənər. Rəbbin məxluqatın hüzurunda səndən razı
olduğunu elan etmişdir. Sənin haqqında yaxşı zənn edənlərin zənni gerçəkləşmiş, səni ittiham edənlərin
isə qarayaxmaları boşa çıxmışdır.
YAXŞILIĞIN MÜKAFATI
Məxluqatın içindən sənin sabah əldə edəcəyin bu dərəcə dünyada ikən insanlara yaltaqlıq etmədən və
onların gözündə yüksəlməyi, məqamlara çatmağı istəmədən yalnız Rəbbinin itaəti ilə ömür sürməyinin
tam bir qarşılığıdır. Tək olan və ortağı olmayan Allaha qarşı davranışlarındakı sədaqət və Rəbbinə qarşı
rəğbətinin əvəzidir. Allah bütün məxluqatın qarşısında sənə bu böyük məqamı ehsan etmiş, sənə olan
razılığını və dostluğunu elan etmişdir.
Düşün bir anlıq! Sən yaradılmışların səflərini yara-yara irəliləməkdəsən. Üzünün nur və gözəlliyi,
könlünün sevinc və şadlığı ilə əməl dəftərini sağ əlində tutarsan. İnsanların gözləri Allah qatında çatdığın
lütfə yetışmək həsrəti ilə və böyük bir həyəcanla sənə tərəf çevrilər. Həqiqətən bu məqamı əldə etmək
üçün Allaha qarşı daha böyük bir ümüd və əməllə çalış! Çünki yalnız O lütf edərsə, buna çata bilərsən.
Bu qarşı-qarşıya qalacağın iki böyük hadisədən biridir.
Safvan bin Mihrəzin belə dediyi bildirilmişdir: ″Mən Abdullah bin Ömərin əlindən tutmuşdum.
Yanıma bir adam gələrək: ″Allahın qulu ilə şəxsən danışması haqqında Peyğəmbərdən (sallallahu aleyhi
və səlləm) nə eşitdin?″ deyə soruşdu. Abdullah bu cavabı verdi: ″Peyğəmbəri (sallallahu aleyhi və
səlləm) belə buyurarkən dinlədim: ″Qiyamət günü Allah mömini Özünə yaxınlaşdırar. Üzərinə himayə
örtüyünü qoyar və onu insanlardan gizlədərək belə buyurar: ″Ey qulum, filan-filan günahını bilirsən mi?″
Qul: ″Bəli, ey Rəbbim!″ deyər. Sonra yenə Allah: ″Ey qulum, filan-filan günahını da bilirsən elədir mi?″
deyə soruşar. Beləcə bütün günahlarını özünə etiraf etdirər. Qul artıq ürəyində həlak olduğunu düşünər. O
anda Allah belə buyurar: ″Dünyada da bunları sənin üçün örtdüm. Bu gün də onları sənin üçün
bağışladım.″ Sonra da əməl dəftəri sağ əlinə verilər.
17
ALLAHIN QƏZƏB ETDİKLƏRİ
Kafir və münafiqlərə gəlincə, hazır dayanan mələklər onlar üçün belə deyərlər: ″Allaha qarşı yalan
uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: ″Bunlar
Rəbbinə iftira yaxanlardır!″ deyəcəklər. Allahın lənəti olsun zalımlara!″ (Hud surəsi: 18)
Abdullah bin Ömər Kəbəni tavaf edərkən bir adamla qarşılaşdı və: ″Ey Abdurrahmanın atası!
Allahın öz qulu ilə təkbətək danışmasını Peyğəmbərdən (s.a.s) necə eşitdin?″ deyə soruşdu. Abdullah
yuxarıda nəql etdiyimiz rəvayətə bənzər belə cavab verdi. Səid deyir ki, Katadə belə dedi: ″O gün üzülüb,
üzüntüsü bircə məxluqa belə gizli qalan heç bir nəfər də yoxdur.″
İbn Məsuddan belə dediyi rəvayət edilmişdir: ″Allah Qiyamət günü mömin qulunun üzərinə himayə
pərdəsini sərər və belə buyurar: ″Ey Adəmoğlu! Bu sənin filan-filan gün etdiyin yaxşı əməlindir, onu
qəbul etdim. Bu da sənin filan-filan gün etdiyin günahındır, onu da bağışladım.″ Bunu eşidən qul o
andaca səcdəyə qapanar. Camaat da: ″Dəftərində (və ya kitabında) yaxşılıqdan başqa bir əməl olmayan
bu salih qul nə xoşbəxtdir!″ deyər.
Abdullah bin Hənzələnin də belə dediyi rəvayət edilmişdir: ″Şübhəsiz Allah Qiyamət günü qulunu
hüzurunda durdurar, əməl dəftərindəki günahları aşkarlayar və ona: ″Sən bunu etdin mi?″ deyə sual edər.
O qul: ″Bəli, ey Rəbbim!″ deyər. Sonra Allah: ″Bu gün onunla səni rüsvay etməyəcəyəm. Səni
bağışladım!″ buyurar. Qul isə Qiyamət gününün rüsvayçılığından qurtulduğu o anda: ″Gəlin kitabımı
oxuyun, şübhəsiz mən hesabıma qovuşacağımı umurdum″ deyər.
Başqa bir durum isə Rəbbinin sənə belə buyurmasıdır: ″Qulum, mən sənə qəzəbliyəm. Lənətim
üzərinə olsun. Etdiyin böyük günahlarını sənin üçün əsla bağışlamayacağam. Etdiyin yaxşılıqları əsla
qəbul etməyəcəyəm. Bunu isə sənə bəzi böyük günahlarını göztərdiyi zaman söyləyər: ″Bunlardan
xəbərdarsan mı?″ Sən: ″İzzətinə and içirəm ki, bəli!″ deyə cavab verərsən. Sonra Allah sənə qəzəblənər
və: ″İzzətimə and olsun ki, onları Məndən qurtara bilməzsən!″ buyurar. Daha sonra zəbaniləri çağıraraq
bu əmri verər: ″Aparın bunu!″ Ulu sözü, heybət və cəlalilə bunu söyləyərkən Əziz və Cəlil olan Allahı nə
zənn edərsən?
Düşün bir anlıq, Allah səni bağışlamazsa, sən İzzət və Qüdrət sahibi Allahın qəzəbinə səbəb olmusan
və O səni zəbanilərə həvalə edib. Sən ənsəndə və boynunda onların pəncələrinin dəhşətli toxunuşdan
başqa bir şey hiss etməzsən. Zəbanilərin əllərində, üzünün rəngi qaralmış halda Cəhənnəmə aparılarkən,
artıq həlak olduğuna dəqiq əmin olmuş və pərişan bir vəziyyətdə Cəhənnəmə doğru sürüklənərkən özünü
bir təsəvvür et!
Qapqara olmuş üzünlə, əməl dəftərin sol əlində, məxluqatın arasından fəryad və fəqan edərək keçib
gedirsən. Mələk də qolundan tutaraq belə səslənər: ″Bu filankəs oğlu (və ya qızı) filankəs elə bir
bədbəxtliyə nail oldu ki, bundan sonra əsla xoşbəxtlik tapmayacaqdır!″ Allah səni qəzəbinə layiq
bilmişdir. Məxluqatın arasında rəzil və rüsvay olursan. Sənin haqqında yaxşı düşünənlərin bu düşüncəsi
yanlış çıxmış, haqqında pis zənn edənlərin isə zənnləri gerçəkləşmişdir.
RİYANIN CƏZASI
Bəlkə də Allah sənə bunu dünyada ikən Rəbbinin qatında məqam və dərəcəni itirmək bahasına
qulların yanında yaxşı tanınmaq üçün Ona olan itaət və ibadətində riyakar davrandığına görə nəsib
etmişdir. Beləcə də səni davranışlarınla Ondan üstün tutduğun insanların yanında rəzil etmişdir. Çünki
sən Allahın razılığı əvəzinə Allaha olan itaət və ibadət işlərində o qulların tərifinə razı olub məmnun
olmuşdun. Bir o vəziyyəti düşün, bir də bunu! İki vəziyyətdən hansının səni ucaltdığını, hansının sənin
rəzil olmana səbəb olduğunu diqqətlə düşün!
Kəbin belə dediyi rəvayət edilmişdir: ″Bir insanın Cəhənnəmə aparılması əmr edilər-edilməz yüz
min mələk üzərinə birdən hücum edər.″ Əbu Abdullah dedi ki: ″Mənə belə bir bilgi çatdı: Qul Allahın
hüzurunda dayandırılaraq gözləməsi uzanarkən mələklər belə deyərlər: ″Allahın lənətinə uğrayası qul!
Əziz və Cəlil olan Allaha bu qədər çox mu qarşı çıxdın? Amma dünyada ikən çox gözəl zahiri görünüş
nümayiş etdirərdin.″ Əbu Abdullah sözlərinə davam edərək belə dedi: ″Kim ki, Allahın sevmədiyi işlərlə
özünü insanlara sevdirməyə çalışar və Allahın xoşlamadığı şeylərlə Ona qsarşı çıxarsa, o kəs Rəbbinə
İzzət və Cəlal sahibi Allahın ona hiddətlənmiş və qəzəblənmiş halı ilə qovuşar.″
18
SIRAT
SIRATIN MAHİYYƏTİ
Bütün nazik və sürüşkənliyi ilə Cəhənnəmin üzərindən uzanan və altında da Cəhənnəm atəşinin
dilimləri dalğalanarkən gözünü qaldırıb Sırat körpüsünə baxdığın zaman ürəyinə dolan qorxunu təsəvvür
edə bilərsən?
Bu nə müdhiş və dəhşətli bir mənzərədir! Üzərindən keçəcəyinə dəqiq olaraq əminsən və qorxudan
bərəlmiş gözlərinlə Cəhənnəmin qaranlığına baxırsan. Atəş dalğalarının çırtıltısını və ya dərindən
qabarmasının gurultusunu eşidirsən.
Mələklər o anlarda belə səslənər: ″Rəbbimiz, bunun üzərindən kimi keçirmək istəyirsən?″ Yenə
səslənərlər: ″Rəbbimiz, Rəbbimiz! Sən qurtar, sən qurtar!″ O qorxunc, ət ürpədən mənzərəyə baxarkən
birdən belə əmr eşidilər: ″Çıxın körpüyə!″ Birdən-birə səninlə bərabər bütün məxluqatın ayağı altından
torpağın yüksəlməsini hiss edərsən. Sonra olduğun yer başqa bir yerə çevrilər. Bütün məxluqat sanki
ağappaq gümüşdən ibarət olan bir yerə yayılar.
Sonra sən bu dəhşətli körpünü seyr edərkən səninlə birlikdə hər kəsə belə deyilər: ″Çıxın körpünün
üzərinə!″ Sənə bu - ″Körpüyə çıx!″ əmri verildiyi andakı həyəcan və qorxudan ürəyinin əsməsini
təsəvvür et! Ağlın başından çıxar sanki. Sonra körpüyə çıxmaq üçün ayağının birini qaldırarsan. Ayağının
altı ilə onun kəskinlik və nazikliyini hiss edərsən. Qorxudan ürəyin ağzına gələr. Sonra digər ayağını da
körpünün üzərinə qoyub dikələrsən. İndi tam olaraq körpünün üzərində dayanmısan.
SIRATDA GÜNAH YÜKÜ
Kürəyində daşıdığın günah yükün getdikcə ağırlaşmaqdadır. Qəlbinin qorxudan əsməsinə
baxmayaraq, körpüdə yeriməyə başlamış və nəhayət zirvəyə çatmısan. Birdən körpünün yellənməsindən
aşağıya doğru sürüşməyə başlayarsan. Aşağıda Cəhənnəmim qaynaması bütün insanları bir iztiraba
sürükləmişdir. Önündən və arxandan insanlar ardı-ardına Cəhənnəmə yuvarlanmaqdadırlar.
Bu qorxu dolu anlarda öz halını bir anlıq düşün! Sənin önündən və arxandan gələn qadın və kişilərin
ayaqları sürüşər və sən onların Cəhənnəmə vasil olmasını dəhşət içində izləyərsən. Başları önlərinə
əyilmış, ayaqları namnazik körpünün üzərində hərəkət edən insan seli… Həqiqətən ürək ağrıdan bir
səhnədir.
Mələklər bəzi kişilərin saqqallarından, bir qisim qadınların isə saçlarından yaxalamaqdadırlar.
Bəzi məxluqların isə boyunlarında halqalar vardır.
YÜKSƏLƏN QIĞILCIMLAR
Cəhənnəm atəşi onları yaxalamaq üçün durmadan coşub qaynamaqda və körpü üzərində olan
məxluqatın başlarına qədər qığılcımlar püskürməkdədir. Vəzifələndirilmiş mələklər insanlara qarmaqlar
atıb çəkməkdə, atəş isə onları udmaq arzusu və həsrəti ilə kükrəyib hayqırmaqdadır. Atəşin qığılcımları
insanların alnınadək sıçrayıb çatmaqda və onları Cəhənnəmin dibinə qədər çəkməkdədir. İnsanlar artıq
qurtuluşlarından ümüdlərini üzmüş vəziyyətdə fəryad və fəğan etməkdədirlər.
Alov dilimlərinin ta başlarının bərabərinə qədər çıxmasından aşağıya doğru yuvarlanmaqda və
″Məhv olduq! Həlak olduq!″ deyə bağırışmaqdadırlar. Sən də ″ayağım sürüşər körpüdən yıxılaram, düşüb
bədənim parça-parça olar, atəş məni də udar″ qorxusu içərisində onlara baxmaqdasan.
SIRATDA HALIMIZ NECƏ OLACAQ?
Bu halını sakit bir başla və gücsüz bədəninə baxaraq bir düşün! Sən bütün bu baş verəcəklərə
dözmək üşün nə qədər də zəifsən…
19
Odur ki, əvvəl-axır keçəcəyin o körpünün üzərindən rahat adlayıb Cənnətə qovuşmaq üçün hələ nə
qədər ki dünyadasan günah yükünü azalt. Heç şübhəsiz ki, Qiyamət gününün təhlükələri hələ dünyada
ikən bunları düşünən, bu təhlükələrdən xilas olmaq ümüdi ilə gözəl əməllər edən, qəlblərində Axirətdəki
xilasın ağır yükünü daşıyan Allah dostları üçün asanlaşdırılar.
Elə isə sən də bu oxuduqlarını davamlı olaraq gözünün önünə gətir, Axirətin qorxu və qavğasını
yadından çıxartma ki, Rəbbin də Qiyamətin ət ürpədən, qorxunc dəhşətlərini sənin üşün yüngülləşdirib
asanlaşdırsın. Çünki Allah and içərək öz dostlarına həm dünyadakı, həm də Axirətdəki dəhşətləri
daddırmayacağına söz vermişdir.
CƏHƏNNƏM
BİRDƏN SIRATDAN YIXILSAN...
Səni dəhşətə salan qorxu ilə və öz zəif bədəninlə Sırat körpüsünün üzərindən keçməyini təsəvvür et!
Əgər qəzəbə tuş gəlmiş və bağışlanmamısansa, birdən-birə ayağının Sıratdan sürüşdüyünü görərsən. Əgər
Allah səni qorumazsa, ayağın Sıratın üzərində sürüşərkən halını düşün. O zaman öz-özünə ″Əbədi olaraq
məhv olub getdim!″ deyərsən. Ağlın çaşar. Sonra o biri ayağın da sürüşər. Başı aşağı yuvarlanarsan.
Ayaqların Sıratdan birdəfəlik üzülər. Dəmir qarmaqların dərinə və ətinə batmasından başqa bir şey hiss
etməzsən. Onlar vasitəsilə atəşə doğru dartılarsan. Atəş isə sənin üzərinə amansızcasına hücum edər.
Cəhənnəm öz Rəbbinin qəzəbi üzündən qabarmış, sahə qalxmış bir haldadır. Atəş səni çəkdikcə sən
Sıratdan daha aşağıya doğru enərsən. Atəşin hərarətini hiss etdiyin anda ″Məhv oldum! Həlak oldum!″
deyə fəryad edərsən. Peşmanlıq və təəssüf bütün qəlbini bürümüşdür. Hələ ölməmişdən əvvəl və dünyada
ikən Əziz və Cəlil olan Allahı razı etməyi, Onun xoşlamadığı hər şeydən əl çəkməyi və beləcə də səni
bağışlamasını əbəs yerə təmənna edərsən.
Nəhayət sən atəşin ortasına çatınca alovlar sənin üstünü tamamən örtər. Ürəyinin həsrət və müdhiş
bir peşmanlıq hissi son nöqtəsinə çatar. Sən Cəhənnəmə atıldığın anda şişərsən. Üzüquylu Cəhənnəmə
yuvarlanaraq fəryad və fəğan etdiyin anda Əziz və Cəlil olan Allah Cəhənnəmdən ″Doldun mu?″ deyə
soruşar. Sən həm Cənabı Haqqın səslənməsini, həm də Cəhənnəmin bu cavabını eşidərsən: ″Yenə də var
mı?″ (Qaf surəsi: 30) Sən atəşin içində ikən, alovlar vücudunu bürümüşkən və bütün bədənin başdan-başa
yaralar içində ikən Uca Allah: ″Boş yerin var mı?″ deyər. Sonra çox keçməz ki, vücudun axar, ətlərin
tökülər, sadəcə sümüklərin qalar. Daha sonra atəş daxilinə hücüm edər. Orada nə varsa, hamısını yeyib
qurtarar. Sən fəryad edərsən, atəş isə ciyərlərinin içinə girər. Ciyərlərinin halını təsəvvür edə bilərsən?
Sən ağlayaraq peşmançılığını hayqırdığın anda belə artıq sənə heç kimin yazığı gəlməz. Bir daha günaha
dönməyəcəyinə söz verib tövbələr etsən də, nə tövbən qəbul edilər, nə də fəryadına bir cavab verilər.
CƏHƏNNƏMİN İÇKİSİ
Orada – o dəhşətli məkan olan Cəhənnəmdə zaman keçdikcə öz halını bir düşün! Əzab daha da
şiddətlənərək davam edər. Sıxıntı ən son nöqtəsinə çatar. Susuzluğun getdikcə artar və hələ dünyada ikən
içdiyin nemətləri xatırlayarsan. Cəhənnəmə sığınarsan. Sənə əzab vemək üçün vəzifələndirilmiş mələyin
əlindən qabı alarsan. Əlinə götürər-götürməz ovucların yanar. Qabın istisindən və hərarətinin şiddətindən
əlinin əti parça-parça olub tökülər. Sonra o qabı ağzına yaxınlaşdırarsan. Üzünü qarsar. Sonra udqunmağa
çalışdıqca boğazının dərisi soyular. İçki mədənə enərək bütün daxili orqanlarını parçalayar.
Sən fəryad və fəğan edərsən. O an dünyadakı ləziz içkiləri, onların soyuqluğunu və dadını
xatırlayarsan. Bədənini bir az dincəltmək üçün dünyada öyrəşdiyin kimi yuyunmaq və bəlkə bu vasitə ilə
sərinləmək üçün qızğın su hovuzlarına doğru qaçarsan. Qızğın suya girən kimi təpədən dırnağa bütün
bədəninin dərisi soyular. Hovuzdan daha sərin olar deyə təkrar atəşə doğru qaçarsan. Sonra yenə atəşin
yanğını sənə şiddətli gələr və təzədən suya qayıdarsan. Beləcə atəşlə qaynar su arasında get-gəldə
qalarsan.
Atəşin hərarəti son dərəcəyə çatar. Sən isə rahatlanmaq üçün bir şey axtararsan. Qaynar su ilə atəşin
istisindən dəhşətə gələrsən. Sərin bir yer axtararsan, amma əsla tapa bilməzsən. Sıxıntı, susuzluq və
yorğunluq dayanılmaz nöqtəyə çatanda qəflətən Cənnəti xatırlayarsan. Əziz və Cəlil olan Allahın
20
yaxınlığını və Cənnət nemətlərini itirməyin peşmanlığı və kədərindən qəlbin inanılmaz dərəcədə sıxılar.
Sonra Cənnət içkilərini, soyuq çeşmələrini və bəxtiyar yaşayışını xatırlayarsan. Bunlardan məhrum
olmağının həsrəti könlünü parça-parça edər.
CAVABSIZ QALAN FƏRYAD
Cənnətdə ata, ana, qardaş, bacı və bunlar kimi yaxınlarının olduğunu xatırlayarsan. Əzilmiş bir
qəlbdən yüksələn kədər dolu bir səslə onlara belə səslənərsən: ″Ey canım anam! Ey atam! Ey qardaşım!
Ey bacım! Ey dayım! Ey əmim! Nə olar bir qurtum su ver!″ Onlar da sənə rədd cavabı verərlər. Beləcə
ümüdünün qırıldığından və Əziz və Cəlil olan Rəbbinin sənə olan qəzəbi üzündən yaxın qohuməqrəbalarının
da səndən üz döndərmələrinin həsrət və üzüntüsündən qəlbin parçalanar. Bundan sonra isə
dünyaya səni geri göndərməsi ümüd və diləyi ilə o andaca fəryad edib Allaha sığınarsan: ″Ey Rəbbimiz!
Bizi buradan (Cəhənnəm odundan) çıxart! Əgər bir də (Sənin xoşuna gəlməyən pis işlərə) qayıtsaq,
şübhəsiz ki, zalım (özümüz özümüzə zülm etmiş) olarıq.″ (Mu`minun surəsi: 107)
Uzun bir zaman sənə dəyər vermədiyini göstərmək üçün Allah sənə cavab verməz. Şübhəsiz ki, səsin
Onun yanında mənfurdur. Məqamın Onun qatında aşağıdır. Nəhayət Ona bəslədiyin bütün ümüd və əməl
bağlarını kəsən bu sözlərlə sənə səslənər: ″Orada zəlil (məyus) vəziyyətdə durub qalın və Mənə heç bir
şey deməyin!″ (Mu`minun surəsi: 108)
Sən susmağını əmr edən və sənin kimi məxluqlara cavab verilməyəcəyini bildirən Onun bu ulu
xitabını eşidərkən sanki ağız və burnun tıxanar. Ruhun bədənindən çıxmaqla qalmaq arasında tərəddüdlə
gedib gələr. Köksündə nəfəsin daralar. Səsli-səsli inləyərək, lakin danışmağa belə taqətin olmadan iztirab
içində qalarsan.
ÜMÜDSÜZ ÇIRPINIŞ
Sonra Allah ümüdsüzlüyünü və həsrətini daha da artırmaq istəyər. Sənin və Cəhənnəmdəki digər
düşmənlərinin üzünə Cəhənnəm qapılarını bağladar. Əgər O səni bağışlamazsa, Cəhənnəm qapısının
bağlandığı an öz halını düşünə bilirsənmi? Üzünə Cəhənnəm qapıları bağlanarkən cırıltısını eşitdikdə sən
və digər Cəhənnəm sakinlərinin ümüdsüzlüyü nə böyük olacaq! Çünki Allahın qapılarının bu cür
Cəhənnəm əhlinin üzünə bağlanması oradan heç bir kəsin çıxmaması üçündür. Ümüdsüzkən onların
ürəkləri parçalanar, ümüd işartıları tamamən sönər. Onlar üçün əbədi olaraq Allahın əzabından heç bir
xilas, qurtuluş və nicat qapısı yoxdur!
Qarşılarında ölümsüz, sonsuz bir həyat, bədənlərindən ağrısı heç əskik olmayan bir əzab vardır.
Ürəkləri durmadan yanıb qovrular, onlara əbədi olaraq rahatlıq və dinclik yoxdur. Bitməz əzablar,
tükənməz işgəncələr, çarəsiz xəstəliklər, açılmaz qandallar, sonsuzadək cıxarılmayan boyunduruqlar,
əbədiyyən keçməyən susuzluqlar, əsla bitməyəcək sıxıntılar, boğazlarında tıxanıb qalan zəqqumlar və heç
bir zaman onları tərk etməyən aclıq hissi…
ALLAHIN RİZASINI İTİRMƏK QORXUSU
Cəhənnəm əhli boğazlarında tıxanan zəqqumu udmaq üçün "Su!" deyə imdad edərlər və onlara
verilən qaynar su ciyərlərini parçalayar. Əziz və Cəlil olan Allahın rizasını itirmək qorxusu ürəklərinə
hakim olar. Allahın Cənnətdə yaratdığı nemətlərdən məhrum olmaq müsibəti qəlblərini parça-parça edər.
Ağlamaqlarına baxmayaraq, onlara məhəl qoyulmaz, çığırtılarına cavab verilməz, fəryadlarına kömək
gəlməz, peşmanlıqları qəbul edilməz və günahları bağışlanmaz.
Əziz və Cəlil olan Allahın qəzəbi onların üzərində olar. Onlardan çəkdikləri bu qədər əzab və
içgəncə muqabilində belə razı qalınmaz. Çünki Allahın onlara qəzəbi tutmuşdur. Onlar Allahın gözündən
düşüb və dəyərlərini itiriblər. Buna görə də onlardan üz çevrilmişdir.
Ac və susuz bir halda Cənnət əhlindən olan yaxınlarını çağırdıqda onların hallarını bir görə
bilsəydin… Bu cür yalvararlar: ″Ey Cənnətdəkilər! Ey atalar, analar! Qardaşlar, bacılar! Qəbrimizdən
susuz çıxdıq, Allahın hüzuruna susuz çatdıq, susuz bir halda Cəhənnəmə atılmağımız əmr olundu. Bizə
bir azacıq su və ya Allahın sizə ruzi olaraq göndərdiklərindən bir şey verin!..″
21
Cənnətdəkilər onlara: ″Susun!″ deyə cavab verərlər. Onlar ümüdsüz bir halda vurnuxarlar.
Sonsuzadək ürəkləri sərinlik və rahatlıq görməz. Orada əbədi olaraq ağızlarına soyuq bir şey dəyməz, heç
bir vaxt gözlərinə yuxu getməz. Onlar davamiyyətli bir əzab və bitməz bir məşəqqət içərisindədirlər.
ALLAH BAĞIŞLAMAZSA…
Allah bağışlamazsa, sənin də halının eynən bu misallardakı kimi olacağını düşün. Əzab çəkənlərin
surətlərini bir görə bilsəydin… Atəş ətlərini didib qurtarmış, üz gözəlliklərini sıyırıb aparmışdır.
Bədənləri əriyib getmişdir. Sadəcə yanmış və qaralaraq bir-birinə yapışmış sümüklər qalmışdır. Zincir və
boyunduruqlar içində əzab və iztirablar çəkməkdə, ölmək və həlak olmaqlarını fəryadla istəməkdə, çığırtı
ilə ağlayıb fəğan etməkdədirlər. Onların bu halını görsəydin, dəhşətli mənzərələrin təsirindən ürəyin
dayanar, pis qoxulardan taqətin tükənər, bədəninin şiddətli istisindən və nəfəsinin hərarətindən ruhun
vücudundan çıxardı. Sən də onlardan biri olaraq tamamılə ümüdünü itirmiş və dəhşətli aclıq, susuzluq,
qorxu və əzablar içində özunu bir düşün! Görəsən halın necə olar? Allahın sevib bəyənmədiyi şeylərə
baxmağının cəzası və qarşılığı olaraq iki gözünə atəş dolar. Sən həmin atəşin gözlərini qovurarkən
çıxardığı səsi eşidərsən. Atəş qulaqlarına nüfuz edər və sən onun uğuldayan gurultusunu eşidərsən. Alov
səni bürüyər, sümüklərindən ətini ayıraraq içinə nüfuz edər. Ciyər və bağırsaqlarını yandırıb qurtarar.
Qəlbinə peşmanlıq, üzüntü və çarəsizlik dolar.
GÜNAHLARINA AĞLA
Acizliyinə qarşı nə qədər ki, bağışlanma fürsətin varkən bunları sakit bir başla düşün. Rəbbinin
sevmədiyi və razı olmadığı şeyləri tərk et! Beləliklə də bəlkə O da səndən razı olar. Ağlınla Ona sığın və
günahlarının bağışlanmasını diləyərək göz yaşları ilə tövbə et ki, səni bağışlasın. Qorxundan ağla ki, sənə
mərhəmət edib qüsurlarını əhv etsin! Eyni zamanda Əziz və Cəlil olan Allah hər şeyi bilir, səni görür və
səninlə bağlı gizli və aşkar heç bir şey Onun elmindən qaçmaz. Sənə qəzəb, nifrət, hirs və acıqlı
baxmasından çəkin!
O sənə qəzəblənərsə, sən rahatlıq və sevinc üzü görməzsən. Allahın əmrlərinə qarşı çıxmaqdan uzaq
dur, Ondan qorx, Ondan həya et! Ucalığını danma! Səni gördüyünü yadından çıxarma! Nəzərlərinin sənin
üstündə olduğunu unutma! Və sənin üzərində olan uca məqamına, sənə bələd olmağına iman et! Günahlar
içində ölmədən Ondan qorx və Onun razı olmadığı əməllərdən çəkin! Onun əmrlərinə tabe olaraq etdiyin
günahlardan əzab çəkdiyini görməlidir ki, bu günahlardan nə qədər peşman olduğunu bilsin. Ona qarşı
çıxdığına görə üzüntün böyük olsun. Özünə qarşı olan şiddət və üsyanının səni nə dərəcədə boğduğunu
görsün. Bunu səndə görərsə, səni bağışlar və günahlarından keçər.
Əziz və Cəlil olan Allahın qəzəbinə hədəf olma! Çünki nə Onun qəzəbinə qarşı taqətin, nə əzablarına
dözəcək gücün, nə iztirabına tablaşacaq qüvvən, nə də bütün bunlara dözməyə səbrin var. Zəlalət içində
ölmədən və o dəhşətlər nəsibin olmadan özünü hazırla! Ölümün vaxtsız gəldiyini qəbul et və sənə bu
anlatdıqlarımızı düşün! O ki qaldı, mən sənə ölümlə bağlı çox az şey danışdım. Etdiyin günahlara haqlı
olaraq qarşılıq veriləcəyini bil və başına gətiriləcək müsibətləri gözünün qabağına gətirərək Allahdan
qorx! Əziz və Cəlil olan Allah üzərində peşmanlıqdan doğan kədərin izlərini görsün ki, bəlkə sənə
mərhəmət edərək böyüklüyü və qüdrəti ilə əhv edər.
CƏNNƏT
MÖMİN SIRATDA
Əgər bağışlanmış və əhv olunacaq kimsələrdənsənsə, Allahın sənə lütf edəcəyini düşün! Sıratın
üzərindən keçərsən. Nurun sağ tərəfində və sənin önündə yeriyər. Əməl dəftərin sağ əlindədir. Üzün parpar
parıldayır. Allahın hüzurundan üzün ağ olaraq hesabını verərək ayrılmış və Onun səndən razı
olduğuna əmin olmusan. Abidlər qrupu və müttəqilər zümrəsi ilə birlikdə Sıratın üzərindəsən. Mələklər:
22
″Ya Rəbbi, Sən qoru! Ya Rəbbi, Sən qoru!″ deyə səslənirlər. Bununla yanaşı qorxu hissi nə sənin, nə də
digər möminlərin qəlbini bir an da olsa tərk etməz.
Sən çağırarsan, onlar çağırar. Qurani-Kərimdə bu barədə belə deyilir: ″Ey iman gətirənlər! Allaha
səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın
üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini
və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol
göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz!
Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Təhrim surəsi, 8).
Münafiqləri nurları sönmüş, qəlblərini qorxu bürümüş və nurlarının tamamlanmalarını və bağışlanmalarını
istədikləri anı bir düşün!
SIRATDAN KEÇMƏ SÜRƏTİ
GÜNAH YÜKÜNÜN YÜNGÜLLÜYÜ İLƏ ÖLÇÜLƏCƏK
Düşün bir anlıq! Sən qorxularına baxmayaraq, sürətlə keçib gedirsən. Sıratdan keçiş sürətin
günahlarının ağırlığında və yüngüllüyündə olduğunu göz önünə gətir. Körpünün sonuna çatmısan.
Qəlbini bürüyən ümüd hissi artmaqda, vücudunu nur bürüməkdədir. Hələ Sıratın üzərində olsan da artıq
Cənnətin nemətlərini gözlərinlə görürsən. Ürəyin Cənnətə, Allahın qonşuluğuna, rizasına qovuşacağına
əmin olmuşdur. Allahın razılığını tezliklə qazanmaq həsrətindəsən. Nəhayət Sıratın sonuna çatmısan. Bir
ayağınla Sıratın sonundan Cənnətin qapısı arasında olan bölgəyə addım atırsan. Atdığın ayağını yerə
qoyursan. Hələ ki, digər ayağın Sıratın üzərindədir. Qorxu və ümüd birlikdə qəlbini bürümüşkən və sənə
qalib gəlmişkən digər addımını da atırsan. Artıq Sıratı bütünlüklə keçmisən. Cənnətin qapısı ağzında iki
ayağını da o gözəl torpaqlara basmısan. Bütün vücudunla körpüdən ayrılmış və artıq onu geridə
qoymusan. Cəhənnəm isə hələ də üzərindən keçənlərin altında çalxalanıb durar.
Sən çevrilib Sıratın üzərindəki insanlara və onun altında kükrəyən Cəhənnəmə baxırsan. Cəhənnəm
qəzəb və hiddətlə coşub nərildəyərək Sıratdan ayağı büdrəyənin üzərinə atılmaqda, onların baş və
bədənlərini bürüməkdədir. Allahın səni qurtardığı təhlükənin böyüklüyünə dönüb baxdıqda qəlbin sevinc
hissi ilə dolar. Allaha həmd edərsən. Şükür etmək ehtiyacın daha da artar. Acizliyinə və zəifliyinə
baxmayaraq, Rəbbin səni o dəhşətli təhlükədən xilas etmişdir.
Cəhənnəmi və Sırat körpüsünü arxada qoymuş, Yaradanın qonşuluğuna – Cənnətə doğru gedirsən.
Sonra arxayınlıqla Cənnətin qapısına doğru addımını atırsan. Qəlbin sevinc və nəşə ilə dolmuşdur. Sevinc
və fərəhlə yeriməyə davam edirsən.
CƏNNƏTİN QAPISINA ÇATMAQ
Tam Cənnətin qapısına çatanda qapı bütün gözəlliyi ilə qarşında durar. Gözəllik və nura – Cənnət
qapılarının hüsnü-camalına baxırsan. Sən və ətrafında olan Allah dostları Cənnətin qapısına çatanda
varlığınız sevincdən uçar. Fərəhdən coşan könlün tezliklə Cənnətə girməyə can atar. O nurlu məkan
sakinləri arasında özünü bir təsəvvür et! Onlar kərəm və xoşbəxtliyə qovuşmuş bəxtiyarlardır. Çöhrələri
Allahın rizasından par-par yanar. Sevincli, nəşəli və şəndirlər.
Cənnətin qapısına məzarının toz-torpağı, məhşərin hərarəti və başına gələnlərin yorğunluğu ilə
çatmısan. Allahın dostları üçün hazırladığı çeşmələrin gözəl suyuna baxarsan. Soyuqluğuna sevinərək
həmin an suyun içinə dalarsan. O qədər xoş gələr ki sənə… Məhşərdə çəkdiyin üzüntü və yorğunluğu bir
andaca yox edər. Səni hər cürə toz və kirdən tərtəmiz edər. Toxunar toxunmaz hiss etdiyin sərin çeşmə
səni son dərəcə sevindirər. Hələ Sıratın hərarətindən və qovurucu istisindən yeni qurtulmusan.
Cənnətin qapısı ağzına bədənlərinin bir qismini atəşin yalayıb yandırdığı başqa kimsələr də çatar.
Sən də elə biri ola bilərsən. Məhşərin hərarətindən, məxluqatın nəfəslərinin hərarətindən, Sıratın dəhşətli
məşəqqətindən qurtuluşu bəs nə bilmişdin?
Bütün bunlardan keçərək Cənnətin qapısına qədər çatmısan. Sıratın hərarətindən və Qiyamətin
yandırıb yaxan istisindən sonra vücudun o suyun sərinliyinə daldığı zaman qəlbindəki sevinci bir
təsəvvür et!
Sən Cənnətə girmək və orada əbədi qalmaq üçün təmizlənərək yuyunduğunu bildiyin üçün son
dərəcə fərəhlisən. Suda yuyunduqca yuyunarsan. Getdikcə rənginin gözəlliyi artar, vücudunu parlaqlıq və
23
rahatlıq bürüyər. Sonra o sudan ən gözəl şəkildə və nurun tamamlanmış olaraq çıxarsan. O sudan çıxıb
mükəmməl gözəlliyinə, camalının füsünkarlığına və parlaqlığına baxdığın an könlünün nə dərəcədə
sevinc içində olduğunu təsəvvür et! Çünki artıq sən ancaq Rəbbinin qatına - Cənnətə girmək üçün
təmizləndiyinin fərqindəsən.
ÇİRKİNLİKLƏRİ TƏMİZLƏYƏN ÇAY
Sonra başqa bir çaya tərəf yönələr və ətrafındakı qablardan birini əlinə alarsan. Gözünün önünə o
qabın və içəcəyin suyun gözəlliyini gətir. Sən əmin olacaqsan ki, bu suyu içərək qəlbini bütün kinküdurətdən
və düşmanlıqdan təmizləyir, vücudunu əbədi olaraq rahatlayırsan. Nəhayət qədəhi dodağına
qoyub mayeni qurtumladıqca əvvəllər dadını heç bilmədiyin və içməyə alışmadığın bir su olduğunu
öyrənərsən. Boğazından mədənə axıb gedərkən hiss edəcəyin ləzzət izaholunmazdır. Qəlbin duyduğun
sevincdən uçar kimidir.
Daxilin hər cür xəstəlikdən və çirkinlikdən tər-təmiz olar. Daha əvvəl içində olan səni qəm, qayğı,
hirs, sıxıntı, əsəb və düşmanlığa doğru çəkən hər xasiyyətdən təmizlənmiş köksünün yüngülləşdiyinin
şahidi olarsan. O anda daxili aləminin tər-təmiz olmuş sərinliyi nə qədər gözəl və bu hissin qəlbinə
verdiyi rahatlıq nə qədər də xoşdur!
Sonunda sənin və yanında olan digər Allah dostlarının da qəlb və bədən təmizliyi tamamlanan kimi
Comərt və Mərhəmətli olan Rəbbin mələklərdən olan gözətçilərinə əmr edər. Onlar daimi olaraq Allaha
itaət edərək Ondan qorxmaqda, əzabına görə ürpənib titrəməkdə, Ona təzim və təşbih edərək heybət
duymaqda və qəzəbindən çəkinməkdədirlər. Allah həmin bu gözətçilərə Öz dostları üçün Cənnətin
qapılarını açmağı əmr edər.
AÇILAN CƏNNƏT QAPILARI
Onlar Cənnətin bağçalarından qapısına doğru sürətlə qaçarlar. Həsrətdən çırpınan qəlbləri ilə qapının
ağzına çatar və qapıları açmaq üçün əllərini uzadarlar.
Artıq qəti olaraq Cənnətə girəcəyinə əmin olduqda sevinc və həyəcanın daha da artar. Bir anlıq
təsəvvür et, bütün dünya həyatın boyu imtahanlara sinə gərib Allah rizası üçün yaşayaraq arzusunda
olduğun, qəbrin, qiyamətin, məhşərin, siratın bütün sıxıntı və dəhşətlərini gözlərinlə görub ta dərindən
yaşayaraq həsrətini çəkdiyin Cənnətin lap qapısının önündəsən. Bu nə böyük həsrət, bu nə şirin
vüsaldır… Qapıların açılış səsini eşidərkən için nəşə ilə dolar, qəlbinə bu zamanadək heç duymadığın
xoşbəxtlik hissi hakim olar. Aləmləri Rəbbinin Cənnətinin qapıları üzlərinə açılanların yaşadığı sevinc nə
gözəl sevincdir!
CƏNNƏTƏ GİRİŞ
Cənnətin qapıları açılarkən, gözəl qoxuların ətri və axar suların xoş səsi dalğa-dalğa yayılar. Sənin də
üzünü və bütün bədənini sanki oxşayıb durar. Cənnətin xoş rayihələri, kəskin misk qoxusu, qırmızı
zəfəranı, sarı kəfuru və ənbəri, meyvələrinin gözəl ətri, yam-yaşıl ağacları, sərin mehi hər tərəfə dolub
daşar. Bu gözəl qoxular və əsintilər iybilmə duyğunda bir-birinə qarışaraq beyninə çatar, xoşluğu qəlbini
doldurar, oradan da bütün orqanlarına yayılar. Gözünlə Cənnət köşklərinin gözəlliyinə - yaşıl zümrüddən,
qırmızı yaqutdan, bəyaz mirvaridən ibarət olan böyük daşlarla örtülmüş binalarına baxarsan. Nuru,
parlaqlığı və gözəlliyi hər tərəfi əhatə etmişdir. Allah onları parlaqlığı və şəffaflığı ilə mükəmməl
yaratmışdir.
Bu və Cənnətdə olan digər gözəlliklərin nuru bir-birinə qarışmışdır. Ora girərkən çox böyük
nemətlərə qovuşacağını və Rəbbinin camalını seyredəcəyini bildiyindən könlün sevinclə dolaraq Allahın
pərdələrinə baxarsan. Cənnət havalarının və rüzgarlarının xoş ətri, mənzərəsinin parlaqlığı, mehinin şirin
rayihəsi və oxşayan sərinliyi ilə birlikdə mükəmməl ab-hava yaranar. Hələ bu, üzünə ilk dəyən və səni
qəlbinə qədər nüfuz edərək oxşayan ilk əsintilərdir.
24
NURLU DƏSTƏ
Düşün bir kərə! Cənnətə girdiyinə artıq əminsən. Cənnətin qapısının sənin və səninlə bərabər digər
Allah dostları üçün açıldığını bilirsən. Ətrafının göz dolduran gözəlliyindən, könlünə qədər nüfuz edən
xoş qoxusundan, üzünü və bədənini oxşayan ilıq havasından doymaq bilmirsən.
Bir anlıq düşün! Allah sənə bütün bu şeyləri ehsan etmişdir. Bu mənzərə qarşısında sevincindən
ölsən belə səni qınayan olmaz…
Nəhayət Cənnətin qapılarından içəri girərkən mələklər sizi gülümsəyərək qarşılayarlar. Sonra həmin
mələklər Allahın izzətinə and içərək yaradıldıqları gündən bəri ancaq bu anda və yalnız sizin üçün
güldüklərini söyləyərlər.
Sizlərə ″Salamun-aleyküm″ deyə səslənərlər. Mükəmməl surətləri və parlaq nurları ilə birgə gözəl
nəğmələrini, xoş sözlərini, şirin dillərini bir anlıq təsəvvür et! Sonra salamlarına bu sözləri də əlavə
edərlər: ″Tərtəmiz gəldiniz. Artıq əbədi qalmaq üçün girin buraya!″ (Zümər surəsi: 73). Сənnətlikləri hər
cür kir, pas, kin və paxıllıq kimi maddi və mənəvi ziyanlardan təmiz olmaq və dini və dünyəvi bütün
pisliklərdən uzaq olmaqlarını tərifləyib öyərlər. Sonra Allah adına Onun səadət yurdu olan Cənnətə
girməklərininə izin verərlər. Daha sonra isə cənnətliklərin orada əbədiyyən qalacaqlarını bildirərək:
″Tərtəmiz gəldiniz. Artıq əbədi qalmaq üçün girin buraya!″ (Zümər surəsi: 73) deyərlər.
Sən və səninlə birlikdə Allahın sevdiyi qulları bu sözləri eşidərkən açılmış qapılardan içəriyə
keçməyə can atarsınız. Qapılar içəri girmək istəyənlərə dar gələr. Eynən Utbə bin Gazvanın
Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) nəql etdiyi kimi: ″Cənnətin qapısından sıxlaşaraq girmələri
mənim üçün şəfaətimdən daha önəmlidir.″
Cənnətin qapısı izdihamdan sıxlaşar. Qırx illik yol məsafəsi enində olan qapının Rəhmanın
dostlarının izdihamına dar gəlməsini nə sanarsan? Yaqut və mirvaridən tikilmiş sarayların gözəlliyini
görərək ona doğru can atan bu insan seli nə qədər də dəyərlidir!
Bir anlıq təsəvvüründə canlandır! Məhşərin o müdhiş izdihamı içərisindən Allah səni seçmiş və
bağışlamışdır. İndi də Cənnətin qapısına doğru qaçanlarla birlikdə irəliləyirsən. Təmizlənmiş vücudlarla,
parıldayan və ay kimi işıq saçan uzlərilə sevinən kütlə ilə birlikdə sevinirsən. Vücudlarından günəşin
şüaları kimi nurlar saçılmaqdadır.
Sən Cənnətin qapısından keçib torpağına ayağını basarkən görərsən ki, o torpaq müşkdəndir və
üzərində zəfəran yetışmişdir. Müşk gümüş kimi parlaq olan bir zəminin üzərinə səpilmişdir. Onların
ətrafında zəfəranlar bitmişdir.
ÖLÜMSÜZLÜK YURDUNA İLK ADDIM
Artıq bu, əzab və ölümdən qurtulduğuna əmin olaraq ölümsüzlük torpağına atdığın ilk addımdır. Sən
müşk torpağın üzərində və zəfəran bağçası içərisində addım-addım irəliləyirsən. Gözlərini ağacların
gözəlliyindən və gördüyün mənzərənin valehedici görünüşündən çəkə bilmirsən. Sən elə beləcə zəfəran
bağçalarında və müşk yığınları içərisində Cənnət torpaqlarında gəzərkən birdən Cənnətdəki zövcələrinə,
uşaqlarına və xidmətçilərinə – Ali ibn Əbu Talibin dediyi kimi - ″Filan adam gəldi!″ deyə səslənərlər.
Onlar da səni qarşılamağa gələrlər. Eynilə bu dünyada itmiş bir yaxın adam tapılarkən necə sevinc
yaşanarsa, onlar da sənin gəlişindən elə sevinərlər.
Sən öz saraylarına baxarkən birdən onların gözəl səslərini və xoş qarşılayışlarını eşidərsən. Buna
görə sevincindən sanki uçmaq istəyərsən. Onların sənin haqqındaki təzahürat səslərini eşidərkən hiss
etdiyin sevincdən çaşqın halda ikən uşaqlar sənə doğru sürətlə qaçarlar. Cənnət uşaqları sənin ətrafında
səf qurarlar. Onlar sənə doğru gələrkən səbirsizlikdən zövcələrini bir təlaş bürüyər. Hər birisi sənin
gəldiyini görüb bir-birilərinə xəbər verərlər. Səni qarşılamazdan əvvəl xidmətçilər səni görərlər və
dönərək zövcənin yanına gəlib gəlişini ona deyərlər. Sənin gəliş müjdəni eşidən hər bir zövcən
xidmətçisindən: ″Sən doğrudan da onu gördünmü?″ deyə soruşaraq gözlərinə inanmayacaqlar. Əgər
Allah çadırlarından çıxmalarını onlara izn versəydi səni qarşılamaq üçün özləri cıxardılar. Qurani-
Kərimdə Rəbbimiz belə buyurur: ″Otaqlar içində sahiblərinə təhsis edilmiş hurilər vardır″ (Rəhman
surəsi: 72)
Əllərini qapılarının kənarına dayayıb başlarını çölə çıxararlar və sənin çöhrənin nə zaman
görünəcəyini, bu uzun sürən həsrətinin nə zaman bitəcəyini, gözlərinin nuru, rahatlıq qaynaqları,
Rəbblərinin dostu və Mövlalarının sevgilisini görəcəkləri anı dörd gözlə izləyərlər.
25
Sən isə bu anlarda saraylarının parlaq gözəlliyinə baxaraq müşk təpələri və zəfəran bağçaları
arasında gəzinərsən. Hüzuruna gələn ilk uşağı elə böyük görərsən ki, Rəhmanın mələklərindən biri
sanarsan. O sənə belə deyər: ″Ey Allahın dostu! Mən sadəcə sənin bir xidmətçinəm. Sənin əmrinə
verildim. Məndən başqa hələ yetmiş min xidmətçin vardır.″ Sonra parlaqlıq və nurlarıyla xidmətçilərin
biri-birini təqib edərlər. Hər biri səni dərin hörmətlə salamlayarlar.
CƏNNƏT SARAYLARINA ÇATMAQ
Sən Cənnətdə ikən könlünün sevincini bir düşün! Cənnət uşaqları hüzurunda ayaq üstə gözləməkdə,
sənə ehtiram göstərməkdədirlər. Arxasından sədəflərindəki inciləri xatırladan xidmətçilərin səni qarşılayıb
salamlayırlar. Sonra gəlib hüzurunda divan qurarlar. Daha sonra uşaq və xidmətçilər toplusu arasından
ehtişamla yeriyərsən. Saraylarına çatana qədər səni müşayət edərlər. Sarayının qapısına çatanda pərdədarlar
qapıları açar və pərdələri qaldırarlar. Hamısı da sənə təzim göstərərək ayaqüstə gözləyərlər.
Saraylarının qapıları açılıb salonlarının parlaq gözəlliyindən, bəzəkli ağaclarından, nəfis bostanlarından,
aydın və işıqlı otaqlarında pərdə qaldırıldığı zaman görəcəyin şeyləri bir anlıq təsəvvür et!
Sən bütün bunlara baxarkən birdən-birə xidmətçilərin zövcələrinə bu müjdəni verərlər: ″Bu filan
oğlu filandır. Sarayın qapısından içəri girmişdir!″ Onlar sənin gəliş və saraya giriş müjdəni eşidər eşitməz
sərilmiş yataqlarından aşağı atlayarlar. Çadırlar və qübbələr altından gözlərin onlara baxmaqdadır. Səni
görmələrindən doğan sevinc içində yataqlarından necə endiklərini seyr edərsən. O nazlı, hüsnü-camallı
gözəllərin həyəcanla irəli – sənə doğru atladıqlarını bir təsəvvür et!
Gözəl çöhrələri ilə, ziynətlər içərisində, vücudları nazla bəslənib böyüdüldüklərini göstərərcəsinə hər
birinin sürətlə sənə doğru atıldıqlarını bir düşün! Mükəmməl qamətiylə divanından qübbəsinin salonuna
və çadırının ortasına enişini bir gözünün qabağına gətir! Çadır və qubbələrinin qapısına çatana qədər
sürətlə irəliləyərlər. Sonra sən gəlib onlara çatana qədər içində gözlədildikləri çadır və otaqlarının
yanlarına əllərini dayayarlar. Beləcə ayaqüstə dayanıb baş və çöhrələrini çölə uzadarlar. Sənin gəlişindən
doğan sevinc və nəşə ilə dolu bir qəlb və böyük bir maraqla sənə baxarlar.
CEYRAN GÖZLÜ GÖZƏLLƏR
Könlünün sevinc və qəlbinin xoşbəxtlik duyğusu ilə kükrədiyini xəyal et! Gözlərin səni həsrətlə
gözləyən zövcələrinə dikilmiş, onların gözəl üzlərinə və nazlı gözlərinə baxmaqdasan. Onlarla göz-gözə
gələrkən ağlın çaşar, qəlbin həyəcanla dolub daşar. Bu zamanadək görmədiyin mükəmməl bir gözəlliklə
göz-gözə qalarsan. Otaqlarının qapısına qədər addımlayarsan. Ürəyin şirin bir həyəcan hissindən çırpınar.
Onlar da sürətlə və təlaş içində sənə doğru gələrlər. Eşq və məhəbbətin təsirindən sanki quş kimi süzərlər.
Vücudlarının nazla bəslənməsi və varlıqlarının ahəng və mükəmməlliyi hər addımlarında gözə çarpar.
Sonra onlardan hər biri sənə belə səslənər: ″Sevgilim, belə gec gəlməyinə səbəb olan nədir?″ Sən belə
cavab verərsən: ″Allah bu, bu, bu günahlarım üzündən məni o qədər çox gözlətdi ki, sizə heç vaxt qovuşa
bilməyəcəyimi sandım.″
Zövcələrin zərif ipəkdən olan paltarlarının ətəklərini müşk zəmisi üzərindən sürüyərək xoş qoxunun
yayılmasına və zəfəran otlarının dalğalanmasına səbəb olarlar. Onlardan ən öndə olanı Rəsulallahın
(səllallahu aleyhi və səlləm) dediyi kimi, barmaqlarının ucunu və üzüklərini sənə doğru uzadarlar.
Kafur və zəfərandan yaradılmış, min illər uzunu nazla bəslənmiş barmaqların gözəlliyini bir düşün!
Əllərini sənə uzadan an necə bir nurla parıldadığını və necə işıq saçdığını bir anlıq təsəvvür et!
Barmaqlarını ovcunun içinə aldığın an onların ipək kimi yumuşaqlığından az qala ki, sürüşüb əlindən
çıxsınlar. Zövcənin əlinə toxunmaqdan aldığın lətif və xoş duyğu könlünə çatar-çatmaz sevinc və
həyəcandan ağlın başında çıxar. Sonra əlini onun həsrətdən titrəyən nazlı bədəninə uzadarsan. O da səni
bağrına basar. Zərif boyunlarına dolayırsan qollarını. Əllərin gərdanına dəyir. Bir-birinizi həsrətlə
qucaqlayırsınız. Səni qucağına sıxdığı an sanki onun cisminin nazlılıq və nazəninliyi arasında qərq
olursan. Onun hüsnü camalından və qucaqlama zövqündən aldığın ləzzəti düşünə bilirsən?
Daha sonra onun gözəl və xoş ətrini hiss edərsən. Könlün ondan başqa bir şey istəməz. Belə ki,
zövcənə toxunmaqdan və qoxulamaqdan duyduğun həyəcandan ruhun sevincdə qərq olar. Sən bu halda
ikən birdən-birə digər biri-birindən gözəl zövcələrin yanına qaçışar, səni qucaqlayar və səni busələrə qərq
edərlər. Üzündə onların busə qonduran qönçə dodaqlarından boş yer qalmaz. Bənizlərinin gözəlliyi səni
26
əhatə edər. Uzun ipək kimi saçlarıyla bütün vücudunu örtərlər. Saçlarının əsrarəngiz qoxusu burnunu
doldurar. Onların səni beləcə öpüb oxşamalarını və nazlı bədənləri ilə qucaqlamalarını bir anlıq təsəvvür
et! Sənə olan dərin sevgiləri və uzun sürən həsrətləri səbəbindən sənə sarılıb qucaqladıqları an böyük
xoşbəxtlik hiss edərlər. Səni buraxmaq, səndən aralanmaq istəməz və sənin xoş və nəfis qoxundan
səadətə qərq olarlar.
ALLAHIN VƏDİ HAQDIR
Həyəcan və səadət könlündə özünə yer edib nəşənin ləzzəti bütün bədəninə yayılanda Allahın
(dünyada) sənə olan vədini xatırlayarsan. Bu zaman sənə verdiyi sözü gerçəkləşdirən və vədini yerinə
yetirən Allaha yüksək səslə həmd edərsən.
Sonra dünyada ikən yaxşı işlər görərək, xeyir əməllər etməyə çalışaraq bütün bunları Allahdan
istədiyini xatırlayarsan. Budur… Artıq sən gözəl zövcələrini öpüb-qoxulayarkən dünyada ikən etdiyin
saleh əməllərinin mükafatı ilə üz-üzəsən: ″Qoy (dünyada) çalışanlar bunun üçün (belə bir əbədi səadət
uğrunda) çalışsınlar!″ (Səffat surəsi: 61)
Sonra onlar sənə sən də onlara təriflər yağdırarsan. Daha sonra isə zövcələrin hamısı gözəl
xasiyyətləri ilə həyatını şənləndirəcəyini yüksək səslə belə dilə gətirərlər: ″Biz xoşbəxt olanlarıq, heç bir
zaman hirslənmərik. Biz qərarlaşmışlarıq, heç bir zaman köçmərik. Biz əbədi yaşayanlarıq, heç bir zaman
ölmərik. Biz nemətlər içində böyüyənlərik, heç bir zaman sıxıntı çəkmərik. Müjdələr sənə, sən bizim, biz
də səninik!″ Onlarla birlikdə addımlamağa davam edərsən. Sən hurilərdən, vildan və xidmətçilərdən
meydana gələn toplumun arasında yeriyərkən nə qədər də gözəl bir mənzərə yaranar!
Nəhayət otaqlarına yaxınlaşarsan. Yaqut və zümrüdlə bəzənmiş, içi oyulmuş bir mirvaridən əmələ
gələn bir çadır görərsən. İçinə doğru boylanarsan. Yataq yerinin, xalçalarının, yastıqlarının gözəlliyinə
diqqət edərsən. Binaların mirvari və yaqutdan ibarət olan böyük daşlardan tikilmişdir. Sonra astarları ipək
və atlasdan olan döşəklər sərilmiş taxtına yetişərsən. Çarşablarının üzərindən nur topası yüksəlməkdə,
yaşıl tüklərinin gözəlliyi göz qamaşdırmaqdadır. Bura xüsusi məclislərinin keçirildiyi yerlərdir. Bütün
bunlara baxdıqca gözlərin çaşar. Taxtında zövcələrin üçün hazırlanmış özəl yeri seyr edərsən. Orada bir
zövcən yuxarıdakı taxtına baxıb durmaqdadır.
HƏR BİRİ KİÇİK CƏNNƏT: HURİLƏR
Qapılarının, pərdələrinin, qübbə və salonunun gözəlliyini bir düşün! Gözəl yataqlarıyla, taxtlarıyla,
sütunlarıyla, yüksəkliyilə, xalılarıyla bütün otaqlarını bir göz önünə gətir! Yatağına yaxınlaşarkən zövcən
də səninlə birgə gələr və əvvəl o, sonra sən taxta çıxarsınız. Qarşı-qarşıya oturarsınız. Bu şəkildəki
mənzərəniz nə gözəldir!
O, üzünün hüsnü-camalı və vücudunun nazlılığı ilə qiymətli geyimləri və ziynətləri içərisində -
qolundakı bilərzikləri, barmaqlarındakı üzükləri, ayağındakı xalxalları, belindəki kəməri, mirvari və
cövhərlə bəzənmiş ətəkləri, boynundakı gərdanlıqları, başındakı inci və yaqutdan işlənmiş tacı, tacının
altından və çiyinindən ayaqlarına qədər səpilmiş saçı ilə sənin qarşında oturar.
Sən onun ayna kimi parlaq boynunda öz üzünü, o da sənin boynunda öz üzünü görə bilir. Cənnət
uşaqları çadırının ətrafında sənin və zövcənin xidmətində durmaqdadırlar. Otağının kənarlarından ağac
budaqları meyvələri ilə sallanmaqda, sarayının ətrafında çaylar müntəzəm olaraq axmaqda, bulaqlardan
qollar otağının üzərinə uzanaraq səni şərab, bal, süd kimi ləzzətli içkilərlə uzatmaqdadır. Sən də ipək və
atlasdan hazırlanmış paltarlar geyinmiş, vücuduna qızıl və mirvaridən bilərziklər taxmısan. Başındakı inci
və yaqutdan ibarət olan tacın çöhrənin nur ilə parıldatmaqdadır. Cənnətin sənə aid olan hissəsi – bütün
sarayların sənin bədəninin parlaqlığına və üzünün nuruna boyanmışdır.
CƏNNƏT ÇAYLARI
Saraylarının şəffaflığı sənə içəridə ikən belə çölü seyr etmək imkanı verir. Bütün zövcələrini və
xidmətçilərini, sarayının bütün binalarını görə bilərsən. Ağaclarının meyvələri üzərinə qədər əyilməkdə,
şərab və süd çayları yanından axıb keçməkdədir. Sən zövcələrinlə birlikdə divanlarında oturmaqdasan.
27
Qapılarının qanadlarını açmış, üzərinə isə otağının pərdəsini çəkmisən. Xidmətçilərin və Cənnət uşaqları
çadırının ətrafını əhatə etmişlər. Sən onların Rəbbinə olan təsbih səslərini eşitməkdəsən. Ürəyindən keçən
hər şeydən o an xəbərdar olar və canının çəkdiyi, arzu etdiyin hər cür nemətləri gətirib sənə təqdim
etməkdədirlər.
Sən və zövcən ən mükəmməl şərtlərdə və əksiksiz nemətlər içərisindəsiniz. Onun hüsnü-camalının
gözəlliyinə baxdıqca heyrətə düşüb gözlərinə inana bilmirsən. Zövcənin füsünkarlığından qəlbin coşar və
hər baxdıqca onu daha çox sevərsən. Sən öz taxtında oturarkən o da sənə yaxın oturar, birlikdə Cənnət
nemətlərindən dadar, ləzzətli içkilərə biri-birinizi qonaq edərsiniz. Bir anlıq gözünün önünə əlində yaqut
və mirvaridən ibarət olan qədəh tutub səni Cənnət şərabına qonaq edən o gözəl zövcəni gətir!
Mirvari kimi ağ dişləri göstərərək gülümsəyib sənə qədəhi uzadır. Barmaqlarının, üzünün və
gərdanının nuru, Cənnətin nuru və qarşısında duran sənin üzünün nuru biri-birinə qarışaraq qədəhdə əks
olunur. Hurinin barmaqları arasında tutduğu qədəhdə şərabın parlaqlığı, üz və bədəninin parlaqlığı,
dişlərinin parlaqlığı cəmlənmiş haldadır.
Hələ sən öz gözləlliyini təsəvvür et! Cənnətdə yaradılışı tamamlanaraq bir dəliqanlı halına gəlmiş,
parlaq üzlü, güclü bədən quruluşlu, gözəl geyimli, şık duruşlu bu gənci, yəni özünü nə zənn edərsən?
Uşaq kimi məsum üzlü, suyuşirin, xoş sözlü və mükəmməl bir yaradılışdasan. Zövcənin isə üz gözəlliyi
qənirsizdir. Sinəsi ağappaq, bədəni çox zərifdir. Nazla bəslənib böyüdülməsi ona əvəzolunmaz bir lətafət
və nəzakət qazandırmışdır.
NUR ÜSTÜNƏ NUR
Zövcənin qarşısında oturur və xoşbəxtcəsinə gülümsəyirsən. Əlindəki qədəhin üzərində sənin nurun,
qədəhin içindəki içəcəyin nuru, hurinin üzünün, gərdanının, gülüşünün nuru və Cənnətin nuru biri-birinə
qarışıb. Qədəhi bütün bu nur və işıqlarla bir təsəvvür et! Əllərində par-par parıldayır. Zövcən qədəhi sənə
doğru uzadır. Bu nə gözəl bir hərəkət nə cazibəli əldir…
Sonra o güvən, ləzzət və sevinc ölkəsində ardı-ardına səni şarab qədəhlərinə qonaq edir. Sən də
qədəhləri onun əllərində alır, dodaqlarına qoyur və qurtum-qurtum içinə çəkirsən. Nəşəsi ta qəlbinə qədər
sirayət edir. Ləzzəti və həzzi bütün orqanlarına yayılır. Bundan daha əvvəl heç dadmadığın ləzzət hiss
edirsən. Cənnət uşaqları ətrafında sənə xidmət üçün ayaqüstə dayanıblar.
Bir anlıq bunu ağlına gətir! Hurinin əlindəki qədəhi alıb içirsən, yenidən ona geri verirsən, o da
gülərək və gözəl əlləri ilə bunu səndən alır. Bu gözəl bir gülüşdür! Beləcə qədəh əllərinizdə dolaşıb durar.
İçkinin nuru yanaqlarına sirayət edər. İkiniz də yüksək səslə Allahınıza həmd və təsbih edərsiniz. Uşaqlar
və xidmətçilər də sizə qoşularaq təsbih və təhlil (Lə iləhə illəllah) səslərini yüksəldərlər. O saray və
otaqlarda nəğmələrlə yüksələn o səs nə gözəldir! Siz belə ləzzət və sevinc içərisində ikən yüz illər keçmiş
və siz qəlblərinizin nemətlərlə məşqul olmasından bu illərin fərqində belə olmamısınız.
ZİYARƏTÇİ MƏLƏKLƏR
Birdən dəstə-dəstə mələklər ziyarətinə gələrlər. Rəbbindən sənə qiymətli və lətif əşyalar gətirərlər.
Rəbbinin bu elçiləri sarayında olan xidmətçilərdən sənin yanına girmək və Allahın göndərdiklərini sənə
vermək üçün izn istəyərlər. O zaman növbətçilərin belə deyərlər: ″Allahın dostu zövcələri ilə birlikdə
istirahətdədir. Biz ona olan hörmət və təzimimizdən narahat olmasını istəmirik.″ Böyük və Uca olan
Allah bu gerçəyə bu ayə ilə işarə edir: ″ Həqiqətən də cənnət əhli nemətlər içində kef çəkəcəklər.″ (Yasin:
55) Əksər müfəssirlər bu ayəni yuxarıda qeyd etdiyimiz kimi açıqlayarlar. Bu nə böyük nemət, nə gözəl
bir səltənətdir ki, Rəbbinin mələkləri belə yanına gəlmək üçün izn istəyərlər!
Cənnətdə öz dostlarının şanını ucaldan Rəbbin bu səltənətə işarə edərək belə buyurur: ″Cənnətdə
hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən.″ (əl-İnsan: 20) Bu ayənin təfsiri belə açıqlanır:
Bu səltənət mələklərin Cənnət əhlindən icazə alacaqlarına işarədir. Qapıda Allahın göndərdiyi elçi belə
səslənir: ″Ey Allahın dostu, icazən olmadan yanına girilə bilməz. Ey Allahın dostu, sən Allahın rizasını
qazanmısan, səltənət, arzu və xəyallarının zirvəsinə çatmısan.″
Xidmətçilərinin səni narahat etməyəcəklərini söylədikləri zaman mələklərin belə dediklərini təxəyyül
et: ″Biz ona Allah tərəfindən göndərilən elçilərik. Rəbbindən bir çox hədiyyə və sovqatlarla gəlmişik.″ O
zaman xidmətçilərin mələklərin yanına girmələri üçün səndən izn istəyərlər. Xidmətçilərinin o andakı
28
vəziyyətlərini bir düşün. Qapını döymək üçün əllərini qırmızı qızılı taxtalar üzərində mirvari ilə
bəzənilmiş yaqutdan ibarət olan halqaya uzadarlar. Yaqut halqalar inci və zümrüddən olan qapıya
dəyərkən eşidə bildiyin ən gözəl səsdən daha gözəl bir səs çıxarar. Bu səsi eşidənlərin qulaqları həzz,
könülləri nəşə ilə dolar. Bu səsi eşidən ağacların meyvələri biri-birinin üzərinə əyilər. Bu üzdən ətrafa xoş
və nəfis bir ətir yayılar. Sən üzünün gözəl camalı və nurunun parlaqlığıyla otağından çölə çıxarsan.
Xidmətçilərin sənə doğru qaçaraq gələrlər. Hörmət hissindən və nurunun gözlərini qamaşdırmasından
dolayı gözlərini qaldırıb sənə baxa bilməzlər. Belə deyərlər: ″Ey Allahın dostu, Allahın sənə göndərdiyi
elçılər qapının ağzında gözləyirlər. Yanlarında Rəbbindən gətirdikləri qiymətli hədiyyələr vardır.″ Sən
onlara belə cavab verərsən: ″Rəbbimin elçilərinə izn verin!″ Sən icazə verər-verməz qapıçılar sarayının
qapısını açarlar. Mələklər içəri daxil olarlar.
Sən öz taxtında oturarsan. Cənnət uşaqları önündə əmrə müntəzir dayanarlar. Allahın mələkləri gözəl
surətləri ilə əllərində hədiyyələrlə sənə doğru gələrlər. Dəyişik qapılardan olduğun yerə gələrlər ki,
Rəbbinin sənə verdiyi ″hər qapıdan bir salam″ sözü gerçəkləşsin. Hər qapıdan girərkən gözəl nəğmələri
ilə ″Əssalamu aleykum!″ deyərək sənə salam verərlər. Sonra da bunu əlavə edərlər: ″Ey Allahın dostu,
Rəbbin sənə salam söyləyir. Sənə bu hədiyyələri və sovqatları göndərdi.″
GÖZLƏNİLMƏYƏN YENİ XOŞBƏXTLİKLƏR
Rəbbinin sənə olan ərmağan və lütüfləri qarşısında qəlbinin sevincini bir düşün! Mələklər yanından
ayrılandan sonra Allahın sənə bir neməti olan zövcənə baxarsan. Gözlərin sevincdən böyümüş, nəşən qatqat
artmışdır. Sən onunla birlikdə son dərəcə sevinc və xoşbəxtliklər içində ikən Allahın sənin üçün
yaratdığı bir başqa zövcəndən ən gözəl bir nəğmə və ən şirin bir ifadə ilə belə bir səsləniş gələr: ″Ey
Allahın dostu, bizim səndən nəsibimiz yoxdurmu? Bizə də baxmaq zamanın gəlmədimi?″
Qulaqların onun gözəl sözlərilə dolar-dolmaz, gözəl nəğməsinə qarşı içində doğan eşq və sevgidən
haradasa qəlbin yerindən uçar. O an cavab verərsən: ″Allah xeyirini versin sən kimsən?″ O, cavab verər:
″Mən Allahın haqqında belə buyurduqlarındanam: ″Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə
sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir.″ (Səcdə: 17)
Taxtından sürətlə enib otağının ortasına gəlişini bir təsəvvür et! Sonra əmrinə verilən Cənnət uşaqları
və xidmətçilərinlə birlikdə irəliləyərəsən. Zövcənin də xidmətçiləri səni qarşılayar və qirmızı yaqutdan
düzəldilmiş bir otağa ötürərlər. Sən sarayının qapısına yaxınlaşdıqda uşaq və xidmətçilər sənin üçün
qapıları açarlar. Böyük xoşbəxtlik və sevinclə içəri daxil olarsan. Sarayın qapısını, pərdələrin gözəlliyini,
uşaq və xidmətçilərin hüsnü-camalını bir düşün!
Sonra zövcənin səni çağırdığı sarayının qapısından içəri girərkən gözlərin yaşıl zümrüddən olan
divarların gözəlliyinə, bağçasının göz qamaşdırıcılığına, döşəməsinin parlaqlığına ilişib qalar. Zövcənin
içərisində olduğu otağa baxarsan. Sənin və hurinin üzünün nurundan onsuz da nurani olan otaq bir az
daha aydınlanıb işıqlanar. O səni ipək, atlas və məxmər döşəklər üzərindən seyr edər. Sonra taxtından
enər. Sənə olan şiddətli həsrət onu üzmüş, eşq onu narahat etmişdir. ″Xoş gəldin!″ deyərək sevgi dolu
ifadələrlə səni qarşılayar. Sonra qucaqlamaq üçün sənə yaxınlaşar. Belə ki, Ənəs bin Malik (r.a)
Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) hurilərin Allahın dostunu qarşılayıb onunla əl-ələ
görüşəcəyini nəql etmişdir. O dərəcədə gözəl və ipək kimi yumuşaq əlləri bir anlıq ovcunda təsəvvür et!
Sən onun üzünün, vücudunun nazlılığından, saç tellərinin parlaqlığından duyduğun heyrət və
heyranlıqdan özündən keçmiş kimisən. Sonra əlindən tutaraq sənin qurulmuş taxtına gəlirsiniz. Birlikdə
taxta çıxırsınız. Üzərinizə möhtəşəm gərdək pərdəsi gərilir. Zövcəni qucaqlayırsan və bu halda
üzərinizdən uzun zamanlar keçir. Sonra xidmətçi Cənnət uşaqları surahi və qədəhlərlə hüzurunuza gəlib
səf halında gözləyərlər. İstədiyiniz an sizə içəcəklər təqdim edirlər.
″QATIMIZDA DAHA ÇOXU VARDIR!″
Siz bu şəkildə sevincli və nəşəli ikən birdən başqa bir sarayından başqa bir huri sənə səslənər: ″Ey
Allahın dostu, bizim səndən nəsibimiz yoxdurmu? Bizim üçün darıxmaq zamanı gəlmədimi?″ Sən onun
səslənişinə sualla cavab verərsən: ″Allah sənə xeyir versin, bəs sən kimsən?″ Sənə belə cavb verər: ″Mən
Əziz və Cəlil olan Allahın haqqımda belə buyurduğuyam: ″Orada onlar üçün istədikləri hər şey
hazırlanmışdır. Üstəlik dərgahımızda bundan da artığı vardır.″ (Qaf surəsi: 35).
29
Bundan sonra sən onun yanına gedərsən. Beləcə saraylarındakı ölməz uşaqlar və itaətkar xidmətçilər
arasında zövcələrini tək-tək ziyarət edərək sonsuz bir nemət və mükəmməl bir sevinclə dolaşarsan. Hər
cür sıxıntı artıq çoxdan səndən uzaqlaşdırılmışdır. Bütün əksikliklər üzərindən götürülmüşdür. Hər cür
kirdən paklanmısan. Orada ayrılıq nədir biməzsən. Çünki Uca Allah qəlbinə yönələrək üzüntülərə belə
buyurmuşdur: ″Buradan yox olun və əbədi olaraq geri dönməyin!″ Sevincə isə əmr edərək belə
buyurmuşdur: ″Burada yerləş və əbədi olaraq tərk etmə!″ Xəstəliklərə belə buyurmuşdur: ″Bədəndən
uzaqlaş və əbədi olaraq ona geri gəlməyin!″ Sağlamlığa isə belə buyurmuşdur: ″Bədənə yerləş, heç bir
zaman uzaqlaşma!″
ÖLDÜRÜLƏN ÖLÜM
Sənin gözlərin önündə (bir qoç şəklinə gətirilən) ölümü boğazlayarlar. Sən artıq ölümdən əmin
olarsan və ondan heç bir zaman qorxmazsan. Sənə Rəbbinin yaxınlığı və Cənnəti ehsan edilmişdir.
Rəbbin səndən razı olduqdan sonra bir daha əbədi olaraq Onun qəzəbindən qorxmazsan. Nemətlər
içərisində üzərsən, lakin bir daha heç vaxt əzabın gələcəyindən qorxmazsan. Çünki sən dəqiq olaraq
bilirsən ki, Əziz və Cəlil olan Allah səni sevir, səndən razıdır və içində qərq olduğun nemətlərdən
məmnundur. Allahın səadət yurdu nə müəzzəmdir! Allahın yaxınlıq və himayəsi nə böyükdür!
Ərş səni kölgələndirməkdədir. Mələklər ölümlə sona ərməyən sonsuz bir həyatda, tükənəcək deyə
qorxmadığın nemətlər içərisində Rəbbindən sənə daima lütf və ehsanlar gətirərlər. Rəbbinin əzabından
əminsən. Səndən razı olduğuna qəti əminsən. Əfvinin sərinliyini ta qəlbinin dərinliyində hiss edirsən. Bu
hisslər nə qədər gözəldir! Təsəvvür edə bilirsən?
TUBA KÖLGƏSİNDƏ SÖHBƏT
Allahın digər bütün dostları ilə birlikdə zamanın müsibətlərindən və çağların xoşagəlməz
hadisələrindən əmin olaraq Tuba ağacının kölgəsində söhbətlər edərək əbədi olaraq orada qərar tutacağını
bilirsən. Siz Tuba ağacının kölgəsində söhbət edərkən Allah mələklərindən birinə sizə verdiyi sözü yerinə
yetirmək istədiyini və sizi böyük sevincə qərq etməyi arzuladığını elan etməsini əmr edər. Sizləri Özünə
yaxınlaşdırmaq, ″Xoş gəldiniz!″ diləklərini birbaşa sizə çatdırmaq, mübarək camalını sizə göstərmək,
beləliklə də sizi ən üstün bir məqama çatmağınızı, sevincin son həddinə varmağınızı və səadətin zirvəsinə
qovuşmağınızı istədiyini fərman edər.
RƏBBİNDƏN GƏLƏN DƏVƏT
O anda birdən-birə belə elan edən mələyin səsini eşidərsən: ″Ey Cənnət xalqı, Allahın sizə verdiyi
bir söz var ki, hələlik yerinə yetirilməmişdir!″ Cənnətliklər onlara ehsan edilənlərin çox artıq böyük
olduğunu bildirərək cavab verərlər. Cənnətə salındıqlarını, əzabdan əmin olduqlarını, artıq onlara verilən
lütf və ehsandan daha artıq bir şeyin olmadığını söyləyərlər. Sən də onlarla birlikdə belə deyərsən:
″Üzümüzə rəhmətlə baxmadımı? Bizi Cəhənnəmdən qurtarmadımı? Bizi Cənnətə salmadımı?″
Bundan sonra mələklər onlara belə səslənər: ″Allah sizdən Onu ziyarət etməyinizi istəyir. Onu
ziyarət edin!″ Onlar bu vəziyyətdə ikən, yəni sevinc və fərəhdən qəlbləri ruhları ilə birlikdə bədənlərindən
uçmuş kimi ikən bir də baxarlar ki, mələklər yaqutdan yaradılmış, sonra da ruh üfürülmüş cins atlarla
birlikdə onlara doğru gəlirlər. Atların üzləri parlaqlıq və gözəllik baxımından çıraq kimidir. Bütün
pisliklərdən təmizdirlər. Qanadlıdırlar. Yəhərləri Cənnətin qırmızı ipəkləri və bəmbəyaz tiftiyindəndir.
Üzərində qırmızı və ağ olan iki xətt vardır. Biçim olaraq dünyadakı ən gözəl cins atları xatırlatsa da
insanlar onlar kimi gözəlini görməyiblər.
UÇAN ATLAR
Hərəkət etməyə başlayarkən öz parlaqlığı ilə Cənnətin yaqutundan yaradılan o cins atların nə qədər
gözəl olduğunu bir düşün! O atları, Cənnət qızılından yaradılan cilovlarını və onları gətirən mələklərin
30
üzlərinin gözəlliyini təsəvvür etməyə çalış. Mələklər onların cilovlarından tutmuş sənin də aralarında
olduğun Allah dostlarına tərəf gətirərlər. Onların yerişləri son dərəcə gözəl və şuxdur. Bu cins atların heç
bir təlimə ehtiyacı olmayıb çünki onlar əzəldən təlimli yaradılmışlar. Son dərəcə anlayışlı olub heç bir
şeyə qarşı gəlmədən istənilən yönə istiqamətləndirilə bilərlər. Mələklərin bu atlarla birlikdə Cənnət əhlinə
doğru irəliləyişlərini bir düşün!
Nəhayət Cənnət əhlinə gəlib çatdıqda mələklər o atları çökdürərlər. O atların duruşu və oturuşunun
gözəlliyini gözünün önünə gətir! Onlardan birinə minib Rəbbini ziyarət edənlər arasına qatılacağını heç
təxmin edirsənmi? Atlar salih insanların istirahət yeri olan Tuba ağacının altında zəfəran bağçaları
içindəki müşk təpəciklərinə çatan kimi mələklər Allahın dostlarına dönərək gözəl nəğmələri ilə belə
deyərlər: ″Ey Rəhmanın dostları, Rəbbiniz olan Allah sizə salam deyir və Onun ziyarətinə gəlmənizi
istəyir. Onu ziyarət edin ki, O sizə baxsın, siz də Onu seyr edəsiniz! O sizinlə, siz də Onunla danışasınız!
O sizə cavab versin, siz də Ona cavab verəsiniz! Sizə olan fəzl və rəhmətini artırsın. O, geniş bir rəhmət
və sonsuz lütf sahibidir!″
Sən və bütün Allah dostları bu sözləri eşidərkən Rəbbinə olan sevgi və həsrətdən o an qaçaraq öz
atlarınıza minərsiniz.
Rəbbinə yaxın olmaq və həqiqi sevgini görmək üçün üzlərinin gözəlliyi, nuru və paklığının artdığını
bir düşün. Sən də onların arasındasan. Sağ ayaqlarını yaqut, zümrüd və mirvarilərlə bəzədilmiş üzəngiyə
atdıqları anı düşünə bilirsənmi? Ən gözəl Cənnət atlarının üzəngilərinə basılan Allah dostlarının
ayaqlarının saçdığı nuru xəyal et! Ən gözəl Cənnət atlarının ən gözəl üzəngilərindəki o ayaqlar nə qədər
gözəldir. Heç bir çətinlik çəkmədən digər ayağınızı da üzəngiyə ataraq xalis ipək və məxmərlə örtülü
yəhərlərin üzərində oturarsınız. İpəyin qırmızılığı arasından görünən mirvarinin bəyazlığı göz oxşayar.
Sən və digər Allah dostları atlarınızın üzərində oturduqdan sonra atlar şaxə qalxar. Bu zaman atların
ayaqları altından sovrulan müşk tozları onların üzərinə səpələnər. Sonra bütün atlar bir səf halında
düzlənərlər. Heç bir əyrisi olmayan dümdüz bir səf olarlar. Biri digərinin önünə keçməz. Bu nə müəzzim
bir sıralanma və nə möhtəşəm süvari dəstəsidir!
Dümdüz səf qurmuş atlar üzərindəki Cənnət əhlinin üzlərini bir nur haləsi əhatə edər. Onların
başlarında inci və yaqutdan taclar vardır.
MİLYARDLARCA NURANİ SİMA
Bütün Cənnətliklərin simalarının bir araya gəlmələrini nə zənn edərsən?! Milyardlarca nurani
simanın bir anda əmələ gətirdiyi mənzərəni nə sanarsan? Başlarındakı inci və yaqutdan olan tacları sayıb
qurtarmaq mümkün deyildir. Üzlərində parlaq təbəssümlər və çöhrələrində sevincli gülümsəmələr
parıldamaqdadır. Cins atlardan ibarət olan dəstələrinin intizamla yola düzülmələri ilə Allah dostlarının
başlarındakı parlaq taclarının düz xətt kimi ard-ardına düzülməsini bir anlıq gözünün önünə gətir və
onların cərgəsində olmaq həsrətini yaşa!
Əgər dərindən düşünsən anlayarsan ki, sənə də onlar kimi olmaq yaraşır. Çünki Rəbbinin o
dostlarına dünyada verdiyi sözü mütləq bir şəkildə yerinə yetirəcəyinə əminsən. Möminlərin qurduğu səf
hazır olan kimi: ″Rəbbimizə gedək!″ deyərək atlarını sürətlə çapmağa başlayarlar.
Yaqutdan dırnaqları olan, biri-birinin ardı ilə səflərini pozmadan yol alan o cins atları bir düşün!
Bellərində Allah dostlarının vücudları xəfifcə titrəyər. İrəlilədikcə çiyinləri eyni səviyyədə, qaçarkən
atlarının ayaqları və üzəngiləri sanki düz bir xətt boyunca uzanıb gedər. Ayaqlarının küləyindən zəfəran
otları dalğalanar. Cənnət ağaclarına yaxınlaşdıqda ağaclar onlara öz meyvələrindən atarlar. Onlar seyr
etməkdə ikən atılan meyvələr gəlib əllərinə düşərlər. Əllərindəki o meyvələr nə qədər də gözəldir!
Ağaclar yana əyilərək onlara yol açarlar. Çünki Rəbbləri o ağaclara səfləri bölməmələrini,
düzgünlüklərini pozmamalarını və Allah dostu ilə mömin qardaşının arasına girməmələrini ilham
etmişdir. Cənnətliklər dünyada Allah üçün biri-birilərini sevdikləri üçün Cənnətdə də dostdurlar.
YOL VERƏN CƏNNƏT AĞACLARI
Düşün bir anlıq! Rəbbinin lütfüylə dostunla birlikdə irəliləyirsən. Cənnətin ağaclarına
yaxınlaşırsınız. Ağaclar meyvələrini silkələyir, qopan meyvələr sizin və digər Allah dostlarının əllərinə
düşürlər. Sonra köklərilə birlikdə sizin yolunuzdan çəkilir və siz rahatca yolunuza davam edirsiniz. Səfdə
31
olan bütün Allah dostlarının könülləri yalnız gerçək sevgililərinin camalını seyr etməyin həsrətindədir.
Sevinclə irəliləyərlər. Biri-birilərinə dönüb baxar, söhbətləşər, gülüşər, zarafatlaşar və Cənnəti vəd edib
və bu vədini yerinə yetirdiyi üçün Rəbblərinə həmd edərlər. Beləcə yollarına davam edərkən bir də
baxarlar ki, Allahın Ərşinə yaxınlaşmışlar. Ən gözəl nur və pərdələrini görərlər. Bu andan sonra daha
şiddətli sevgi və coşqu ilə atlarını çaparlar.
Hələ bir düşün! Cins atları düzülüşlərini pozmadan par-par parıldayan üzləri ilə uçarlar. Mələklər
onları əhatəyə almış Rəbblərinin hüzuruna doğru istiqamətləndirərlər. Nəhayət Allahın Ərşinin dibinə
qədər gələrlər. O məkanın genişliyini, nurunun gözəlliyini, parlaqlıq və çəkiciliyini təsəvvür et! Müşk
təpələri üzərində sıra-sıra yastıqlar düzülmüş və xalılar sərilmişdir. Onlardan hər biri özünə hazırlanmış
yeri tanıyar. Taxtlar Allahın seçilmiş və sevgili qulları üçündür. Özləri üçün hazırlanmış minbərlərə,
divanlara, xalılara yaxınlaşıb yaraşıqlı ayaqlarını üzəngidən endirərkən Cənnət əhlinin halını bir düşün!
Nəhayət hərəsi öz yerinə yerləşərlər. İnci və yaqutdan hazırlanmış yerlərdə oturan Allah dostlarının nə
qədər rahat olduqlarını təsəvvür et! Bu nə müəzzəm bir məqam və nə möhtəşəm bir quruluşdur!
Hər kəs öz məqamında rahatca oturaraq gerçək sevgililərinin sözə başlamasını həsrətlə gözləyərlər.
Onlara mənəvi dərəcələrinə görə yerləşdirəcəyinə söz verən Rəbblərinə yaxınlıqda oturan cənnətliklərin
nə hiss etdiklərini bir anlıq xəyal et!
ALLAHA ƏN YAXIN OLANLAR
Möminlərin Cənnətdə Allaha olan yaxınlıqları mənəvi mərtəbələrinə görədir. Allahı ən çox sevənlər
Ona ən yaxın oturanlardır. Çünki onlar dünyada ikən ən çox Allaha sevgi və məhəbbət bəsləyənlərdir.
Allahın ərşinə ən yaxın oturanlar insanlara qarşı Onun hökmlərini tənzimləyənlər və dəlillərlə dinini
qoruyanlardır. Peyğəmbərlər və Siddiqlər də məqamlarına görə Əziz və Rəhim olan Allaha yaxın olarlar.
Ziyarətinə gedilən Zat nə böyük, nə uca və nə uludur!
Gözəl izzət və ikramları, üzlərinin hüsnü-camalı və parlaqlığı və ərşin saldığı nur və pərdələrinin
parıltısı ilə birgə Cənnətliklərin cəm olduğu o məclisi bir düşün! Sağlam bir ağılla o məclislərini,
oturacaq və minbərlərinin parlaqlığını və Rəbblərinin camalını müşahidə etmək zövqünü təsəvvür et!
Sənin də bunlara qarşı duyduğun həsrət və arzudan ruhun uçsa belə bu, sənə çox görülməz. Bu, Allahı
tanıyan və Onun camalını seyr etmək həsrətində olan hər insanın ən böyük arzusu olduğuna görə sən də
bir anlıq bütün bu gözəllikləri yaşayırmış kimi düşünməyə çalış. Bəlkə bu vasitəylə nəfsin səni bunlardan
məhrum qoyan hər şeydən və Rəbbinə mənəvi yaxınlaşmağına əngəl olan bütün pis əməllərdən əl çəkər...
MƏCLİS TAMAMLANINCA
Məclisləri tamam olub hər bir kəs rahatca öz yerini tutandan sonra Cənnət əhli üçün süfrələr sərilər.
Əziz və Cəlil olan Allah ziyarətçilərinə yemək və meyvə təqdim edər. Allahın ziyarətçiləri və sevgili
qulları üçün süfrələr qurular. Rəhmanın ziyarətçilərinə qulluq etmək üçün mələklər səfərbər olarlar.
İçərisi xəyal belə etmədikləri cürbəcür yeməklər və çeşid-çeşid meyvələrlə dolu olan qızıl sinilər
qonaqların önünə qoyular. Rəbblərinin onlara olan izzətindən məmnun və sevincli halda əllərini o
nemətlərə uzadarlar. Heç şübhəsiz ziyarət edilən hər kəsin öz ziyarətçisini şərəfləndirməsi onun haqqıdır.
O, Kərim, Vahid, Cavad, Məcid və Əzim olan Allahın ziyafəti necə olar? Düşün bir anlıq!
Rəbblərinin bu möhtəşəm ziyafətindən məmnun olan Cənnət əhli böyük bir fərəhlə yeməklərini yeyərlər.
Nəhayət yeyib qurtaranda Uca Allah mələklərə: ″Onlara içəcək təqdim edin!″ deyə əmr edər. Artıq
xidmətçilər və Cənnət uşaqları deyil birbaşa mələklər içi şərab, bal, su və süd ilə dolu olan incidən
hazırlanmış qədəhlərlə qonaqların yanlarına gələrlər. Rəhmanın mələklərinin əlindəki o qədəhlərin
gözəlliyini bir düşün! Allahın dostları onlardan alıb içərlər. İçəcəklərin gözəlliyi ziyarətçilərin simalarında
əks olunar.
″DOSTLARIMI GEYİNDİRİN!″
Mələklər Allahın əmr etdiyi içkiləri ziyarətçilərə təqdim edəndən sonra Rəbbləri belə buyurar:
″Dostlarımı geyindirin!″ O anda mələkləri bir gözünün önünə gətir! Cənnətdə ona oxşarları heç bir
32
zaman geyilməmiş çox qiymətli libaslar gətirərlər. Cənnət əhlinin hüzurunda dayanaraq o libasları
Allahın rizasına layiq bir şəkildə onlara geyindirərlər.
Onları bir anlıq təsəvvür et! Libasları başlarında ayaqlarınadək əyinlərinə biçilmiş kimi üzərilərinə
oturar. Gözəllikdən üzləri şəfəq saçar. Daha sonra isə Rəhmli və Mərhəmətli Allah: ″Onlara gözəl ətirlər
vurun!″ deyə əmr edər.
SƏPİLƏN XOŞ ƏTİRLƏR
Bu zaman Cənnət əhlinin başı üzərinə misk və daha əvvəl heç tanımadıqları Cənnət qoxularını
səpmək üçün bir bulud gələr.
Düşün bir az! Əmrə hazır olan, nur saçan bulud ziyarətçilərin üzərilərinə xoş ətirlər yağdırar. Gözəl
rayihələr yağış kimi onların üstünə yağıb üz və libaslarını nəfis qoxuya qərq edər.
Onlar yeyib-içdikdən, mələklərin gətirdiyi qiymətli libaslarla bəzəndikdən, buluddan üstlərinə xoş
ətirlər səpildikdən sonra gözləri heyrətdən açılar və Allahın rəhmət və kərəminə heyran olarlar. Özünü də
onların arasında təsəvvür et! Bu xoşbəxtliyi yaşamaq həsrətini hiss edə bilirsən?
ALLAHIN CƏMALINI SEYR ETMƏK
Ziyarətçilər onlar üçün qurulmuş ziyafətdən məmnun halda ikən birdən pərdələr qaldırılar və
Rəbbləri camalıyla görünər. Sevincdən və heyrətdən qəlbləri dayanacaq hala gələr. Çünki O elə bir
Qədimdir ki, yaratdıqlarının heç biri Özünə bənzəməz. Gözlər Onun camalını seyr etməyin sərbəstliyini
yaşayarkən anidən sevgililəri olan Allah onlara belə səslənər: ″Salam, qullarım! Xoş gəldiniz!″ Əzəmət
və gözəlliyilə Allahın kəlamını eşidərkən nə dünyada, nə də axirətdə qovuşa bilmədikləri bir səadət və
məstlik qəlblərinə dolar. Çünki heç bir tayı-bərabəri, bənzəri olmayan Rəbbin kəlamını eşidərlər.
Onları bir anlıq düşün! Hamısı başlarını aşağı əymiş, Allahın kəlamını eşitmək üçün qulaqları ilə
deyil, sanki qəlbləri ilə dinləməkdədirlər. Və bu dinləmədən aldıqları zövqdən üzləri nur saçmaqdadır.
Allahın birbaşa sənə xitabən söylədiyi sözləri eşitmə sevincin bir yana dursun, dostlarına ″Xoş gəldiniz!″
dediyi an duyduğun sevincdən ruhun uçsa bu, sənə çox görülməz. Allah onları ″Salam!″ sözü ilə
salamlayar. Onlar da Onun salamını: ″Salam Sənsən! Salamat da Səndəndir! Cəlal və ikram da sadəcə
Sənə məxsusdur!″ deyərək alarlar.
″SALAM, EY DOSTLARIM!″
Uca Allah sözlərinə belə davam edər: ″Xoş gəldiniz, ey qullarım, ziyarətçilərim, yaratdıqlarımın ən
xeyirliləri, Mənə verdikləri zözü yerinə yetirənlər, öyüdlərimə əməl edənlər, Məni görmədikləri halda
haqqımı qoruyanlar, hər hallarında Mənə qarşı ürpərti içində olanlar! Vücudlarınızda sizlərdən razı
olmamın əlaməti olaraq zəhmət və məşəqqət izlərini gördüm. Zamanınızda hökm edənlərin sizə qarşı
etdiklərini müşahidə etdim. İnsanların əzab və cəfası sizə Mənim haqqımı yerinə yetirməyə mane olmadı.
İstəyin, Məndən nə istəyirsiniz!″ O anda onları bir görə bilsən…
Bu sözləri birbaşa tək sevgililəri olan Allahdan eşidirlər. Onlara dünyada ikən verdikləri sözü yerinə
yetirdiklərini, Onun haqqını qoruduqlarını və davamlı olaraq Ondan qorxduqlarını xatırladır. Onlar da
Rəbblərinin rizası üçün etdikləri yaxşılıqların boşa getmədiyini, qorxularının mükafatlandırıldığını və
salamlarla qarşılandıqlarını eşidərkən sevincdən sanki uçacaq kimi olarlar. Elə dünyada da yalnız bu arzu
və istəklə Ona qulluq etmişdilər. Ona itaətdə qüsur etmədikləri və Ondan qorxmaqdan bir an belə olsun
vaz keçmədikləri üçün sevinc içindədirlər. Könüllərini dolduran bir sevinclə, əzəmət və cəlalına and
içərək Onun haqqını layiqincə yerinə yetirə bilmədiklərini bəyan edərlər. Bununla Allaha təzim və
nemətlərinin çoxluğunu ifadə etmək istəyərlər. Çünki Allah onları Cənnətiylə mükafatlandırmışdır. Eyni
zamanda, Özünün ziyarəti, yaxınlığı və kəlamlarını dinləməklə şərəfləndirmişdir.
33
SONSUZ MİNNƏTDARLIQ
Onlar belə deyərlər: ″İzzət və cəlalına, əzəmət və uca məqamına and içirik ki, Sənin ucalığını haqqı
ilə təqdir edə bilmədik. Haqqını tam olaraq yerinə yetirə bilmədik. Sənə səcdə etməyimizə izn ver.″
Bundan sonra Rəbbləri onlara buyurur ki: ″Mən sizdən ibadət zəhmətini qaldırdım. Vücudlarınızı
rahatlığa qovuşdurdum. Zatən siz dünyada ikən uzun-uzadı ibadətlərinizlə vücudunuzu olduqca çox
yormuşdunuz. Alınlarınızı Mənim üçün səcdəyə qoymuşdunuz. Bu andan isə siz mənim kərəm və
rəhmətimə qovuşmusunuz. Elə isə diləyin Məndən diləyəcəyinizi!″ Bir başqa hədisdə isə bu ifadələr yer
almaqdadır: ″Rəbblərinə baxarkən Onun üçün həmən səcdəyə qapanarlar. Bu zaman Allah Öz uca
kəlamıyla belə səslənər: ″Qaldırın başlarınızı! İndi əməl zamanı deyildir. İndi sevinc və camalımı seyr
etmək zamanıdır.″ İndi sən öz ağlınla onların öz Rəbblərini gördükləri və gerçək sevgililəri, könüllərinin
sirdaşı, gözlərinin sevinci, qəlblərinin xoşluğu və ruhlarının hüzuru olan Allahın kəlamını eşitdikləri
zaman üzlərinin nurunu, sevinc və coşqularını bir göz önünə gətir! Başlarını səcdədən qaldırır və heç bir
tayı, bənzəri olmayan Aləmlərin Rəbbini gözləri ilə seyr edərlər. Bu hədsiz şərəf, ikram və dəyərin ən son
nöqtəsinə, məmnuniyyətin və yüksəkliyin nəhayətinə qovuşarlar. Xəyalların belə əhatə edə bilmədiyi,
zehinlərin dərk edə bilmədiyi, düşüncənin yetərsiz qaldığı və anlayışın mümkünsüz olduğu Əziz və Cəlil
olan Allahın camalını seyr etməyi sən nə zənn edərsən?
O, ağılların idrakından çaşıb heyrətə düşdüyü Qədim olan Əzəlidir. Heç bir ana bətni ona məkan
olmamış, heç bir babanın belindən gəlməmiş, heç bir cism surətində görünüb də şəkil dəyişdirməmişdir.
O, bütün bunlardan münəzzəhdir. Dillər Onun sifətlərinə misallar gətirməkdən aciz qalar. O, zatıyla tək
olub, başqa varlıqlara bənzəməkdən münəzzəhdir. Yaradılışlara tay olmaqdan cəlalı ilə ucadır. O, o qədər
ucadır ki, Ona bərabər olan heç bir şey yoxdur. Ona ortaq olacaq heç bir şərik tapılmaz. Yaradaraq
qarşısında aciz qaldığı və ya yaradılmasında çətinlik çəkdiyi heç bir şey yoxdur. Ən qəddar zalımlar belə
Onun əzəmətinə tabe olub boyun əymişlər. Əvvəlkilər və sonrakılar Onun hökmünə təslim olmuşlardır.
Olmuşuyla, olacağıyla və olacaqsa necə olacağıyla hər şeyə elmi nüfuz etmişdir, elmiylə bütün varlıqları
əhatə etmişdir. Hamısının səsini çox gözəl eşidər, iradəsi hamısına keçər. Hər şey Onun tərəfindən var
olmaqdadır. Bütün mövcudatı yoxdan icad edər. Heç bir şey Onun istədiyi vaxtdan əvvəl var ola bilməz.
Heç bir şey Onun iradəsinə qarşı gələ bilməz. Elə isə daha əvvəl adı belə anılacaq bir nəsnə deyilkən,
Vahid və Qahhar olan Allah tərəfindən var edilən şeylər Onun əmrinə qarşı necə çıxa bilər?
SARAYLARA DÖNÜŞ
Allah sevgili qullarını Özünü sery etdirməklə sevindirib, yaxınlığı ilə şərəfləndirib, birbaşa Özü ilə
danışmaq və mübarək sözlərini dinləməklə nemətləndirəndən sonra geri dönmələri üçün onlara izn verər.
Onlar da dönüb inci və yaqutla bəzədilmiş atlarının yanına gələrlər. Üzləri əvvəl olduğundan daha çox
sevinclə nur saçar. Izzət və cəlal sahibi olan Allahı görən və Onun mübarək kəlamını eşidən üzləri nə
zənn edərsən? Onların gözəllikləri və camalı qat-qat artar və parlaqlığa qərq olarlar.
Yollarına davam edərlər. Nəhayət saraylarını görərlər. Xidmətçiləri və Cənnət uşaqları onların
gəlişini hiss edən kimi, hər biri öz sahibini qarşılamaq üçün sarayın qapısı ağzına qaçarlar. Sarayının
qapısına catanda hamısı onun ətrafına cəm olarlar və onu otağına qədər müşayət edərlər. Saray və
otağının qapısına çatarkən pərdədarlar böyük bir təzim və hörmətlə qapıları açarlar. Zövcələri onun
qarşına çıxmaq üçün tələsərlər. Zövcəsi üzünün hüsnü-cəmalına baxaraq gözəllik, parlaqlıq və nurunun
qat-qat artdığını görüb ona olan eşq və məhəbbətini daha da artırarlar. Sarayları, otaqları, qübbələri və
zövcələri üzünün nur və camalı ilə parılayar. Onlar atlarından enər və saraylarının salonlarına doğru
irəliləyərlər. Bir müddət sonra dostlarının xoş və maraqlı məclisləri üçün darıxarlar. Həmin an
miniklərinə minib biri-birlərini ziyarətə gedərlər. Cənnət çaylarının sahilində görüşərlər. Orada misk və
kafur təpələri üzərində onlar üçün Cənnət xalıları döşənər. Dostlar sevinclə qarşı-qarşıya oturar və Cənnət
içkiləri içərlər. Cənnət uşaqları Cənnətin şərab, süd, səlbəsil çaylarından qədəhləri dolduraraq Allah
dostları üçün içəcəklər hazırlayarlar. Xidmətkarlar Cənnət əhlinə təqdim etmək üçün qədəhləri çaydan
doldurarkən onlar ancaq Allahın bu nidasını duyarlar:
″Ey dostlarım! Dünyada bir çox zaman sizi susuzluqdan dodaqları çatlamış və boğazları qurumuş
gördüm. İndi qarşılıqlı olaraq istədiyiniz qədər için və nemətlərinizin arasına dönün!″ ″Keçmiş günlərdə
etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!″ (Haqqə surəsi: 24)
34
İnsanların etdikləri yaxşı əməlləri təqdir edərək yada salan Rəbblərinin bu sözlərini eşitdikləri an
qəlblərinin sevincini anlatmaq mümkün deyildir. Dünya əhlinin içki məclislərindən imtina etməyin
əvəzinə Cənnətdə bu qədər nemətlərdən olan içəcəkləri nuş etməyə çağırılmaq necə də xoşdur! Yaradanın
sözlərini eşitmə həyəcanı ilə parlayan üzlərini bir görə bilsən… Gerçəkdən o, nə böyük məclisdir! O, nə
müəzzəm bir topluluqdur!
Elə isə Rəbbinə müştaq olmağa, Onun tərəfindən sevilməyə səy göstər! Müvəffəqiyyət Allahın
sayəsindədir və dönüş ancaq Onadır. Cənnət isə möminlərin girib qərar tutacağı yerdir. Cənnət
müttəqilərin mükafatı və könlü qırıqların sevincidir.
Qüvvət və qüdrət ancaq Əziz və Cəlil olan Allahın yardımı ilədir!
Müəllif: Haris əl-Muhasibi,
Türk dilinə tərcümə edən: Abdülaziz Hatib
Azərbaycan dilinə çevirən: Azerislam.az
Fikir və təkliflərinizi info@azerislam.com ünvanına yollaya bilərsiniz.

0 yorum:

Yorum Gönder